
Darvinin təkamül nəzəriyyəsini inkar etmək üçün naxçıvanlılara baxmaq kifayətdir. Bundan sonra beş milyon il də keçsə, naxçıvanlılar qohumbaz və yerlibaz olaraq qalacaqlar.
Qardaşı Sərdarla ixtilafı olduyğunu tez-tez deyən Qurban Məmmədli həftə səkkiz mən doqquz YouTube kanalında boranıbaş qardaşının cəfəng çıxışlarını səsləndirir. Qurbanın kanalını onun abunəçilər iöz ianələriylə maliyyləşdirirlər. Onlar pulu “Qardaş-şou” üçün vermirlər –bunu Qurban Məmmədli niyə başa düşmür?
Deməliyəm ki, Sərdar Cəlaloğluun başı hər cür boranıya yox, ağ, yumru boranıya oxşayır. Burda sovet vaxtı boranının kilosu on qəpiyə olanda tez-tez alıb qaynadırdım. Bir dəfə əslən kəndli olan yataqxana qapıçısı mənə dedi ki, onlarda bu ağ boranı “mal yemi” sayılırdı…
Sərdar Cəlaloğlunun da başından çıxanların çoxu mala yemdir, mal yemidir…
Hər şeyi bilmək idiasında olan bu adam manipulyatorluqda qardaşını da keçir. Debilliyi şübhə doğurmayan aparıcı Zaur Qəriboğlu Osmanzıqızını ittiham edir ki, o, müharibədə yalnız kasıb uşaqlarının vuruşduğunu deyib. Cəlaloğlu ağzından su sıçrada-sıçrada, dilini tipik danabaşlı kimi yastılaya-yastılaya qışqırır ki, Osmanqızı yalan deyir, baş nazirin müavinin oğlunun meyidi təzə tapılıb…
Bu müavin haçankı müavindir? Otuz beş il bundan qabaqkı? Oğlu birinci müharibədə ölüb! Birincidə Xəlil Rzanın da oğlu ölüb, Sabir Əhmədovun oğlu da, Baba Nəzərlinin də. İndi hansı varlının. vəzifəlinin oğlu gedir.? Aprel müharibəsində, onlarla əsgərimizin meyidi ermənilərdə qaldığı vaxt Sabir Rüstəmxanlı qızına toy çaldırıb şəkillərini sosşəbəkələrdə yayırdı…
Bəs bu Zaur Qəriboğlu? Özü niyə əsgər getməyib? Bəlkə debilliyinə kağız alıb?
Qurban Məmmədli… Məhkəmələrindən çəkilmiş videolarda Qurban Məmmədli qəfəsə salınmış qartala bənzəyir. İndi isə… Gah nala, gah mıxa vuran, gah Cəmil Həsənliyə, gah hansısa osmanqızına hücum çəkən bu adam əfəlləmiş, qanadlarını sallandıra-sallandıra gəzən, hər addımda yıxılıb-duran qoca xoruzu xatırlarıdır…
Qoqol yazırdı ki, qocalığınıza gənclik şəkillərinizi götürün. Yəni ki, nə günə qaldığınızı görə biləsiniz…
18. 10. 2023, Samara
