ALEKSANDR BLOK. «AH, NECƏ YAŞAMAQ İSTƏYİRƏM MƏN…»

ALEKSANDR BLOK

              О, я хочу безумно жить,

              Все сущее – увековечить…   

 

Ah, necə yaşamaq istəyirəm mən:

Ötəri hər şeyi —  əbədi etmək,

Canlatmaq  — həyata keçməyənləri,

Simasız nə varsa – bəşərilətmək.

 

Ağır yuxusuyla boğsa da həyat,

Nəfəsdən düşsəm də indi nə qədər,

Məni yada salıb bəlkə də bir vaxt,

Qəlbi sevic dolu gənc belə söylər:

 

Ona hüznlüyü tutmayaq irad,

Bəlkə bu, ilhamın mənbəyi idi?

Xeyirdən, işıqdan yaranmış övlad,

O həm azadlığın təntənəsiydi.

 

5 fevral 1914

Ruscadan tərcümə

26-27.01. 2017, Samara