Şəhidlərdən birinin hərbi xidmətə oktyabrda çağırıldığı deyilir. Karantini çıxsaq, həlak olduğu günə qədər bu əsgər cəmi dörd ay hazırlıq keçib. Bu qədər hazırlıq ön mövqedə olmaq, düşmənlə kəllə-kəlləyə gələ bilmək üçün kifayətdirmi?
Azərbaycanda hərbi xidmət müddəti il yarımdır. Yəni ki, bu əsgər döyüşə girməmişdən qabaq bir neçə ay da təlim keçə bilərdi. Üç-dörd aylıq təlim görmüş əsgər heç özünü də qoruya bilməz.
Biz tankın, təyyarənin, topun qiymətini bilirik (Əlbəttə, təxminən, korrupsiya tərkibini çıxmaqla). Ancaq insanın qiymətini bilmirik. Bu əsgərin ayağı yer tutana, ağlı kəsənə qədər anasının gecəsi-gündüzü olmayıb, biya-başa çatanacan valideynləri min zəhmət çəkiblər. Dövlət xərc çəkib məktəbinə… Niyə bu uşaqları kibrit çöpü kimi yandırıb atırlar?
Azərbaycanın əhalisinin sayı bir milyon kişini silahlandırmağa imkan verir. Bu bir milyonun içində yaxşı hazırlıq görmüş insanlar var. Bu halda 19-iyirmi yaşlıları güllə qabağına vermək cinayət deyilmi?
Mən əvvəldə üç-dörd ay müddətli hazırlıqdan dedim. Əslində heç hazırlığın adı hazırlıqdır. Mən Azərbaycana gedəndə fürsərt olduqca ordudan qayıtmış uşaqlarla danışıram. Heç yaxşı təəssür yaranmır. “Mən minaatan idim. Bir dəfə bizi apardılar böyük təlimə. Bir minaatan verdilər. Baxdıq, dedik ki, bu bizlik deyl. Ata bilmədik. Elə də qayıb gəldik” – bunlar əsgərlikdən gəlmiş gəncib sözləridir, heç nə dəyişməmişəm.
Bir vacib məsələ: Azərbaycanda hamı bilir ki, hansı təzə əsgərlər ön mövqeyə düşürlər. Bu əslində faciədir. Əsgər bilir ki, niyə onun yoldaşını saxlayırlar cəbhhə xəttindən əlli kilometr aralıda, onu isə göndərirlər səngərə. Bunu bilir, ancaq başını salıb aşağı gedir…
Mənə elə gəlir ki, 19-20 yaşlı, cəmi bir neçə ay keyfiyyətsiz təlim görmüş əsgər həyatını itirirsə, bunun məsuliyyətini müdafiə naziri daşıyır.



