Marina TSVETAYEVA Zülmətdə bir dünya köçü baş verir…

 

                      Мировое началось во мгле кочевье…

Zülmətdə bir dünya köçü baş verir,

Ağaclar harasa baş alıb gedir.

Salxımlar dolaşır – şərabla dolu,

Evlərin arası – ay, ulduz yolu.

Çaylar geri axır – yanına mən də,

İstəyirəm gəlib yatam sinəndə.

 

14 yanvar 1917

 

tərcümə: 9 oktyabr 2014

 

Оставьте комментарий