— Уберите, пожалуйста, свой футляр, он мне мешает.
Сергей Ролдугин вежливо ему ответил:
— Это не футляр, братан, это кошелек.
20 yanvarın, Xocalı qırğınının, Qarabağ ətrafında olan rayonların işğalının ildönümləri Azərbaycanda tədricən məzmun, mahiyyət aşılanmasına məruz qalır, bu tarixlərin qeyd olunması az qala bir bayrama çevrilir. Və belə günlər vətənpərlik ritorikası ilə əl qol-yelləməyə naqqallar üçün gözəl fürsətdir…
İndi bu naqqalların qurdu uşayır. Hər şəhid dəfni bayramdır, kef məclisidir, həyatlarını itirmiş sütül uşaqlardan elə danışırlar ki, elə bil sağlıq deyirlər. Sağlıq da ki, şeirsiz olmur. “Torpaq uğrunda ölən varsa vətəndir!” – bu, misranı gərək hər naqqal təkrar edə. Bu misra naqqalların himninə evrilib.
Qəsdən ya savadsızlıqdan, naqqallar bu misrada “əgər” sözünü buraxırlar… Ölçü pozulur… Ancaq naqqala nə ölçü-biçi?
“Əgər” ingilscə “if” dir. Və ingilislərdə bir lətifə-tapmaca var. Sual belədir: ən qısa cavab hansı söz olub?
.. Bir sərkərdə hansı şəhərisə mühasirəyə alır. Şəhərə ultimatum göndərir: Əgər şəhəri alsam, sizi yerlə yeksan edərəm.
Sərkərdə şəhərdən cavab alır “Əgər!” “İf!”
Yəni “əgər” çox vacib sözdür. Xüsusən söhbət torpaqdan gedəndə.
Və söhbət hansı torpaqdan gedir?
Gedin maraqlanın şəhid ailələriylə, görərsiniz ki, onların kənddə iki-üç hektar və bəlkə bundan da az torpaqları var. Bəzi rayonlarda adambaşına cəmi iyirmi beş sot düşüb. Ancaq elə həmin rayonlarda əlli, yüz, bir neçə yüz hektar olan “fermer”lər var. Bu fermerlər keçmiş sovet, partiya rəhbərləridirlər, kolzxoz sədrləridirlər, sovxoz direktorudurlar, milis işçiləridirlər. Və sovet dağılanda çoxlu torpaqları “fermer tıəsərrüfatı” kimi ələ keçiriblər.
Rayonlarda çoxlu torpaq sahələri yüksək rütbəli Bakı məmurllarına, nazirlərə, deputatlara, “ailə”yə və “ailə”yə yaxın adamlara məxsusdur. Mən Salyanda olanda eşidirəm ki, orda Qənirə Paşayevaya məxsus bağlar var. Orda keçmiş hərbi komissar general Əliağa Hüseynova aid təsərrüfatlar var. Yerli camnaatın əksəriyyti isə iki-üç hektarda muzdurluq edir, belə kiçik təsərrüfatların, əlbəttə, heç bir inkişaf perspektivi yoxdur. Ya gərək yarıaac-yarıtox ömrünü bir parça torpaqda çürüdəsən, ya da satasan yeni mükədarlara, çıxıb gedəsən fəhləliyə.
İndi sual çıxır: niyə bu qədər torpağı ələ keçirmiş insanlar həmin torpağı əldə silah müdafiə eləmirlər? Niyə onların malını, mülkünü, işrətdə keçən həyatını kasıb kənd uşaqlaı müdafiə etməli, hətta canlarından keçməlidirlər? Niyə? Niyə Qənirə Paşayeva gedib özü şəxsən ermənilərlə vuruşmur? Niyə Salyan uşaqları onun gözəl həyatının təmini üçün ölməlidirlər? Niyə Əliağa Hüseynov, onun çoxsaylı qohumları cəbhədə deyillər?
Niyə Əliyevlər, Paşayevlər, Heydərovlar və onlar kimi başqa ölkə sahiblərinin uşaqları “torpa” uğrunda vuruşmurlar? Cəmi yarım hektar torpağı olan kənd uşağının vətən qarşısında borcu minlərlə hektarı zəbt etmiş Heydərovların borcundan çoxdur?
Niyə Bakıda möhtəşım restoranlar tikib “Şuşa” “Ağdam”, “Kəlbəcər” adlandırmış boynuyoğunlar həmin Şuşadan, Ağdamdan, Kəlbəcərdən ötrü vuruşmağa heç bir həvəs göstərmirlər? Lənkəranlının ya Neftçalalının uşağı onlardan ötrü niyə ölməlidir?
Ötən əsrin yetmişinci illərinin əvvəlində Salyanda böyük bir sənaye müəssisəsi açıldı: plastik kütlə emalı zavodu. Burda yüzlərlə insan işləyirdi, məhsul Azərbaycandan kənara çıxırdı. Zavodum yanında fəhlə qəsəbəsi də salınmışdı. Ötən yay bu zavodla maraqlandım, dedilər general Vaqif Axubdov keçirib onu əlinə, qardaşını, keçmiş taksi sürücüsünü, qoyub orda menecer.
İnternetdə zavod barədə məlumat azdır, ərazisinin 94545 kv.m olduğu göstərilir. Bu boyda həngaməni geral Axundov maaşla necə ala bilərdi? Heç min il də işləsəydi, zavodun bir sexini də ala bilməzdi. Şəxsən Axundova qarşı antipatiyam yoxdur, atası bizim kənddəndir, qardaşı, bacıları bizim məktəbdə oxuyublar. Mən bəlkə heç Vaqiv Axundovun zavodu ələ keçirməyinə də əhəmiyyət verməzdim. Məni darıxdıran ayrı şeydir: niyə böyük Axundovlar nəslindən bir nəfər gedib ən azı 94545 kv.m torpaqdan ötrü vuruşmur? Və rəhbərliyin “tonus qaldır”maq üçün başladığı müharibədə əsgərlərimizin qazancı isə iki arşın torpaqdır…
Əlbəttə, torpaq uğrunda çarpışmaq lazımdır. İf! Əgər! Əgər o torpaq vətəndirsə! Əgər o torpaq Oaşayevlər, Heydərovlar, Axundovlar tərəfindən qəsb olunmayıbsa…