Архив | 05.10.2014

Marina TSVETAYEVA ŞAİR 1

Marina TSVETAYEVA

ŞAİR

İ

Поэт издалека заводит речь…

Şairlər uzaqdan başlayar sözü,

Şairlər uzağa aparar sözü.

 

Ayla, ulduzlarla… zərb- məsəllə

Danışar… ilə yox arasında —

Qüllənin başından lap yerə gələ,

Dövrə vurar… Şair ömür sürəndir,

 

Kometa sayağı… Tərsinə yozar,

Səbəb və nəticə əlaqəsini.

Yoxdu bir öyrənib təqvimə yazan,

Şairin təlatüm silsiləsini.

 

Odur çəkidə və sayda aldadan,

Odur qarışdıran, pozan da kartı.

Suallar yağdırar parta dalından,

Göylərə sovurar külünü Kantın.

 

Odur zindanların daş məzarında,

Sarsıdan bir ağac gözəlliyiylə.

Şair o kəsdir ki, izi qalmadı,

O bir qatardır ki, gecikir elə

Hamı..

-çünki şair ömrü bənzəyir,

Kometa ömrünə: yanar, isitməz,

Dağıdar, yetirməz – partlayış, qəza.

Yallı əyrisini yolunun heç kəs,

Öyrənə bilməyib təqvimə yaza..

 

8 aprel 1923

 

tərcümə: 5 oktyabr 2014  Samara