Архив | 13.07.2017

İSGƏNDƏR HƏMİDOVUN ATOM BOMBASI VƏ ZAKİR HƏSƏNOVUN «İSGƏNDƏR»VURAN SİLAHI

Mənim keçmiş şagirdim Azərbaycan Politexnik İnstitutunda oxuyan vaxtlar daxili işlər naziri İsgəndər Həmidov tələbələr qarşısında çıxış edib demişdi ki, “məmin atom bombam var, atacağam ermənilərinb üstünə”.

Tələbələr də qorxularından deyə bilmirlər ki, ay oğr…, varsa, niyə atmırsan, bu millət qırıldı axı…

İndi də nazir Zakir Həsənov deyir ki, Azərbaycanda “İskəndər” raketlərini vuran silah var. Buna deyən yoxdur ki, ay… ay filankəs, belə silahların varsa, niyə bəs arvad-uşaq qırılır? Nazirin qarnı gün-gündən yekəlir, ordenlərinin sayı artır, millət də qırılmaqda.

Kefli İsgəndər demişkən, olasan Rüstəm-zal, çıxasan bu nazirin qabağına…

13.07.17

GENERAL NOVRUZƏLİ ORUCOVDAN QURBANKƏSMƏ MƏRASİMİNƏ DƏVƏT

Bakıdan bir dəvətnamə almışam. Mətni belədir:

«Hörmətli Mirzə Əlil! Cümə günbü oğlum Rüstəmi H. Əliyev mərkəzində prezidentin ayaqları altında qurban kəsirəm. Siz də qurbankəsmə məclisinə dəvət olunursunuz. Prezident məşqul olduğundan ayaqqabılarından bir cütünü göndərəcək.

Hörmətlə:

general Novruzəli Orucov»

RÜSTƏM ORUCOV 5

KİRVƏLƏRİN SÖHBƏTİ

Məmmədyarov və Nalbandyan Brüsseldə görüşürlər. Nalbandyan Məmmədyarovu gözdən keçirib deyir:

  • Kirvə, nə xarablaşmısan? Xəstə deyilsən ki?

Məmmədyarov deyir:

  • Yox, kirvə, xəstə deyiləm. Bu yay Bakıda havalar pis keçir, ondandır. Sən, maşallah, buğa kimisən.
  • A kişi, elə demə, gözün dəyər! Zarafat edirəm, kirvə! Özümə korluq vermirəm. Həftənin üç gününü Şuşada oluram, üç gününü Kəlbəcərdə. Bilmirəm o yerlərdə olmusan ya yox, kirvə, cənnətdir, cənnət…