Архив тегов | Emin Milli

EMİN MİLLİNİN DALQABAQ SABUNU

EMIN_MILLI

Məlumdur ki, biz azərbaycanlılarda sabun adı iki cürdür: paltar sabunu və əlüz sabunu. Paltar sabunuyla, əlbəttə, paltar yuyurlar. O ki qaldı əlüz sabununa, burda məsələ bir az dolaşıqdır. Necə yəni əlüz? Bəs bədənin qalan yerləri? Onların sabunu ayrıdır? Varsa, adı nədir…

Eşitdiyimə görə, çox insan var ki, indiyəcən lap hamamda sabunla əlini və üzünü yuyur, qalan yerlərini isə elə yavan-yavan yaxalayıb qurulanır…

Ona görə də bizim gözəl dilimizdə hansı bir yerəsə sabunsuz girmək ifadəsi var. Yəni bunu belə başa düşmək olar ki, həmin yerin sabunu yoxdur və məcbur olanda ya şeytan vadar edəndə elə sabunsuz girirsən…

Deyirlər ki, Qərbdə yaşayan gözəl jurnalist və siyasətçi Emin Milli bu məsələnin həlli ilə məşğuldur. Yəni cənab Emin orda sabun istehsalına başlayıb, özü də hər yerin sabunu ayrı: baş sabunu, ayaq sabunu, qabaq sabunu, türkün məsəli, dal sabunu…

Bu yaxınlarda Emin Milli Azərbaycana gəlmək və özü ilə qayırdığı sabunlardan bir kisə gətirmək fikrindədir. Özü də sabunun gözəlliyini, onunla hər deşiyə girməyin mümkün olduğunu Emin bəy şəxsən prezident İlham Əliyevə nümayiş etdirmək fikrindədir…

Tez gəl, ay Emin Milli. Bizim millətə bu dalqabaq sabunu çox lazımdır. Bizdə çox adam çox yerə girmək istəyir, girə bilmir, pərçim olub qalır…

Gəl, gətir o sabundan…

Mirzə ƏLİL

17.03. 19

Samara

EŞŞƏYİN GETMƏKLİYİ VƏ QAYITMAQlIĞI

Deyilənlərə görə, Emin Millini Azərbaycanda “Eşşəklə müsahibə” adlı sartirik videoçarxa görə tutmuşdular. Bu satirik səhnəciyə indi də İnternetdə baxmaq olar. Baxmayan varsa, baxsın. Maraqlıdır, gülməlidir.

Əslində eşşəyə qarşı insanlar arasında neqatv münasibət, onun lənətli, başıqapazlı bir yaranışa çevrilməsi məni, düzü, pərt edir. Belə dözümlü, aztələbli, işlək heyvan adamlara nə pislik edib? Məsələ burasındadır ki, Quranda da eşşəyə qarşı təhqirli sözlər var ki, bu da məndə həmin surələrin Allah tərəfindən gəldiyinə ciddi şübhə yaradır: Alah öz yaratdığı heyvana necə təhqiranə baxa bilər?

Bu ayrı söhbətin mövzusudur. Qayıdaq eşşəyə. Daha doğrusu, Emin Miliyə. Yəni Emin Milli və onunlıa bu filmi yaradanlar demək istəidilər ki, bizə rəhbərlik edənlər eşşəklərdir…

İndi mən fikirləşirəm ki, yaxşı, deyək ki, bu rəhbərləri xalq tərpətdi. (Qeyri-elmi fantastika). Onların yerinə kimlər gələcək? Yenə eşşəklər?

İnternetdə şəhidlərin şəkillərini axtarıram, Meydan TV-nin öz səhifəsinə qoyduğu şəkillər çıxır. Şəhidlərin şəkilləri eybəcər hala salınıb, sinələri Meydan TV-nin reklamıyla bəzənib, boyunlarına yenə bu Meydanın xaçı vurulub. Eşşəklərdən ayıb olsa da, soruşuram: bu, eşşəklik deyilmi?

Mənim bir FB dostum, məndən fərqli, mədəni, təmkinli bir insan, yazıb Meydan TV-yə, ədəblə deyib ki, yaxşı deyil şəhidlərin şəkillərini bu cür bəzəmək. Cavab veriblər ki, biz bu şəkilləri dizayn edirik, montaj edirik, ona görə öz damğamızı basırıq…

Ay sizin lap… Ay sizi görüm el dizaynomontaj olasınız ki, heç ananız sizi tanımasın… Ay eşşəklər, şəhidin şəklinə nə dizayn, nə montaj… Bu şəkil sizin deyil, özünüz çəkməmisiniz, heç bir müəlliflik hüququnuz yoxdur. Lap olsaydı da. Şəhidin şəklini sizdən oğurlayacaqlar? Şəhdin şəklini götürən onu yaymaq üçün götürür. Niyə qoymursunuz yayalar? Yox, boynunuza alın ki, bu üçgünlük müharibə sizin üçün reklam kampaniyasıdır, boynunuza alın ki, siz çoxdan yalnız qrant, smeta, “layk” kateqoriyalarıyla düşünür və hərəkət edirsiniz…

İstəmədən mən də eşşəkləri incitdim… Yəqin vaxt gələcək ki, bu heyvanlara münasibət dəyişəcək. Ədəbsizlik edənlərə isə deyəcəklər: “Kəmalədin Heydərov kimi olma!” “Ramiz Mehdiyev kimi olma!” “Emin Milli kimi olma”…

06.05.2016

 

 

 

DƏYYUS ELƏ ALMANİYADA DA DƏYYUSDUR

Əgər bir insan Azərbaycanda dəyyusdursa (mən əvvəl rusca yazmaq istəyirdim: “kusok derma”), Fransada da dəyyus olacaq, Almaniyada da.

Meydan TV, mənim bildiyimə görə, Almaniyada yerləşir. Yəni ki, bu “Meydan”ı yaradan adamlar Almaniyada yaşayırlar, Almaniynın mədəniyyərtini görürlər. Və yəqin bilirlər ki, heç bir alman qəzeti, jurnalı alman əsgərinin şəklinə reklam yapışdırmaq. Özü də döyüşdə canını vermiş əsgərin.

Bəs niyə bunu Meydan zurnalistləri edirlər?

Yəin Emin Milli yeni-yeni ölümlər gözləyir ki, reklam kampaniyasını genişləndirsin, FB-da yeni layklar alsın.

Baxın şəklə. Şəhidin sinəsinin üstündə Emin Millinin loqotipi.

MAYOR ELNUR ƏLİYEV

Hitler medalına oxşayır?

награды

Və ümumiyyətlə, bu şəklə damğa basmağa Emin Millinin nəinki mənəvi, hətta leqal hüququ da yoxdur, çünki şəkli o çəkməyib.

Acınacaqlı odur ki, bu şərəfsizlik etiraz doğumur, bir neçə min adam bunu alqışlamağı özünə borc bilir…

«AZƏRBAYCAN SAATI» KANALINA ŞƏRH ƏVƏZİ

Mənə bir nəfər “Azərbaycan saatı” kanalını nişan verib tövsiyə edir ki, baxım və şərh də yazım. Mən də o insana sual verirəm: “Azərbaycan saatında” mənim son iyirmi ildə danışmadığım bir şey deyilirmi? “Azərbaycan saatı” məni oxuyub şərh yazırmı?

İndi məsələnin ayrı tərəfinə toxunum. Rəqəm adlandırmağa qorxuram, çünki bu sahədə peşakar deyiləm, ancaq güman edirəm ki, televiziya kanalı, lap ən sadəsi də, böyük sərmayə tələb edir. Studiya, avadanlıq, kameralar, mikrofonlar, işçilərin maaşı. Bir ətək pul. On minlərlə, bəlkə yüz minlərlə dollar.

İndi mənim çıxardığım qəzeti götürək. Bu qəzetə indiki məzənnə ilə yüz əlli dollardan da az pul gedir. Ancaq Samarada beş adam tapılmır ki, bu xərci boynuna götürsün. Əfəlləmiş kompütüri təzələmək üçün elə qənaətə keçirsən ki, üst-başın tökülür…

İndi təsəvvür edək ki, Həmin Qənimət Zahid ya Emin Milli Almaniyaya ya Türkiyəyə yox, Samaraya (Novosibirskə, Nijni Novqorada və s.) gəliblər. Və burda azərbaycanlıları yığıb deyirlər ki, studiya yaradırıq, ayda beş-on min dollar lazımdır. Bu sözlərii eşidən soydaşlarımız Qənimət Zahidi ya Emin Millini daşa basmasalar da, üzlərinə tüpürərlər. Vallah, belədir. Yüz dollarlıq qəzetin xərcini çəkməyən insanlar studiya xərci çəkərlərmi?

Qənimət Zahidin ya Emin Millinin televizorunun effekti ona görə sıfra yaxındır ki, onun xərcini Azərbaycan milləti yox, almanlar, fransızlar, isveçlilər, amerikalılar çəkirlər. Azərbaycanlılar isə Qənmət Zahidin televizoruna hind kinolarına baxdıqları kimi baxrlar.  Avropalılar, amerikaılar gılib azırbaycanlıların əvəzinə küçəyə çıxmayacaqlar, oğru məmuru, müstəbid polisi rerində oturdmayacaqlar. Bunları azıərbaycanlılar özləri eləməlidirlər, unları eləməyə isə əzmləri, qeyrətləri yoxdur.

“Molla Nəsrəddin” jurnalının ona görə maarifçilik effekti var idi ki, onun xərcini xalq özü çəkirdi.

Qənimət Zahidin televizoruna baxan soydaşlara: gətirin “Azərbaycan saatına” xərclənən pulun ondan birini verin bizə, görün nələr yaradırıq! Heç olmasa, adama yüz rubl verməyə hazırsınız?

O ki qaldı bilavasitə Qənimət Zahidin televizoruna, mən bir dəfə bir verilişin bir hissəsinə baxdın. Bir ailə göstərirdilər. Bu ailə xarabalıqda yaşayır. Divarlar uçur, yəni heyvan heyvanlığıyla orda qalmaz. Kişi də arvad-uşağı yığıb başına hökumətdən şikayət edir.

Mən Əliyev rejimini, yumşaq desək, sevmirəm. Heydər Əliyevin rejimini də sevmirdim. Ancaq mənə elə gəlir ki, heydərəliyevə, ilhaməliyevə, kəmaləddin heydərova və s. baxmayaraq, Azərbaycanda ev tikmək olar. Qaranquş qaranquşluğuyla palçığı yumurlayıb özünə yuva tikir. Əgər əlli-ayaqlı kişi arvad-uşağıyla xarabalıqda yaşayırsa, bu insan əlini ağdan-qaraya vurmaq istəmir. Bu adamın kişi adına haqqı yoxdur. Ya başqa süjet: bir müharibə əlilinin bərbad vəziyyətdə olan evini göstərirlər. Qonşular deyirlər ki, hə, hökumət ev vermir buna. Mən özümü qonşulara tuturam: bəli, hökumət oğrudur, ancaq hökumət kənd camatını qoymur ki, yığışıb iki həftənin içində sağlamlığını onların yolunda qoymuş bu veterana bir ev qaralasınlar?

Elə hesab edirəm ki, tapşırığı yerinə yetirib şərh yazdım…

Ancaq Qənimət Zahidin televizoruna baxmağa vaxtım və həvəsim yoxdur. Öz xırda işim mənim üçün daha vacibdir…

07.03. 2016

 

 

 

RÜSTƏM İBRAHİMBƏYOV SURİYADA

nar

Azərbaycan prezidentliyinə namizədliyi qeydə alınmamış Rüstəm İbrahimbəyov siyasi mübarizəni dayanıdırmayıb. Hazırda Rüstəm bəy Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edir, çünki onun Rusiya vətəndaşlığı Suriya qanunvericiliyinə zidd deyil. Jurnalist Eynulla Fətullayevin yazdığına görə, İsa Qəmbər,Bəxtiyar Hacıyev, Emin Milli, Gözəl Bayramlı  və başqa görkəmli xadimlər  Suriya müxalifətinə qoşulublar. Əli Kərimli də xarici pasport alan kimi Suriyaya yollanacağını deyib.

EMİN MİLLİNİN FANATLARI, HARDASINIZ?

Facebook-da Bakıda, İsmayıllıda tuttulanlardan məlumat tapmaq çətindir – ya da mən şəbəkənin Azərbaycan seqmentinə yaxşı bələr deyiləm. Təəssüf ki, tutulanlara dəstək kimi, kütləvi aksiyalar qalsın, nəinki piketlər də keçirilmir, hətta onların həbsinə yazılı etiraza da çox adamın cəsarəti çatmır. Demaqoqluq isə, gözəl söz deyib özünü “bəyəndirmə” cəhdləri isə kifayətdən də artıqdır… Emin Millinin şəbəkələrdəki “fanatları” hardadırlar? Onların sayı, deyəsən, bir neçə mindir.

Ey, hardasınız?

 

EMİN MİLLİNİN BLOQ YAZISI BARƏDƏ

«Azadlıq» radiosunun saytı üçün yazılmış şərh

 

Bu gənc cənabın problemi var. Sağ “əziz prezidentə” yazdığı məktuba cavab almamış ölü prezidentə həmlə edir… Emin Milli İzahlarında səmimi deyil: əgər məktubu (bu, doğrudan da məktubdursa və onu Elçibəy yazıbsa) özü arxivlərdən tapıb nəşr etsəydi, bunu yalan-doğru tədqiqatçılıq işiylə bağlamaq olardı. Əgər “sənəd” 1993-cü ildə çoxtirajlı qəzetdə çap olunubsa, onu təzədən, özü də seçkiqabağı dövrdə, hıyata qaytarmaq fitnəkarlığa oxşayır…

Arxivlərin açılmağı tələbi gülməlidir…Azərbaycan Çexiya deyil, 1991-ci ilə qədərki Azərbaycanı ümumiyyərlə heç bir dövlətlə müqayisə etmək olmaz, çünki Azərbaycan o vaxtacan dövlət deyildi… Azərbaycanlılar o vaxtacan nəinki KQB-dən, raykkom katiblərindən və milis rəislərindən qorxurdular. Azərbaycanlılar kolxoz sədrlərindən, briqadirlərdən və hətta qarovulçulardan da qorxurdulr. Mərhum İsa İsmayılzadənin dediyi kimi: “Qaçın qarovulçu gəldi, Qoçu oğlu qoçu gəldi…” Əqidə üstündə türmədə yatmış bəlkə də yeganə azərbaycanlıya qarşı iddialar irəli sürən bu gənc cənabın hansı mənəvi əsasları var?

Və bu gənc cənabın özünü yerli-yersiz yazıçı adlandırmağı, ləhcəsini ingilisləşdirməyi onun səmimiliyinə ciddi şübhə yaradır. Bu gənc cənab miqyas axtarır, ona görə də miqyaslı hədəf seçir: sağ prezident, ölmüş prezident…Sən “Hərb və sülh”ü yazmamısan, “Eşşəyin itməkliyi”ni də yazmamısan, ancaq özünə yazıçı deyirsən, arxasında ciddi sənət yaradıcılığı durmayan adı qaldırmaq üçün sağ prezudentə məktub yazılır, ölmüş prezidentin “məktubu” tabutdan çıxarılır…

Təəssüf ki, indi publik adamların, xüsusən gəclərin, nə ataları, nə anaları var, onlar İnternetdə doğulublar və onlar İnternetdəki diqqətlə qidalanırlar. Diqqət üçünsə bəhanə olmalıdır…