Путин урезал себе зарплату на десять процентов. Владимир Владимирович хотел еще кое-что себе отрезать, Кабаева с трудом его отговорила.
Архив | 06.03.2015
BELƏ KARDİNALI YIXASAN YERƏ…
Mehriban Əliyeva ilə görüşdə kardinal Canfranko Ravazi deyib ki, Vatikan Azərbaycandakı tolerantlığı yüksək qiymətləndirir.
Belə kardinala nə deyəsən? Yalançının lap…
A qurumsaq, Azərbaycanda toleratntlıq var?
Vallah, kardinallığına baxmayasan, yıxasan bunu yerə, ağzına-ağzına vurasan. A kişi, sən yüksək mərtəbəli rahibsən, ürəyin mərhəmətlə dolu olmalıdır, sən gərək prezidentin arvadından tələb edəsən ki, Azərbaycan türmələrində yatan günahsız insanlar buraxılsın. Yoxsa tərifləyib niyə xalqın evini yıxırsan.
Bu rahiblər guya ot-ocaqla dolanırlar, olsa-olsa balıq yeyirlər. Ancaq mənim şübhəm var ki, bu qurumsaq Canfranko deyəsən kürü yeyir…
Gözündən gəlsin…