Архив | 07.03.2017

İLAHİ, YAXŞI Kİ, MÜVƏQQƏTİYƏM…

Baxırsan bu çayın buz örtüyünə,

Yox bu işdə qüsur ya natamamlıq.

Nə mil işlədilib, nə də ki iynə,

Fikirdən, xəyaldan yaranıb xalı.

 

Haldan hala düşən, neçə rəng alan,

Buludlarda nizam qəlbi titrədir.

Qocalan, əyilən, hətta yıxılan,

Ağac da görürsən öz yerindədir.

 

Bu əyri sahildə kim eyib tapar?

Kim deyər bu kollar yerində deyil?

Qar dolu yarğanlar, yastı təpələr,

Yaranıb ən dahi rəssam əliylə.
Talanı bürüyüb quşların səsi,

Yox qüsur, yox eyib nəğmələrində.

Duyğudan, həvəsdən ötür hamısı,

Zilləri, bəmləri gözəl, yerində.

 

Mənsə… Yad, artığam təbiətdə mən,

Qar üstə saldığım iz də eybəcər.

İlahi, yaxşı ki, müvəqqətiyəm,

Gedərəm, izim də silinib gedər…

 

06-07.03.2017

Samara

 

 

 

 

 

 

TFU SİZİN ÜZÜNÜZƏ!

tünzalə

«Dünya tarixi Türklə başlayır. Əgər Türkün tarixini o tarixdən çəksən tarix bomboş qalar. Dünya tarixində Türklər qədər şərəfli tarixi olan ikinci bir millət yoxdur. Türklər tarix yaradar, amma onu başqaları öz mənfəətləri üçün saxtalaşdıraraq yazar. Türkləri yox etmək üçün min illərdir hiyləgərcə layihələr istehsal olunur, lakin hər səfərində planları ya əllərində qalır, ya da suya düşür. Yenə də Türklər tarixin şah əsərlərini yazmağa davam edir və edəcək də. Türklər dünyanın fəqərə sütunudur, onunla oynanılmaz. Türklər kükrərsə dənizlər coşar, dünyanın tarazlığı pozular və dünya başınıza elə yıxılar ki, hamınız altında qalarsınız. Türkün daşı çox, həm də çox ağırdır, onu daşıya bilməzsiz. Türklər yer üzünə Allahın lütfüdür. Türklük Şərəfdir. Az da olsa özünüzə hörmət etsəniz, çıxıb bu millətdən üzür dilərsiniz».

http://www.moderator.az/news/171300.html

Bu gözəl sözləri Tünzalə Rüstəmxanlı yazıb. Sabir Rüstəmxanlının arvadı.  Çox gözəl, haqlı sözlərdir. Təəssüf ki, Tünzalə xanım xırdalamayıb, yəni sadalamayıb türkün yaratdıqlarını: təkər, kağız, barıt, buxar maşını, futbol, penisillin, Bentli, Mersedes, raket, atom bombası, pampers, telefon, parlament, İnternet…Saymaqla qurtarmaz…Yəqin Tünzalə bəyim başımızı ağrıtmaq istəməyib…

Başınız ağrımasın, Tünzalə xanım!

İndi yadıma düşür ki, aprel müharibəsinin şıdırğı vaxtı, meyitlər basdırılmamış Azərbaycanın fəxri olan Rüstəmxanlılar toy çaldırırdı…

Tfu sizin üzünüzə!

07. 03. 2017, Samara

BU LAVROV YAZIİQDAN NƏ İSTƏYİRSİNİZ?

Azərbaycan rəhbərliyi həftədə bir-iki dəfə Sergey Lavrovdan inciyir.

A kişilər, bu Lavrob köpəkoğlu neyləsin?

Cəbhə xəttindən Ağdam şəhərinə qədər nrçə kilometrdir? O beş? İyrmi? Tankla neçə dəqiqəyə gedib çıxmaq olar? Yarım saata? Bir saata? Bəs niyə Azərbaycan tankları getmirlər Ağdama? Getmirlərsə, Lavrov köpəkoğlu buna neyləsin?

Heç tankı olmasın, deyək ki, yanacaqları yoxdur. Niyə bir batalyon əsgər gedib Ağdam şəhərini təmizləmir? Ağdamlılardan bir batalyon yığmaq olar? Yığmırlarsa, buna Lavrov köpəkoğlu neyləsin?

Ağdam iyirmio dörd ildir ki, işğaldadır. Birneçə il də keçsə, ağdamlılıq bir dəfəlik yoxa çıxacaq. Çünki ağdamlılığı yaşadan adamlar ölüb gedirlər, həm də ağdamlılıq Bakıda, Biləsuvarda yarana bilməz, ağdamlılığı Ağdam yaradıb.Bu mənada məsələ iyirmi il bundan qabaq həll olunmalıydı və bir batalyon qeyrətli ağdamlı bu məsələni həll edə bilərdi. Və məsələ həll olunmayıbsa, lavrov köpəkoğlunun heç bir günahı yoxdur.

Mirzə ƏLİL

SALAM VƏ XUDAHAVİZ, ƏLƏŞRƏF!

ALAŞRAF 1.jpg

İndicə FB-da “dost”luqdan sildiyim Ələşrəf Hüseynovun öz səhəfəsində yaydığı bir videonun əvvəlinə baxdım, dəhşətə gəldim.

“Salam, Azərbaycan! Samara” adlanan bu klipin əvvəlində “Azərbaycana salam”ı Samarada  bir neçə il əvvəl arvadınl, iki uşaq anasını öldürmüş və rüşvətlə cəzadan yayınmış bir nəfər göndərir. Heç bir günahı olmayan iki uşaq anası olan azərbycanlı qadının cəzasız gəzən və öz kefində yaşayan qatili Azərbaycana salam göndərir!

Klipi axıracan baxmağa səbrim çatmadı, güman etmək olar ki, Azərbaycana salam göndərən başqa xanımlar və cənablar elə bu tipli insanlardır. Arvadlarını öldürənlər, 1990-cı illərdə ermənilər Azərbaycanı işğalı edəndə ölkədən qaçanlar, burda min hoqqadan çıxanlar…

Ələşrəf, salam və xudahafiz!

Mən bilmirəm ki, sən də bu klipdə varsan ya yox. Bəlkə sən də əziz vətəninə videosalam göndərirsən. Azərbaycanda fəklə-kəndli ailələrindən olan on səkkiz-on doquz yaşlı uşaqlar şərəfsiz generalların ucbatından qırılsınlar, siz də bahalı kostyum geyin, boynunuza qalstuk dolayın, Azərbaycan bayrağının kölgəsində durub “Azərbaycana salam” videosu çəkdirin.

Ələşrəf, yəqin yadındadır, sən bir neçə il ərzində “Ocaq” qəzetiylə düşmən olmusan, sən doğru sözə, doğru fikrə qarşı olmusan. Sənin kimi adamlar millətin düşdüyü biabırçı vəziyyətdən həqiqi çıxış yolu axtarmaq əvəzinə bu vəziyyəti doğrultmağa bəhanə axtarırlar. Bu vəziyyətin günahkarını axtarırlar. Millətin biabırçı, başıaşağı vəziyyətinin günahkarı “Ocaq” qəzeti deyildi, mən deyiləm. Millətin biabırçı vəziyətinin günahkarı onun sərvətini talayanlar, xalqın ləyaqətini tapdalayanlar və həmçinin onun ağır günüdə daban əlli altı qaçanlar, Xocalı, Şuşa, Ağdam qırılanda Rusiyanın qəlyanaltıxanalarında beş qəpiklik “xanımlarla” dilxoşluq edənlərdir. Sən daim erməniləri “aşağılayan” videolar paylaşır, pis bildiyin rusca öz fikrini də əlavə edirsən  “Armyani…”  Millətimizin başıaşağılığıda “armyani” günahkar deyillər, “armyani” öz ləyaqətləri uğrunda vurşurdular, “armyani” Stepanakerti Azərbaycan topları iki addımlıqdan vuuranda şəhəri qoyub qaçmadılar, ancaq bizim şəhərlər, rayonlar ermənilərin kölgəsi görünməmiş boşaldıldılar. Bu o cümlədən ona görə belə oldu ki, indi Rusiyadan Azərbaycana videosalam göndərən kişilər vətəni qoyub qaçmışdılar və buranın meyxanalarındı beş qəpilkik “xanım”larla məzələnirdilər. Sayca, pulca, silahca azərbaycanlılardan dönə-dönə zəif olan ermənilər Azərbaycanın dörddə birini ona görə işğal altında saxlaya bilirlər ki, onların generalları səngərlərdən çıxıblar, bizim generallar isə ya Naxçıvandan, ya ailədən. Ya da poqonlarıı pulla alıblar. Ona görə də iyirmi beş ildə bir qarış da irəliləmədən minlərlə əsgər və zabitimiz qırılıb. Buranın lotuları isə ora videosalam göndərirlər!

Və Azərbaycan həm də ona görə məğlubdur ki, Ələşrəf, sənin oğulların Azərbaycan səngərlərinbdə deyillər!

Uşaqlarınızı göndərin Azərbaycan ordusuna, salam yox!

Ələşrəf, gözlərini geniş aç, həqiqətə yaxşı bax! SSRİ öz ərazisini Hitler işğalından nə qədər vaxta azad etdi? Üç ildən bir qədər çox? Dörd il olmamış sovet qoşunları Berlimi aldılar! Azərbaycan ordusu 25 ildə bir kəndi də azad etməyib! Çünki Azərbaycan hökuməti xalqın belini sındırıb, onu biqeyrət edib, onun taleyini şərəfsiz məmurlara və şərəfsiz generallara tapşırıb. Çünki Azərbaycan rejimi ermənilərdən yox, öz xalqından qorxur. Və bu rejim öz xalqını başıaşağı və itaətli saxlamaq üçün ərazinin daha bir dördə birini verər. Azərbaycan rejimi şərəfsizləri, lotu-potunu sevir və onlara arxalanır. Qoy Rusiyadakı fərarilər, anaşa satanlar, nağara vuranlar, kabab çəkənlər, pul atanlar, öz arvadlarını öldürənlər qalstuklu-bayraqlı salamlarını Azərbaycana yox, Azərbaycanı rüsvay etmiş, xalqının belini sındırmış məmurlara, generallara, hakimlərə ünvanlasınlar.

X.X.

07.08.2017, Samara