Архив | 06.09.2023

AZƏRBAYCAN HƏYATININ ƏN İYRƏNC TƏZAHÜRÜ — QURBAN MƏMMƏDLİ BU GÜN…

Portrait_of_Ruhollah_Khomeini_By_Mohammad_Sayyad1871-ci ildə Dostoyevski Straxova yazır: «Я обругал Белинского более, как явление русской жизни, нежели лицо. Это было самое смрадное, тупое и позорное явление русской жизни».

Dostoyevski Belinskini söyür, onu rus həyatının ən üfunətli, küt və rüsvayçı təzahürü adlandırır.

Dostoyevski ədalətli və haqlı deyil, gənclikdə yaşadığı incikliyi unuda bilmir, vaxtaşırı intiqam hərisliyindən ölçü hissini itirir.

Ancaq dedyi sözlər bəzən hazır düstur kimi adamın dadına çatır – eləsində elə rəzalət görürsən ki, layiqli təyini yalnız Dostoyevskdən sitatda görüürsən.

Bu gün bu sözləri Qurban Məmmədli haqqında demək olar: bu adam Azərbaycan həyatının ən üfunətli, iyrənc təzahürüdür.

A kişi, sənin Ramizi Yunusla və Ramiz Yunusun anasıyla nə işin var? Sən otuz ildə cilddən cildə, o cümlədən canavar və tülkü cildinə girmiş Rauf Arifoğlunu ağzını marçıldada-marçıldada tərifləyirsən və tərifini “ardı var” deyərək kəsib dişlərini qıcayırsan və atılırsan Ramiz Yunusun üstünə. Paxıllıqdan, həsəddən, elə deyilmi? Onu Ukraynanın, Rusiyanın, qərbin  YouTube kanalları ekspert kimi dəvərt edirlər, səni yox. Səni dəvət etməyin mənası da yoxdur, rusca danışa bilmirsən. Bildiyin  Azərbaycan dilinin Naxçıvan dialektidir.

Ramiz Yunus deyir ki, müsəlmandır, azərbaycanlıdır Azərbaycan vətəndaşıdır, Azərbaycan uğrunda ölməyə hazırdır. Sən hırıldayıb deyirsən ki, yalan deyir, anası ermənidir.

Bəlkə sənin də anan ermənidir? Bəlkə sənin nənəni erməni zad eləyib? Hə, yoxlamaq təklifinə necə baxırsan?

A kişi, iri nəvələrin var, ayıbdır, özünə hörmət qoy. Sənə bu rəzilliyinə görə etimad yoxdur. Gücənə-gücənə, xalqdan maliyyə yığa-yığa cəmi 120 min abunəçi cəlb edə bilmisən. “Azad söz “kanalının 600 mindən çox abunəçisi var.

Heyf o London şəhərindən…Miskin irqçi, Hitler karikaturası ingilisin çörəyini yeyə-yeyə özündən mindən yaxşı adamların qanını araşdırır…

Saqqalı ağardıqca üzü qaralan marginal. Vallah, belədir…

06.09. 2023, Samara

AŞIQ PƏNAH KAZUSU. AŞIQQAUYIRMA PLYUS YAŞQAYIRMA…

Lenin haqqında mahnı tədbirin konsertin axırında oxunurdu. Buna qədər bir mahnı da oxumuşduq: Üzeyir Hacbəyovun şikəstəsini:

Bir qızıl quş kaş olaydım,
Gəl, bala-bala yarım…

Və, əlbəttə, ümumi səylərlə təzəcə qayırılıb istifadəyə verilmiş aşıq Nadir filormoniyanın dünya şöhrətli ayaqlar döymüş səhnəsində nimdaş polkovnik çəkmələriylə gəzişib zalı yəqin ki, administrativ resurs vasitəsilə doldurmuş tamaşaçılara yöndəmsiz adı kimi özü də yönəmsiz Əlibayramlı şəhərində aşıq sənətinn necə qorunub nəsildən nəslə keçdiyini nümayiş etdirdi. Tərkibində əsasən ruslar olan estrada orkestri, qazıməmmədli (Qazıməmməd — Hacıqabulun o vaxtkı adıdır) qocaman rəqqas da alqışlarla qarşılandılar. Ancaq ən çox alqışlanan, mənim yaşıdım və yerlim Həbib Zərbəliyev oldu. Bəli, indi görkəmli linqvist və indoneziyaşünas kimi Azərbaycandan uzaqlarda da tanınan doktor Zərbəliyev Əlibayramlıda oxuduğu illərdə (1968-1972) muğamların zillərini ifa etməyə qadir olan çox yüksək və məlahətli səsiylə, yaşına görə unikal sayıla bilən texnikası ilə konsertin ulduzu oldu və o axşam bəlkə də adminstrativ təşkillə filarmoniyaya gələnlər ən azı Həbibin ifasını eşidəndən sonra tədbirdən razı getdilər. Həbibiin ifasəna çalınan alqışlara hər peşəkar müğənni layiq görülmür…

O vaxt Həbibin səsi gərək qorunaydı. Qorunmadı və o, səsini itirdi. Xoşbəxtlikdən sonralar özünü dilçilik elmində tapdı…

Səhəri gün çıxan “Kommunist” qəzetinin dördüncü səhifəsi bizim konsertə həsr olunmuşdu. İştirakçıların, o cümədən xorun da şəkilləri çap olunmuşdu. Materialın mərkəzinə qazıməmmədli rəqqasın şəkli belə bir altyazı ilə qoyulmuşdu:

“Sizcə bu “cavan oğlan”ın neçə yaşı olar? Əlli? Yox, Əlibayramlıdan gəlmiş rəqqasın 74 yaşı var!”

Rəqqasın 74 yaşında olmağı filarmoniyada da, onun nömrəsi elan olunanda xüsusi qeyd edilirdi və zalda alqış qopurdu. 74 yaşlı rəqqasın gümrah rəqsi, barmaqları üstündə dayanıb gəzişməyi tamaşaçıları biganə qoya bilməzdi. Mən özüm ona möcüzə kimi baxırdım, çünki o vaxtlar, 60-cı illərdə,  bizim kəndimizdə kişilər heç altmışacan yaşamırdılar. Yemək qıt idi, səhiyyə yox idi. Çox vaxt adam elə xəstələnən kimi ölürdü, heç müalicəyə ehtiyac olmurdu…

Xeyli sonra, bir qazıəməmmədlidən o rəqqas haqqında soruşanda, gülüb dedi: “Nə 74 yaş? Kişinin cəmi 64 yaşı var, təzə pensiyaya çıxıb, Bakıya konsertə aparanda yaşını10 il artırdılar ki, maraqlı olsun…”

(Qoqolun “Şinel”ində dərzi Petroviç var. O, müştərilərini sarsıtmağı sevir. Akaki Akakiyeviçə təzə şinel üçün elə qiymət deyir ki, yazıq az qalır huşunu itirib yıxılsın…Sovet də əhalisini rəqəmlərlə sarsıtmağı seidi, ortada bir şey yox, ancaq rəqəmlərə görə bu-gün sabah kommunizmi qurub qurtararıq…)

Azərbaycan, əlbəttə, mən sovet Azərbaycanınını nəzərdə tuturam, təkcə aşıqqayırma sahəsində yox, yaşqayırma sahəsində də bütün planetdən qabaqda idi. Götürək Şirəli Müslümov proyektini. Bu, ümumdünya miqyaslı afera idi. Şirəlinin vaxtında planetimizdə təxminən 4 milryard əhali vardı, indi səkkiz milyarddır. Bu səkkiz milyardın içində, səhiyyənin yüksək inkişafına baxmayaraq, heç 120 il yaşayan  adam tapılmır. Uzağı 113-115 yaşında olan Şirəlinin yaşını ölənə yaxın elədilər 169! Hər il üç-dörd yaş artırırdılr… O illərdən də çox qabaq çəkilmiş Amerika filmlərinə baxın. Deyək ki, epizod tikinti meydançasında baş verir. Görürsən ki, hələ keçən əsrin qırxıncı illərində tikinti əməliyyatları necə mexanikləşdirilib, fəhlələr, ustalar necə alətlərən istifadə edirlər, vakuum çıkicləri elə o vaxtlardan olub… Evlərdə isti su var, qaz var, evdə otaqların sayı uşaqların sayı qədərdir. Bizdə indiyəcən çox yerdə məhlulu vedrələrdə daşıyırlar, kərpici əllə qaldırırlar…

Biz nə gündəydik? ABŞ çoxdan quldarlığı, uşaq əməyinin istismarını ləğv eləmişdi. Bizdə 11-12 yaşlı sütül uşaqlar noyabrın ortalarınacan DDT səpilib zəhərlənmiş və sarılıq yaradan pambıq tarlalarında can qoyurdular…

Ölkə, millət də fəxr edirdi ki, talış dağlarıının başında 169 yaşlı kişi yaşayır…

Yeri  gəlmişkən, 1926 Pənahın əsl təvəllüdü ola bilər və olmaya bilər. Müharibə başlayanda və onun gedişində xeyli gənc vasitə ilə ya da pulla yaşını kiçildib təzə sənəd almışdı. Qonşu kənddən olan bir yerlim özü mənə yaşını xeyli kiçiltdiyini etiraf etmişdi, mən sonra bu söhbət əsasında hekayə də yazmışdım. Demək istəyirəm ki, belə şeyləri eləyirdiər və Stalinin qorxusu da bunun qabağını ala bilmirdi. Pənah həqiqətən 1926-cı doğulubsa da, 1944-cü ildə cəbhəyə getməli idib. Mən onun hakimi deyiləm. Ancaq baxın, ataları, ərləri , qardaşları cəbhədə həlak olanların qabağında o nə oxuyurdu:

Koroğlu misallı mərd igidlərin,

Qılıncdan kəsərli sözünü gördüm…

Harda gördün? Cəbhəyə getməmisən, əsgər olmamısan, Salyanda sən ancaq Salyan qoçularını görə bilərdin…Ancaq çətin ki, əsl qoçu qondarma aşıqla oturub-durardı…

(ardı var)

06. 09. 2023, Samara

SƏBİNƏ VƏ XAÇATRYAN

xaçatryan 2

(kiçik vodevil)

BAKI. DTX TƏCRİDXANASINDA DƏBDƏBƏLİ APARTAMENT. OMBUDSMEN SƏBİNƏ LİYEVA DUSTAQ VAQİF XAÇATRYANA BAŞ ÇƏKİR

 S. Əliyeva:

Barev dzez, Vaqif qardaş. Necəsiniz? Şikayətiniz yoxdur ki?

Sizə dolma gətrmişəm. İsti-isti yeyin.Qatıq da təzədir.

V. Xaçatryan:

Mən erməni dolması istəyirəm. Musurman arvad dolma bişirə bilmir.

S. Əliyeva:

Vaqif qardaş, bunu erməni bişirib, Karine, mənim işçimdir. Özümüz də dolma istəyəndə ona bişirtdiririk.

V. Xaçatryan:

Mən rməni konyakı isstəmişdim, Azərbaycan konyakı gətirmisiniz. Mən onu içə bilmirəm.

S. Əliyeva:

Vaqif kirvə, konyak erməni konyakıdır, xəlvət Ermənistandan gətiizdirib kağızını dəyişirik. Ərim elə bundan içir, ayrı şey içmir.

V. Xaçatryan:

Ərin kimdir?

S.Əliyeva:

Ərim Siyavuş Novruzovdur,Azərbaycanda çox hörmətli bir insandır. Deputatdır. Tanımırsınız?

V. Xaçatryan:

Tanımıram. Gəlsun, tanış olaq.

S.Əliyeva:

Deyərəm gələr. Elə bu gün gələr.

V. Xaçatryan:

Özüylə şahmat götürsün. Mən şahmat oynamayanda darıxıram.

S. Əliyeva:

Vaqif qardaş, Siyavuş çox zehnli adamdır, başdan da yekədir, ancaq nədənsə şahmatı götürə bilmir. Qrossmeyster də tutdum, öyrədə bilmədi.

V. Xaçatryan:

 Nərdi bilir?

S. Əliyeva:

 Nərdi bilir. Hərdən ikimiz oturub oynayırıq. Yaxşı nərdlərimiz var. Biri qızıldandır. Götürüb gələr. Elə mən də gələrəm. Üç nəfər olanda oyun maraqlı keçir. Dolmanı soyutma. Mən gedim indi o bayraq tapdalayan uşaqlara da baş çəkim. Çatdıra bilmirəm. Deyirlər ki, niyə Qubada baş çəkmirsən? Mənim vaxtım var? Bu cür hörmətli dustaqları qoyub Qubadın yanına gedim? Qubad öz ölkəsndə, öz elində, öz doğmaca  türməsindədir. Qubadın nə şikayəti ola bilər?..

Mirzə ƏLİL

06. 09. 2023. Samara