Архив | 02.11.2023

OĞLAN ANASINA: «ANACAN, SEVGİLİM EVLƏNİR…»

DİL HAQQINDA

“Qız evlənir”ifadəsinə dönə-önə rast gəlib belə bir dialoq təsəvvür etdim.

Bir cavan oğlan ağlaya-ağlaya gəlir anasınınüstünə:

— Anacan, sevgilim evlənir!

— Bala, sən geysən? Bəs anana niyə demirdin? Sevdiyin oğlan evlənir? Ürəyini sıxma, səni ondan da yaxşı oğlan taparam.

Anacan, mən gey deyiləm, bir dəfə də gey olmamışam. Mənim sevgilim qızdır, indi onu evləndirirlər.

— Bala, sevgilin qızdırsa, niyə demirsən ki, ərə gedir? Qız evlənməz, ərə gedər.

— Anacan, indi oğlan da evlənir, qız da. Söz qoyublar ki, kim “ərə gedir” desə, maygülüdür…

— Bala, o sözü kim qoyub?

— Bilmirəm, anacan. Yəqin yuxarıda oturanlar. Prezientimiz, təhsil naziri, baş prokuror, hərrbi prokurur, fövqəladə hallar…

— Oğlum, onların qızları evlənə bilərlər. Çünki onların qızlarının evi var, özü də bir ev yox, bir yerdə, bir ölkədə yox. Onlar əri alarlar da, buraxarlar da. Xalqın qızı ərə gedər…

İnternetdə Azərbaycan mətbuatını baxmaq 60-cı illərin Salyan bazarına girmək kimidir. Başını içəri uzadan kimi qızılsatan A. – dan yeddimərtəbəli söyüş eşıdirdin…

Azərbaycan mətbuatı yazır ki, kimsə hardasa “poz verib”. Bilmirəm “poz vermək” nədir, ancaq zənnim mənə deyir ki, burda ayıblı nəsə var…

Azərbaycan mətbuatı yazır ki, hansı qızsa ya kiminsə qızı “evlənir”. Oxuyub öz-özünə deyirsən: hardasan ay salyanlı qoçu Ərəstun kimisinin birisi, tullanıb bunu yazanın ağzına yaxşı kəllə vura…

Dillimiz gecəqondularda böyümüş, ayqlarını günlərlə yumayan gədə-güdənin, dodaqlarını şişirdib bayram şarına döndərmiş arvadların əlindədir.

Niyə bizdə “ər” sözü ayyıb sayılır, bolşeviklərin uydurduğu “həyat yoldaşı” ayıb sayılmır. Ərlə arvadın nə yoldaşlğı. Rus, ingilis, fransız “ər”, “arvad” deyir”, biz utanıb “yoldaş” deyirik…

“Ərim” yox, “yoldaşım” deyən qonşu qadının avtobusda ya qonşuluqda bilmədən xətrinə dəy, gör ondan təkcə özünün yox, bütün nəslinin ünvanına nələr eşidərsən…

Bizim utancaq kişilər və arvadlar bir otağın işçində 10-12 uşaq dünyaya gətirirdilər. Və ər vaxtaşırı arvadın dədəsinin gorunu, anasını, bacılarını, qardaşlarını kağıza yazılması mümkün olmayan söyüşlərlə söyürdü.

Bizim xalq o qədər utancaqdır ki, “doğum günü” deməyə həya eləyir, “ad günü” deyir, hərçnd ruslardan götürülmüş “ad günü” tamam başqa mərasidir, həm də dini-pravoslav mərasimdir, kilsə təqvimi ilə bağlıdır.

Azərbaycanca doğum sözü ayıbdırsa, onda “mövlud” sözü niyə ayıb deyil? Niyə Məhəmmədin “ad gününü” yox, “mövlud”unu qeyd edirik?

“Doğum günü” ayıb deyil, uşağın doğum günündə borca, kreditə  dəbdəbəli toy çaldırmaq ayıbdır…

 “Arvadım” deməyə utanıb “yoldaşım” deyən nə qədər oğlan toydan çox çəkməmiş “yoldaaşı”nın qol-qabırtğasını sındırır? Neçəsi qətlə yetirir?

Dildəki dərəbəylik bilirsiniz nəyə bənzəyir? Elə bil ki, şəhərin qələbəlik yerində pivədən ya çaydan sidik kisələri dolmuş adamlar kütləni vecinə almadan özlərini boşaldıb rahatlanırlar…

Və onlara gözün üstdə qaşın var deyən yoxdur. Çünki bunu hamı eləyir…

02. 11. 2023, Samara