MARİNA TSVETAYEVA
ÖLKƏ
С фонарем обшарьте
Весь подлунный свет!
Той страны — на карте
Нет, в пространстве — нет.
Əldə çıraqla gəzin,
Bu dünyanı axtarın.
O yurd nə yer üzündə,
Nə də xəritədə var.
İçilib nəlbəkidən
Sanki – dibi görünər!
Evə necə dönəsən
Dağıdılıbsa əgər?
Gərək yeni ölkəyə
Doğulasan yenidən!
Səni yıxıb sürüyən,
At belinə dön indi!
(Salamatdımı-sağmı
Heç olmasa sümüklər?)
Yəqin belə qonağa
Qıymaz heç çörəkçilər
Quru tikə də. Dülgər.
Satmaz heç tabutu da.
Yolları sonsuz ölkə,
Cənnət ölkə yox daha.
Təkcə xatirəsiylə
Qalır – orda gənc idim.
Yox həminki Rusiya,
Yoxam həminki mən də.
1931
Ruscadan tərcümə
10.03.2017. Samara