BORİS RIJİY
(1974-2001)
Над домами, домами, домами
голубые висят облака…
Evlərin, evlərin, evlərin üstdə,
Sıralanıb qalıb mavi buludlar.
Onları görərik axır nəfəsdə,
Onlar həmişəlik bizimlə qalar.
Tavadaş hörülü qüllələr üstdən,
Ağ duman sürünür mavi çalarlı.
İncəyik, möhkəmik biz qranitdən,
Heç zaman heç yanda itib-batmarıq.
Çatlayıb qınımız dağılarsa da,
Nizamı itsə də fani həyatın –
Geri dön, gəl məni bağrına bas sən,
Bir yerdə qovuşaq əbədiyyətə.
Əgər üz verərsə bizə ayrılıq,
Onda yığıb apar qanadlarında,
Təkcə bəyaz duman mavi çalarlı,
Təkcə bəyaz duman apar sən onda…
1996
Ruscadan tərcümə
03.11.2016
Samara