Архив | Апрель 2016

ŞOK XƏBƏR: HAQQİN.AZ SAYTI İŞĞALDAN AZAD OLUNMUŞ RAYONLARDAN BİRİNƏ KÖÇÜR!

Məşhur Azərbaycan jurnalisti Eynulla Fətullayev bildirib ki, başçılıq etdiyi redaksiyaları işğaldan azad olunmuş rayonların birinə köçürmək, özü də  ailəsiylə orda yaşamaq niyyətindədir. Haqqin.az redaksiyasının işçiləri artıq bütün avadanlıqları ilə Bakıdan çıxıb Qarabağa yollanıblar. ANS PRESS və APA agentliyi də azad olunmuş rayonlara köçmək niyyətindədir. Mir Şahin mütəxəssislərlə villalarından birini Qarabağa necə aparmaq barədə məsləhətləşir.

ÜRƏYİ YARALI ŞƏHİD ANASI…

Ürəyi yaralı şəhid anası,

Adamla dolacaq indi yan-yörən.

Yaxının, uzağın gələcək yasa,

Bir aləm olacaq təsəlli verən.

+

Bəlkə saraya da çağırılarsan,
Səni dəvət edər bəlkə də Başçı.

Getmə, anam, bacım, de ağrıyırsan,

Saray məclisindən özünü qaçır.

+

Saray süfrəsində yemə tikə də,

Yansa da ciyərin, içmə suyundan.

Burda vur-çatlasın olub bəlkə də,

Güllə qabağına gedəndə balan.

+

Şampan partladıblar gecə yarısı,

Balan yağılarla çarpışan zaman,

İnanma yaş töküb ağlayan olsa,

Ürəkdən ağlamır burda ağlayan.

+

Hansı kefdə olub gül balaları,

Güllə qabağına balan gedəndə?

Sütül uşaqları qurban aparıb,

Yığışıb ehsanı yeyirlər indi…

08-09.04.16

Samara

ЭСТЕТИЧЕСКОЕ ОТНОШЕНИЕ К ДЕЙСТВИТЕЛЬНОСТИ

Виолончелист и дирижер Сергей Ролдугин существенно повлиял на эстетическое воспитание российского президента. Маэстро привил вкус к русской классической музыке Владимиру Путину, который раньше увлекался только немецкой музыкой. Теперь, когда друзья встречаются, Владимир Путин всегда просит своего друга исполнить ему вершину русской классики – «Мурку». «Изумительная, нечеловеческая музыка!» — каждый раз с восхищением говорит Владимир Владимирович.

MİR ŞAHİN ERMƏNİYMİŞ!

ƏMİRASLAN 2

Azərbaycan əsgərinin şəklini ancaq erməni bu cür «bəzəyə» bilərdi…

ANS PRESS YENƏ ŞƏHİDLƏRİN ŞƏKLİNDƏ REKLAM KAMPANİYASI APARIR

ƏMİRASLAN XEİRBƏYOV.jpg

ƏMİRASLAN 2

Bu şəkillədəki soldakı əsgər qusarlı Əmiraslan Xeirbəyovdur. 20 yaşında həlak olub. Sinəsində ANS Press-dən olan oğraşlar reklam yerləşdiriblər. Mir Şahinin erməni olmağına şübhə qalmır…

 

KƏND UŞAQLARI “CƏRİMƏ BATALYONU”NA ÇEVRİLİBLƏR?

Əgər itkilərin İnternetdə yayılan siyahısı doğrudursa, Azərbaycan ordusunun komplektşdirilmə prinsipləri ciddi suallar doğurmalıdır.

Siyahııya baxanda məlum oluur ki, şəhidlərin böyük əksəriiyəti kənd rayonlarındandır. Rayon mərkəzlərindən də yox, rayonların kəndlərindən.

Salyandan iki şəhid var. İkisi də kənddəndir: Xalac və Kürqaraqaşlı.

Lənkərandan da eləcə. Neftçaladan da. Bu, təəccüblü deyil? Niyə ancaq kənd uşaqları?

Başqa bir məsələ. 2015-ci ilin məlumatına görə Bakının əhalisi 2 204 200 nəfərdir. Salyanın əhalisi isə  124 900 nəfər. Deməli, Bakının əhalisi Salyanın əhalisindən təxminən 20 dəfə çoxdur. Elə isə, niyə Bakınin itkiləri Salyanın itkiləri qədərdir? Özü də Xocahəsən qəsəbəsini ancaq şərti olaraq şəhər saymaq olar.

Kim ordunu belə komplektləşdirir? Kim əsgərləri “kədli-şəhərli” prinsipi ilə yerləşdirir? Belə çıxır ki, kənd uşaqlarından “cərimə batalyonu” kimi istifadə edib verirlər qabağa. Bu, cinayət deyilmi?

Elə çıxmasın ki, mən guya bakılılara ölüm arzulayıram. Yox, bunalrı yazmaqda məqsədim odur ki, mən heç kimin ölMəyini istəmirəm…

 

KEÇƏL HƏMZƏLƏR İNTERNETƏ DƏ DOLUŞUBLAR

Məni az-çox tanıyan bilir ki, pis-yaxşı bacardığım yeganə şey yazmaqdır. Və mənə Feysbukda “dost”luq göndərirsə, məqsədi mənim yazdıqlarımı oxumaqdır. Ancaq məlum olur ki, fikri məni oxumaq deyil, İnternetə zir-zibil yükləyib mənə göstərməkdir…

Vallah, ağsaqqal vaxtımda yaxam qalıb abırsız insanların əlində…

Zir-zibil yükləməkləri bir yana, bu zibildə hələ məni işarələyirlər də!

Belə zülm olar?

Bir ay qabaq on beş nəfəri sildim. Yenə “dost”olmaq istəyınlər çıxdı. Dünən yenə beşini sildim. İndi beş-altı nəfər saxlayacam. Çünki məni oxuyan beş-altı nəfərdir. Qalanları özləri yazırlar. Əlifbanı da düz-əməlli bilmədən döşəyirlər. Mən onların yerinə utanıram. Daha bezdim…

“Dost” gərək bir simpatiya ifadə edə. Mən bu “dost”lardan ancaq antipatiya görürəm. Elə bilirəm ki, Faysbuku açan kimi səhifəmə girib yağlı bir tüpürcək atırlar…

Xatırladıram ki, mənim peşəm yazmaqdır. Məni oxumaq fikriniz varsa, buyurun. Yoxdursa, başımı ağrıtmatyın.

Bir şəhərdə yaşayan iki azərbaycanlının Faysbukda nə dostluğu? “Dost” olarsan iki min kilometr aralıda yaşayanla. Yazışarsan, fikir bölüşərsən. Burda bir insanla qonşu küçədə illərlə yaşayırsan, qapısını tanımırsan, bir stəkan çayını içməmisən, səni heç qapıdan içəri də buraxmaz, qorxar ki, ya bir şey oğurlarsan, ya “uşaqlara” pis gözlə baxarsan. Və bu insan durur deyir ki, Faqsbukda “dost” olaq…
Bala, get tayını tap…

Mərhum Asif Əfəndiyev ağlı başında olan vaxtlar yaxşı bir söz demişdi: “Dünyanı keçəl Həmzlər bürüyüblər”..

O vaxtlar İnternet hələ yox idi. İndi keçəl həmzələr İnernetə də doluşublar…

08.04. 16

Samara

 

“DURMUŞUQ DALDADA, GEDİN QABAĞA!”

 

İnsan rəzilliyinin həddi yoxdur!

1992-ci ildə Azərbaycandan “daban əlli altı» deyib qaçmış insanların indi Rusiyada və başqa ölkələrdə necə vətənpərvərlik şivəni qopardığını görəndə əlim-qolum düşür yanıma. Kefli İsgəndər demişkən, olasan Rüstəm-zal, tutasan bu adamları, bir-bir şillələyəsən… Yaxşı, deyək ki, sizin keçmişinizi burda bilən yoxdur. Özünüz ki özünüzü tanıyırsınız! Bəs öz vicdanınınz? Özünüz dərə-təpəylə sərhədi keçib çıxmısınız aradan, indi ağızlarından süd iyi gələn uşaqları haylayırsınız ki, gedib qırılsınlar. Şərəfli mübarizədən, şərəfli ölümdən danışırsınız. Mübarizə belə şərəfliydisə, ölüm belə şərəfliydisə, bəs niyə min fırıldaqla aradan çıxırdınız? Yaxşı, qaçmısınız, heç olmasa, susun. Qorxmursunuz  eybiniz açılar? Əslində içərisində, ürəyinin başıda fərarilik damğası daşıyan hər bir azərbaycanlı gedib o şəhidlərin qəbri üstündə diz çöçməli, onların xatirəsinə baş əyməli və üzr istəməlidir. “Durmuşuq daldada, gedin qabağa!” deməklə siz müharibə qurbanlarını söyür, təhqir edrsiniz. Özünüzü yığıdırın, yoxsa sizi yaxşı tanıyanlardan biri bütün bioqrafiyanızı yazar qoyar İnternetə, arvad-uşaq yannında da xəcalətli olarsıniz…

СЕРГЕЙ РОЛДУГИН НА МИЛЛИАРД ДОЛЛАРОВ ПРИОБРЕЛ ВУВУЗЕЛУ

nar

Друг Путина Сергей Ролдугин все свои деньги потратил на музыкальные инструменты. На миллиард долларов он приобрел вувузелу в ЮАР и привез в Россию. Все эти вувузелы бесплатно будут розданы российским гражданам во время чемпионата мира по футболу, который пройдет в России.

ÖLÜR ARA YERDƏ KƏND UŞAQLARI…

Doyunca gəzməmiş, şirin yeməmiş,

Bahalı paltarlar alıb geyməmiş.

Sevgili əlinə əli dəyməmiş,

Ölür cəbhələrdə kənd uşaqları.

 

Yığırlar bığ yeri qaralan kimi,

Quzunu anadan qoparan kimi,

Qurbanlıq yerinə aparan kimi –

Ölür cəbhələrdə kənd uşaqları.

 

Gəzir harınların harın balası,

Nə pula pul deyir, nə insan sayır.

Kasıbın boynunda vətən qovğası, —

Ölür cəbhələrdə kənd uşaqları.

 

Qapalı tabutda qayıdıb gələr,

Üçüncü dərəcə medallı əsgər.

İndi məzarıdır əbədi səngər, —

Ölür cəbhələrdə kənd uşaqları.

 

Milləti talayıb satan kefində,

İsti ağuşlarda yatan kefində.

Nə öıkə? Nə Vətən? Vətən kefində!

Ölür ara yerdə kənd uşaqları…

 

07.04. 2016

Samara