Qiyas İbrahimov və Bayram Məmmədova
həsr olunur
Qolları qandallı, qəddi şax oğlan,
Qulları qaldıran, Spartak oğlan!
Qolların qandallı, əllərin yalın,
Ödünü əzmisən generalların.
Sən nə diz çökənsən, nə də yalvaran,
Başı uca oğlan, üzü ağ oğlan,
Pulla, qohumluqla rütbə alanlar,
Rezin dəyənəklə qılınc çalanlar,
İnsanın qanıyla qidalananlar,
Sənin qabağından qaçacaq, oğlan!
Xəstə millətinə sən bir ümidsən,
Sən əsgər deyilsən, ancaq igidsən.
Xalqı müstəbidin üstə yeritsən,
Bəlkə də qayıdar Qarabağ, oğlan.
Qolları qandallı, qəddi şax oğlan,
Qulları qaldıran, Spartak oğlan!
19 may 2016, Samara