MARİNA TSVETAYEVA
1892-1941
Есть счастливцы и счастливицы…
Bəxtəvər nə qədər qadın, kişi var,
Oxuya bilmirlər. Onlara qalan
Göz yaşı tökməkdir. Necə şirindir
Dərd leysan yağış tək axıb dağıla
Elədə daş altda canlanar nəsə
Bu Tanrı vergisi mənə qamçı tək
Ürək dağlasa da yas hönkürtüsü
Borc mənə buyurur oxuyam gərək
Dostunun üstündə Davud oxudu,
Dostunun bədəni parçalansa da.
Orfey enməsəydi əgər Aidə
Özü və səsini yollayardısa
Səsi yollansaydı zülmət ölkəyə,
Özü astatanada gözləyərdisə,
Səs kanat olardı Evridikaya,
Qalxardı, yapışıb elə bu səsdən.
Elə gözyumulu tutub bu səsdən,
Gedərdi biryolluq, işığa sarı.
Şair, əgər sənə səs verilibsə,
Deməli, alıınıb qalan nə varsa.
Yanvar 1935
Ruscadan tərcümə
12-13.11.2016 Samara