ALXANLIDA HƏRBİ POSTLAR DOĞRUDAN DA YOXDUR? YOXDURSA, NİYƏ?

Azərbaycan Rəhbərliyi böyük təntənə ilə  bütün dünyaya bildirir ki, xarici nümayəndələrə Alxanlıda hərbi postlarımızın olmadığını sübut edib.

İndi isə bu apzasa baxaq:

“Ermənistanın kəşfiyyat-diversiya qrupu Milli Ordumuzun Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi istiqamətində yerləşən mövqelərinə hücum edib. Eyni zamanda, düşmən adıçəkilən rayonun Alxanlı kəndini də atəşə tutub. Nəticədə Azərbaycan ordusu Ermənistan tərəfinin hər iki təxribatının qarşısını alıb. Atışma zamanı Azərbaycan ordusunun 3 hərbçisi yüngül yaralanıb.”

Bu, Azərbaycan müdafiə nazirliyinin 22 may 2014-cü il tarixli bəyanatındandır. Əgər Alxanlıda Azərbaycanın hərbi postları yoxdursa, erməni hücumlarının qabağını kim alıb?

Alxanlı kəndi 1993-cü ildən 1995-ci ilin yanvarınadək erməni işğalıaltında olub. Sonrakı illər, İnternetdəki məlumatlara görə, bu kəndin qayıdan əhalisi daim atəşə tutulur. Bu kənddə nəinki postların, hətta ciddi hərbi qüvvənin olmasını ən sadə məntiq tələb edir. Əgər hərbi qüvvə, ən azı postlar olmayıbsa, bu, cinauyət deyilmi? Axı bu əhalini bilə-bilə ölümlə üz-üzə qoymaqdır!

Beləliklə: Alxanlıda hərbi postlar doğrudan da yoxdur?

Yoxdursa, niyə yoxdur və bunun məsuıiyyətinikim daşıyır?