А когда – когда-нибудь – как в воду…
Haçan ki – haçansa – suya düşən tək
Sən həyat yoluna düşüb gedərsən.
Göstər aləmə ki, ilan nəsliyik:
Unut – evi, məni, şerimi də sən.
Bir şeyi bil: sabah qarıyacaqsan,
Troyka sür, oxu, Yarda xumarlan.
Mavigöz qaraçı qızı tık yaşa,
Unutma, tay deyil sənə bir insan —
Qoy səni hər yetən alsın ağuşa.
Paris bulvarları necə də yanır!
(Bir neçə milyon göz – başa düşürsən?!)
Dinir coşqun Madrid gitaraları!
(Onlardan yazmışam – dönə-dönə mən!)
Açıq gözlərində həvəsdir yanan,
Yelkənlər qabarıb — sənə uğurlar!
Bir şeyi bil: sabah qarıyacaqsan,
Unut, əziz balam, qalan hər nə var.
11 iyun 1917
tərcümə: 8 oktyabr 2014 Samara