TİFLİS FACİƏSİ

Şanlı komandamız böyük “Qəbələ”,

Tiflisə yollandı çalsın qələbə.

Oyunu fıştırıq, gözəl, cağbacağ,

Bəxti gətirmədi, uduzdu ancaq.

Bizim azarkeşlər ürəkləri qan,

Kədərlə çıxdılar stadiondan.

Beləcə gedəndə  vağzala tərəf,

Bir sürü qudurğan, azğın, bişərəf,

Gürcü hücum çəkdi onlara birdən,

Vardı əllərində çubuq dəmirdən.

Milləti alçaqlar vurub-çatdılar,

Bayrağı sındırıb yerə atdılar.

Vurub qanatdılar burunlarını,

Bıçaq batırdılar qarınlarına.

Dedilər: “Qaytarın Zaqatalanı,
Verin üstəlik də gözəl Salyanı!”

Görəndə millətin yox vuran əli,

Dilləndi Öndərin böyük heykəli.

Dedi: “Verdiyimiz havayı qazdan,

Deyəsən qızışıb bu qədər insan.

Bu murdar şəhərdən qoparın məni,

Salyan sahilinə aparın məni!”

Susdu böyük heykəl, üzündə acıq,
Yağış yağmamışdı, yerlərsə palçıq.

05.07. 2015 Samara

Оставьте комментарий