Архив | 07.01.2017

ALEKSANDR BLOK. ƏZİZ DOST, ELƏ BU SAKİT EVDƏ DƏ…

ALEKSANDR BLOK

                (1880 – 1921)

              Милый друг, и в этом тихом доме,

                        Лихорадка бьет меня…

 

Əziz dost, məni bu sakit evdə də,

Titrətmə-qızdırma yaman çaşdırıb.

Rahatlıq və nizam var, ancaq nədən,

Mənə yer tapılmaz ocaq başında.

 

Çöldən boran səsi gəlir qəribə,

Bu nizam, rahatlıq qorxu gizlədir.

Sənin arxandaca, əziz rəfiqə,

Görürəm iki göz məni izləyir.

 

Elə arxasında çiyinlərinin,
Duyuram titrəşir zərif qanadlar.

Fırtına mələyi – Əzrail məni,

Yaxır gözlərində alışan odla.

 

Oktyabr 1913

Ruscadan tərcümə

07.01.2017