ALEKSANDR BLOK
(1880 – 1921)
Ночь, улица, фонарь, аптека,
Бессмысленный и тусклый свет…
Yenə gecə, küçə, aptek, fənərlər,
Mənasız, məzmunsuz işıq közərir.
Hələ otuz il də yaşasan əgər,
Heç nə dəyişilməz. Yox ümid yeri.
Ölərsən – başlarsan hər şeyi bir də,
Təkrar yaşanılar nə olub əvvəl.
Kanalda buz suyu külək tərpədir,
Yenə həmin küçə, aptek, fənərlər.
10 oktyabr 1912
Ruscadan tərcümə
04-05.01.2017
Samara