Respublika əhəmiyyətli yollarla mal-qara aparan istənilən çoban və ya naxırçı 30-50 manat cərimə olunacaq.
Архив | 27.02.2015
SALYAN QAZISI HURİLƏRƏ HƏDİYYƏ YIĞIRMIŞ…
Salyan qazısı Hacı Hüsnünün evindən 100 min manatlıq daş-qaş oğurlanıb. Guya qazı bu daş-qaşı yığırmış ki, cənnətə gedəndə ordakı hurilərin boynuna salsın. Hacının Vinçester tüfəngini də oğurlayıblar. Əlbəttə, ruhaniyə tüfəng yaraşmaz, ancaq ehtiyat igidin yaraşığıdır, Hacı fikirləşirmiş ki, birdən cənnətin qapıçısı onu buraxmaz, əngəl yaradar. Hacı, əlbəttə, silahı işlətməyə yox, qapıçını qorxutmağa alıbmış…
Güman edilir ki, cənnətdə bir neçə yüz salyanlı molla var və huriləri yaman nəinki daş-qaşa, hətta qara-quraya da dadandırıblar…
«QAÇAQ NƏBİDƏN DƏ QOÇAQSAN, ƏLİ!»
Bu yaxınlarda İlham Əliyev Əli Həsənovu köməkçi təyin edib. Fərmanı verəndə prezident telli sazı sinəsinə basıb görək nə deyib:
Nöyüt ucuzlaşıb, halım yamandı,
Xalqın əmanəti alışdl-yandı.
Bratım bir sənsən, bir Ərdoğandı,
Mənə bu günümdə dayaqsan, Əli,
Qaçaq Nəbidən də qoçaqsan, Əli.
Əlinin bığları eşmə-eşmədi,
Vicdanı əzabdan deşmə-deşmədi.
Başqa köməkçilər gördüm heç nədi,
Özün dur dalımda, ay qoçaq Əli,
Alveri, daşbaşı cağbacağ Əli!
Yuxudan doymuşam, yata bilmirəm,
Ölkədə mal çoxdu, sata bilmirəm.
Bircə Xədicəyə bata bilmirəm,
Sən belə işlərdə yamansan, Əli,
AŞPA-nın ağzını yumansan, Əli.
26-27.02.2015 Samara


