Azərbaycanda dildəki doğma sözlərin türk sözləri ilə əvəz olunması davam edir. Son vaxtlar dilimizdəki ən qədim və ən zəngin məna tutumlu sözlərdən biri olan “maygülü” sözü “maygülən” sözü ilə əvəz edilir.
Şayiə var ki, guy “maygülən” sözünü ilk dəfə İlham Əliyev işlədib, özü də bu sözü Mirşahinə deyib. Mirşahin ANS üçün diz çöküb xahiş edəndə, prezident ona bir təpik vurub deyib: “Get, get, sən maygülən imişsən!”
İndi bu sözdən siyasi debatlarda da geniş istifadə olunur. Yapçılar cəbhəçilərə “maygülən” deyirlər, cəbhəçilər də yapçılara.
“Maygülən” sözü xalq arasında da yayılmaqdadır. Bir kənddə bir oğlandan bir qıza elçi gəlib. Qız razı, qızın anası razı, qızı atası razı, ancaq qızın qardaşı deyib ki, bacımı bu oğlana versəniz, özümü cıraram. Deyiblər a bala, özünü niyə cırırsan, oğlan yaxşı oğlandır, ağlı başında, gözəl-göyçək. Qızın qardaşı deyib yox, siz onu yaxşı tanımırsınız, o, maygüləndir…
Ancaq demək olmaz ki, “maygülən” sözü “maygülü” sözünü tamamilə sıxışdırıb dilimizdən çıxarıb. Hələlik bu iki sözün paralel işləndiyi müşahidə olunur. Məsələn, müsavatla cəbhə arasında debatlarda “maygülü” sözünə üstünlük verilir. Bu nəticəyə gəlmək olar ki, hələlik xalqımız ciddi seçim qarşısındadır. Maygülü ilə maygülən arasında…
18.08.2016