
Qəribədir bu torpaq.
Olmaz bu ərazidən
Çətin işdir ayırmaq
Farsları azəridən.
+
Qonşudan da yaxınıq,
Müxaliflə hisar tək,
Mümkün deyil ayrılıq,
Lap ortadan hasar çək!
+
Bura ərazi deyil,
Böyük bir nərdtaxtadır.
Tale atır zərləri,
Tarix də baxtabaxtdır.
+
Bəzən biz oturmuşuq,
Taxtda — tac başımızda.
Vuruşmuşuq, qurmuşuq,
Taxt sizdə, şahsa bizdə.
+
Aramızda məsafə,
Beşdən şeşə qədərdir,
Düşəndə mübahisə,
Səbrə çağırır sə-bir!
+
Diz üstdə tarı farsın,
Bizimki sinədədir.
Mizrab vuranlarınsa,
Eşqi, ehtirası bir…
08. 04. 2023 Samara