Архив | Август 2016

MODERATOR.AZ SAYTI FOLKNERDƏN MÜSAHİBƏ GÖTÜRÜB…

ФОЛКНЕР

«Moderator.az saytı 1956-cı il dövrün məşhur yazıçılarından olan, Nobel mükafatçısı Uilyam Folknerin 1956-cı ildə yerli mətbuat orqanlarından birinə verdiyi müsahibəsini təqdim edir».

Bir şey başa düşdünüz? 

Müsahibənin sonunda, müsahibəni götürən adamın adının qoyulduğu  yerdə “Elmin Nuri” adı var, buna görə güman etmək olar ki, 1956-ci ildə Folknerdən müsahibə götürənlər arasında bu kişi də olub.

Əslində müsahibə 1956-cı ilin əvvəlində Nyu Yorkda verilib, müsahibə götürən də məlumdur: Cin Stayn.

(http://www.theparisreview.org/interviews/4954/the-art-of-fiction-no-12-william-faulkner

Recently, though shy and retiring, Faulkner has traveled widely, lecturing for the United States Information Service. This conversation took place in New York City, early in 1956.

Interviewed by Jean Stein)

Müsahibənin orijinalının ya rusca tərcüməsinin hardan götürüldüyü məlum deyil, mənbə göstərilməyib. Orijinal mətn böyükdür, Parisreviews jurnalında çap olunub.

 

“Balzak öz qüsursuz dünyasını yaratmış yazardı”.

 

Yazardı, oxuyardı, hoppanardı… Mən başa düşürəm ki, bu, “yazıçı idi” mənasındadır, ancaq niyə bu müsahibəni hazırlayanlar özlərini meymunluğa qoyurlar. Həm də gah meymunluğa qoyurlar, gah da qaz yerişi yerimək istəyən ördəyə dönürlər. Bu mətndə gah “yazıçı”, gah “yazar” işlənir – nə girinclikdir?

 “Döşəyimdə ölərkən”  — yəqin “As I Lay Dying” romanı nəzərdə tutulub. Ruslar bunu «Когда я умирала» kimi tərcümə ediblər. “Döşəyimdə ölərkən” – gülməlidir – belə çıxır ki, ölənin yorğanı yox imiş?

Bəlkə Azərbaycanda nə qədər ki, nəsr yazan adamın necə adlandırıldığı barədə vahid fikrə gəlinməyib, Folknerə dəyməyək?

 

 

«BAŞIMI ƏSA TƏK TUTUB GEDİRƏM…»

“Sizə sualım budur, möhtəşəm ata, bu ədalətlidirmi Çeti-Mineidə  hardasa hansısa müqəddəs bir möcüzəkardan rəvayət olunur ki, ona imanına görə işgəncə vermişdilər, və axırda onun başı kəsilib atılanda qalxdı, başını götürüb qaldırdı və “lütfən onu öpərək”  xeyli getdi, başını əlində apararaq və “lütf ilə onu öpərək”. (tərcümə mənimdir — X.X.)

Bu sualı “Karamazov qardaşıarı”nda Fyodor Karamazov Qocaya verir. Qoca cavabında deyir ki, “yox, ədalətli deyil”.

 

Fyodor Karamazov and içir ki, bu rəvayəti eşidəndən sonra imanının itirib…

 Dostoyevskinin romanındakı səhnə Salam Sarvanın şeirini oxuyanda yadıma düşdü:

Boğulub üzürəm, batıb gedirəm…
Başımı əsa tək tutub gedirəm…

Bəlkə də bu şeir kiməsə Münhauzeni xatırladır: baron bataqlığa düşəndə öz saçından tutub özünü bataqlıqdan çıxarmışdı…

 

17.08.2016

 

 

 

 

TÜRKÜN MƏSƏLİ VƏ TÜRKÜN MÜDDƏTİ

Ərdoğzn Fətullah Gülən üçün 1900 il həbs cəzası tələb edir. Bu, təsadüfi deyil. Ərdoğan bundan sonra 1900 il prezident vəzifəsində qalmaq niyyətindədir.

SALAM SARVAN YAPA-A GİRMƏYƏYDİ BƏS HARA GİRƏYDİ?

Bu gün bilmişəm ki, Azərbaycanda Salam Sarvan adlı böyük şair varmış və bu şair Məcnun kimi çox vurnuxandan sonra özünü axırda gedib soxub Yeni Azərbaycan partiyasına. Demokratik ictimaiyyət də bu hadisədən elə sarsılıb ki, Salam Sarvan, Allah eləməmiş, özünü assaydı, elə sarsıntı olmazdı.

Mən İnternetdən bu böyük şairi və təzə yapçının şeirlərini tapıb oxudum.

Hörüyün əlimdə təsbeh əvəzi…
üstündə duamı oxudum, ayıl.

 

Belə çıxır ki, oğlan durub qızın başının üstündə, hörüyünü təsbeh kimi tutub dua oxuyur. Ancaq br az sonra məlum olur ki, məsələ başqa cürdür.

Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…

Bu, pozğun qadının qoynundaymış… Biabır olduq…

Sonrası lap maraqlıdır:

Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram.

İndiyəcən Azərbaycan poeziyasında lağım atmamışdılar, Salam Sarvan birinci lağımçıdır.

Sonra ayrılıq baş verib, qız daha hörüyü ələ vermir. Salamın gözləməkdən gözü (yəqin bir gözü) çuxura düşüb:

Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?

Qardaş,  hardan soruşsun? Axıı görüşmürsünüz, qız nə bilsin ki, göz çuxurdadır yoxsa ayrı yerdə?

Səni necə atım, necə, bilmirəm —
bir zərsən düşmürsən heç üzü üstə.

 

Zər kubdur, həmişə bir cür düşür, yəni tini üstə düşmür. O ki qaldı o xanıma, yəqin onun üzü üstə düşməyi üçün gərək hörüyünü əlindən buraxmaysan…

Boğulub üzürəm, batıb gedirəm…
Başımı əsa tək tutub gedirəm…

 

İndi Azərbaycanda bir ağıllı adam çıxsın, desin ki, başı əsa kimi necə tutub getmək olar. Getmək olmaz, a kişilər. Baş əsa deyil, Salam Sarvan xalqa vedrə bağlayıb!

İndi bu adam hansı partiyaya girməliydi? REALa? NİDAya? Müsavata?

Oturun yerinizdə! Gedin özünüzə şair axtarın. Heç axtarmaq lazım deyil, şairlər gözünüzə girirlər, görmürsünüz. Biri elə o təsbehdən belə yazıb:

Urma girüh zülfünə, eylə həzər, ey sənəm,

Oxşamasın şəklidə sabheyi-səddanəyə…

16.08.16 SAMARA

BƏXTİYAR VAHABZADƏNİN “HƏYAT SƏN NƏ ŞİRİNSƏN!” ŞERİNƏ NƏZİRƏ

Bəli, ömür nədənsə bərabər paylanmayıb,

Xoş o kəsin halına – pay alıb, aldanmayıb.

Kim bilir üç yüz ili qarğa nə yolla alıb,

Zavallı şahinəsə vur-tut onca il qalıb.

Yəqin növbə zamanı basırıq da salıblar,

Çoxları əl altından, tanışlıqla alıblar.

Həyat, sən həm acısan, həyat, sən həm şirinsən,

Hərdənbir turşməzəsən, hərdən də kəmşirinsən.

Əgər desə bir qarı: “Ölmürəm ki qurtaram!”

Əzrailin gözünə kül üfürür, vəssalam.

Üzə demək olmasın, həyan, yaman şirinsən,

Maaş üstdən mükafat alan zaman şirinsən.

Bəli, bir gün Əzrail Loğmanla da görüşdü,

O nəcib alim kişi görün nə günə düşdü!

İstəyən utanırsa ən çoxu qurşağadək,

Verməyənlər qızarır təpədən dırnağadək.

Loğman istədi onu birtəhər tutsun dilə,

Bir gül dərib çəməndən uzatdı Əzrailə.

Söylədi: “Düşünməyin rüşvət verirəm sizə,

Kiçik bir hədiyyədir bu, xoş gəlişinizə”.

Əzrail dedi: “Alsam bu gülü səndən əgər,

Bil ki təmiz adıma min böhtan deyəcəklər.

Düşmənlər ayağımın altını qazacaqlar,

Düz allahın üstünə anonim yazacaqlar”.

…Loğman köçdü dünyadan ürəyində dərd, qubar,

Nəvələri o güllə “çilədi” oynadılar…

Demirəm ki, hər zaman belə şirinsən, həyat,

Bəzən acı zəhərə dönməyin də var, heyhat!

Bir gündə on beş toya çağrılanda yamansan,

Arvadın danlağıyla qovrulanda yamansan.

Bircə şüşə çaxırın pulu düzəlməyəndə,

Dadsız-tamsız olursan, bağışla məni, sın də.

Ancaq şirin də olsan, acı zəhər də olsan,

Hələ səndən doymayıb bu dünyada bir insan.

Necə əzizsən mənə! Yığılıb gələ aləm,

Öz payımı heç kəsə bil ki, verən deyiləm!

        20 yanvar 1978, Ərəbqardaşbəyli

 

 

ЕСТЬ ТАКОЕ СЛОВО!

«Мы ведем свой род от прусского выходца Радши или Рачи…» — так начинает свои наброски к автобиографии Александр Сергеевич Пушкин, описывая практически сложнейшую работу природы в течение веков по скрещиванию разных родов и ветвей, чтобы родился гений.
Думается, для рождения неординарных мерзавцев природа проделывает такую же сложную работу.
Талантливых мерзавцев встречаются чаще, чем светлые гении. Поэтому мысль о том, каким образом, каким путем, какими скрещиваниями на свет появился тот или иной мерзавец.
Об этом я думаю, когда Эйнулла Фатуллаев берется за выполнение очередного задания своих хлебодателей.
Мерзавец, между прочим, не то слово. В русском языке нет такого слова, которое в полной мере выразило бы натуру тех людей, как Эйнулла Фатуллаев.
В азербайджанском языке есть такое слово: «ограш». Что конкретно оно означает, не могу сказать. Находится ли оно в списке нецензурных по азербайджанским законам, мне тоже не известно. Но я уверен, что это слово тоже создано усилиями природы. Оно как лекарство – когда Эйнулла Фатуллаев совершает очередное задание своих хлебодателей, в первые минуты наступает глубокое отчаяние, чувство безнадежности и беспомощности, но
хотя бы про себя произнеся это чудо-слово «ограш», успокаиваешься…
Азербайджанский язык не так велик и могуч, как русский. Но в нем есть чудо-слова, которые удерживают от желания вешаться…
15.08. 2016

NATİQ CƏFƏRLİNİN İZLƏYİCİLƏRİ HAQQINDA

Natiq Cəfərlinin FB səhifəsinə baxdım. 17.427 (!)  nəfər izləyicisi var. Bu rəqəmin mənim üçün necə fantastik olduğunu göstərmək üçün deməliyəm ki, mənm 27 (!) izləyicim var. Bunun da yaransı (13, 5 nəfər) işləməyən akkauntdur.

Yəni mən  Natiq Cəfərliyə kənd futbolçusu Ronaldoya baxan kimi baxıram.

İndi Natiq Cəfərlini tutublar. Bu İlham Əliyevin yuxusu yoxdur ki – gecənin bir aləmində gəlib bu Ronaldonu aparıb basıb dama.

İndi görün bu 17 427 izləyicədən heç olmasa 1, 7 nəfər məhkəmə binasının qabağına gedib bir əski parçası qaldırdımı? Yox, qaldırmadı. Elə isə 17 427 izləyici Natiq Cəfərlinin nəyini lazımdır?

Bu qədər də olmasa, heç olmasa, bunun yüzdən biri qədər izləyici mənə lazımdır, çünki mən iki dildə bədii mətnlər yazıram və bu mətnlərin oxynmasını istəyirəm. Siyasətçiyə izləyici lazımdır ki, dalınca getsin. Ancaq Natiq Cəfərlinin, eləcə də İlqar Məmmədovun izləyiciləri onların dalınca getmirlər, ancaq dallarınca baxırlar.

Belə izləyicidənsə yumurtlayan bir toyuq yaxşı deyilmi?

Mirzə Fətəlinin hansı komediyasındasa (tapa bilmirəm hansında) bir gözəl əhvalat danışılır. Bir İran sərkərdəsi yellənə-yellənə şəhər meydanında gedir, əsgərlər bunu görüb tökülüşürlər dalınca ki, maaşımızı ver. Bunlarn qışqır-bağırı sərkərdəni bezdirir, başmağının bir tayşnı çıxarıb qayıdır bunların üstünə. Əsgərlər pərən-pərən olub dağılırlar…

Sərkərdə başını yelləyib deyir: Mən filan qalanı bu cür qorxaq əsgərlərlə necə alacağam…

İndi Natiq Cəfərli. Bu cür izləyicilərlə hara gedib çıxmaq olar. Bu izləyicilər tində duranlar, tum çırtlayanlardır. Ən müasirləri elektron siqarət çəkirlər…

Allah mənim 13, 5 nəfər izləyicimə bərəkət versin…

Tanımadığım, “dostu” və “izləyicisi” Natiq Cəfərliyə azadlıq arzulayıram. Onu tutanların başı batsın.

 

14.08.2016 Samara

YELİK

 

 vodevil

MEHRİBAN XANIM: Kişi, məh heç bilimirdim sən belə qəşəmg yelik sürürsən. Dünən televizorda gördüm, urusun bir sözü var ey, demək istəmirəm, o cür oldum.

İLHAM BƏY: “Yelik” yox, arvad, velik, yüz dəfə demişəm.

MEHRİBAN XANIM: Mənim dilim nədənsə “yelik”ə yatır, həm də elə bilirəm “yel kimi gedən” deməkdir. Qəşəng də çəkmişdilər. ANS çəkmişidi?

İLHAM BƏY: ANS hara çəkir? ANSi bağlamışam gedib!

MEHRİBAN XANIM: Sənin bağlayan əlin-qolun var olsun! Kişi, nöş bağladın, mən indi ilin adam harda olacam?

İKHAM BƏY: Kanal çoxdur, hansında istəsən, orda. AZTV-yə tapşırım, sənə həftədə bir dəfə ilin adamı desinlər.

MEHRİBAN XANIM: Kişi, tapşır. Mən özüm bilirəm ilin adamıyam, ancaq televizor deyəndə hamı bilir. Kişi, nə olar, gələn dəfə televizor sənin velik sürməyini çəkəndə, velikin birini də ver mənə, dallı-qabaqlı sürək. Koroğluyla Nigar kimi.

İLHAM bəy: Arvad, mənim atam uzaqgörənr olub, kor olmayıb!

MEHRİBAN XANIM: Kişi, mən o mənada demədim ki. Hirslənmə, gözün yenə qan qoyar, elə bilərlər şey çəkmisən. Kişi, sən velik sürəndə ürəyim düşmüşdü ey, deyirdim birdən sükan kişinin əlindən qaçar, kişi kəlləmayallaq olar.

İLHAM BƏY: Arvad, mən peşəkar idmançıyam, Olimpiya komitəsinin prezidentiyəm, sükan hara qaçır əlimdən?

MEHRİBAN XANIM: Kişi, deyirəm yəni nanəcbin biri sənin velikinə çöp soxar, xəbərin olmaz…

İLHAM BƏY: Arvad mənim velikimə çöp soxmaq istəyənlər bilrsən hardadırlar?

MEHRİBAN XANIM: Analarnın qarnında?

İLHAM BƏY: Yox, analarının qarnından çıxıblar. Ancaq çıxmaqlarına peşman olublar. Çünki hamısını basıram türməyə…

 

13.08.2016

Samara

 

СЕРГЕЙ ИВАНОВ ИМЕЛ СВЯЗИ С ГЮЛЕНИСТОМ ХАКАНОМ ШУКЮРОМ

nar

Обнаруживаются новые подробности связи Сергея Иванова с гюленистами. Оказывается, он еще несколько лет назад попытался пригласить в ЦСКА Хакана Шукюра, который в настоящее время разоблачен в Турции как ярый гюленист, чтобы создать очаг гюленистов в популярном футбольном клубе. Коварные планы Сергея Иванова тогда сорвал Валерий Газзаев, который по совместительству является полковником ФСБ.

СЕРГЕЙ ИВАНОВ БЫЛ ГЮЛЕНИСТОМ!

nar

Турецкие газеты пишут, что решение об увольнении Сергея Иванеов Путин принял после встречи с  Эрдоганом. Президент Турции предоставил Путину неопровержимые доказательства о связи Сергея Иванова с Фатуллахом Гюленом. Сергей Иванов в течение многих лет был нурсистом и гюленистом, поддерживал недавний несостоявшийся госпереворот в Турции.