SALYAN QAZISI HURİLƏRƏ HƏDİYYƏ YIĞIRMIŞ…

Salyan qazısı Hacı Hüsnünün evindən 100 min manatlıq daş-qaş oğurlanıb. Guya  qazı bu daş-qaşı yığırmış ki, cənnətə gedəndə ordakı hurilərin boynuna salsın. Hacının Vinçester tüfəngini də oğurlayıblar. Əlbəttə, ruhaniyə tüfəng yaraşmaz, ancaq ehtiyat igidin yaraşığıdır, Hacı fikirləşirmiş ki, birdən cənnətin qapıçısı onu buraxmaz, əngəl yaradar. Hacı, əlbəttə, silahı işlətməyə yox, qapıçını qorxutmağa alıbmış…

Güman edilir ki, cənnətdə bir neçə yüz salyanlı molla var və huriləri yaman nəinki daş-qaşa, hətta qara-quraya da dadandırıblar…

ВОРОТА РАЯ

Оставьте комментарий