SƏHNƏCİK
Salyan təcili yardım məntəqəsi. Həkim telefonla danışır.
Həkim: Pulun var?
XƏSTƏ: Var, Var!
HƏKİM (ucadan) Pulun var?
XƏSTƏ (xırıltıyla): Var…var…
HƏKİM: Pulun var, gələrəm!
XƏSTƏ: Bilirəm, gələrsən…
HƏKİM: Gəlməsəm, ölərsən!
XƏSTƏ: Bilirəm, eləsən.
HƏKİM: Malades, qanansan!
XƏSTƏ: Nə zalım adamsan!
HƏKİM: Pulun var?
XƏSTƏ (pıçıltıyla): Var…
HƏKİM: Pulun var?
Cavab gəlmir. Bir az gözləyəndən sonra həkim dəstəyi qoyub başını bulayır:
- Bu külbaş da öldü… Dünəndən neçəsi belənçik gedib…Day Salyan qırılıb-qurtarar belə getsə…
07.09.16
Samara