Есть в мире лишние, добавочные…
Dünyada artıqlar, əlavələr var
Saxlamaz şəklini gözün giləsi.
(Sizn dəftərçədə yoxdular onlar,
Evləri onların – zibil çalası.)
Dünyada boşlar var, başıqapazlar,
Nitqitutulmuşlar var hələ — peyin!
Mismar – sizin ipək balağınıza!
Təkər altdan çıxan çirk də çiyrinir.
Gözəgörünməzlər, “guya”lar da var,
(Onların nişanı – cüzamlı çillər!)
Dünyada Əyyublar var ki, Əyyuba
Həsəd aparardı bəlkə də — əgər:
Şairik, səfillər bizə qafiyə
Birdən aşırıqsa sahilimizi,
Tanrını vermərik ilahələrə,
Həm də tanrılara vermərik qızı.
22 aprel 1923
tərcümə: 6 oktyabr 2014, Samara