“Çətinliyin yanında asanlıq da var”.
“Düz yanaşaq dünyaya, düz baxışnan baxaq”.
“Yarışdar var ey iki nəfər döyüşür arada fasilə verillər, futbolda fasilə olur”.
Allah deyir bir az rahattığ verəcəm, həyat başdan-başa çətinlikdir
“Allah ruzi verir, sora alır,
“İmam zaman dövründə də ailmlər deyir problemlərdər qalacaq, düzdür çoxu həll olacaq, ancaq yenə qalacaq”.
“Xristian dini naqis yaşayır bu gün”.
“İsa dara çəkilməyib, göyə çəkilib”.
“Mən bunu bir kitabda oxumuşam, o kitab fars dilinə tərcümə olunub, mən farsca oxumuşam”
“İsanın çarmıxa çəkilməyi düzəlmə bir şeydir”
“Şəhidin qanı olmasa, din yaşamaz”.
“Dünyanını hər yerində azərbaycanlılar cəfəridirrlər”.
“Azərbaycanlı dünyanın harasında olursa olsun, Aşurada yadına düşür ki, azərbaycanlıyam”.
“Cəfərilik azərbaycanlıların milli kimliyidir.”
“Şəhidin qanı hesabına xalq yaşayır”.
Bu sitatlar Hacı Şahinin YouTube-a qoyulmuş iki çıxışındandır. Bu sitatların bəziləri cəfəngiyyat, bəziləri ağ yalan, bəziləri təhqirdir. Bəzilərində ciddi təhlükə var.
Dünyadakı bütün azərbaycanlılaın cəfəri olduğu iddiası – bu, ağ yalan deyil?
İsa haqqında iddialar xristianlığa təhqir deyil?
“İmam-Zaman dövründə” hası problemlərinsə həll olunacağ, hansılarınsa qalacağı haqqında fikirlər isə tam cəfəngiyyatdır.
Şəhidliyə, qana çağırış – ekstremizm deyilmi?
İnternetdə baxdım – bu cənab maşınqayırma fakültəsini qurarıb. Sual çıxır: niyə bu adam gedib maşın qayırmır?
Niyə ali təhsilli mühəndis Nardaranda bir sex açıb gəncləri başına yığmır?
Əlbəttə, maşın qayırmaq çətindir, intellekt istəyir, zəhmət istəyir, ancaq saatlarla belə cəfəngiyyat danışmaq demaqoqluq, naqqallıq qabiliyyətidənheç bir səy istəmir, ancaq yaxşı pul gətirir və uca kürsülərə də qaldırır…
