Архив | 06.11.2023

QURBAN MƏMMƏDLİ OYUNUNDAN QALMIR, İNDİ DƏ İNKİVİZİTOR ROLUNDA

Qurban Məmmədli inki

Rus dilində  «адиминистративный восторг» ifadəsi var, onu ilk dəfə F. Dostoyevski “Cinlər” romanında Stepan Trofimoviçin dilindən işlədib.

“…поставьте какую-нибудь самую последнюю ничтожность у продажи каких-нибудь дрянных билетов на железную дорогу, и эта ничтожность тотчас же сочтет себя в праве смотреть на вас Юпитером, когда вы пойдете взять билет, pour vous montrer son pouvoir. «Дай-ка, дескать, я покажу над тобой мою власть».

“lap axırıncı cındırın birini qoyun dəmir yolunda ən vecsiz  biletlərin satışının üstündə, və bu cındır həmin anda özünü haqlı biləcək ki, sizə Yupiter zirvəsindən baxsın, siz bilet almağa gedəndə, hakimiyyətini göstərmək üçün deyəcək: “Aha, indi mən sənin üstündə hakimiyyətimi göstərərəm”. (tərcümə mənimdir – X.X.)

Qurban Məmmədli 5 noyabr 2023-cü il tarixli verilişində özünü eynilə bu cür aparırdı. Verilişin 10-cu dəqiqəsində elan elədi ki, “Məhsəti xanımın səhhətində problemlər var, gəlin olu təcili dinləyək”. Məhsəti Hüseynovanın oğlu İsmayıl Tərtər işinə görə şərlənib tutulub, indi də türmədədir, işgəncələr göüb, müstəntiqlər, dustaqlar və hətta dövlətin təyin etdiyi vəkil (!) tərəfindən döyülüb. Qadın illərlə oğlunun dalınca sürünməkdən üzülüb, ciddi xəstə olduğu aydın görünür. Qurban Məmədli bu xəstə qadına düz 52 (!) dəqiqə işgəncə verdi, suallarına aldığı cavabları dönə-dönə “yalan” adlandırdı.

“Sən hüququnu bilmirsənsə, it günündəsən”.

Belə çıxırdı ki, Məhsəti Hüseynova bütün hüquqi prosedurlara düz əməl etsəydi, ərizələrini vaxtında yazıb altında ünvanını göstərsəydi, oğlu çoxdan azadlıqda olardı. Qurban Məmmədli vətəndaşların fəlakətli vəziyyətini hüququ bilmədikləri ilə bağladı.

Çox gözəl, çox pakizə!

Qurban Məmmədli Sabirabad yuristi olsa da, özünü Harvard məzunlarından əslkik bilmir. Razıyıq. Yaxşı, sən ümumiyyətlə hüququ və öz hüquqlarını bilirsənsə, niyə üç dəfə türmədə yatmısan? Niyə sənin düzgün yazdığın ərizələr səni o həbslərin birindən qurtarmayıb? Əksinə, gündüz-günorta vaxtı evini dağıdıb uşaqlarını, nəvələrini atıblar küçəyə.

Əgər hüquqi prosedurları bilməklə özünü zordan, təqibdən qorumaq mümkünsə, cənab Məmmədli, niyə Londona qaçırdın? Niyə oturub «düzgün ərizələr» yazaraq «yuxarılara» göndərmirdin, hə? Belə çıxır ki, Azərbaycandan qaçmağının səbəbi siyasi təqib deyil. Sən Londona kefə getmisən.

Düzgün yazılan ərizə hüquqi dövlətdə effektli ola bilər. Azərbaycan belə bir dövlətdirmi? Azərbaycnda hüquq varsa, cənab Qurban, siz niyə ali məhkəmənin sədrini, baş prokuroru, hərbi prokouroru oğru, şərəfsiz, namussuz, “it südü əmmiş” adlandırırsınız?

Gözəl bilə-bilə ki, hüquq yoxdur, niyə bu bədbəxt qadına belə işgəncələr verirsiniz? Başa düşürəm ki, siz efirlərinizin dörddən üçündə gününüzü yubadırsınız. Öz işinizdir. Ancaq fəlakətə uğramış, həyatı viran olmuş qadını əla salmağa nə haqqınız var?

Mən sizin arvadınızı, bacılarınızı sizin kimi bir xamın qabağında görmək istərdim. O xam qışqıraydı arvadınızın, bacınızın üstünə ki, hüququ bilmirsiniz, ona görə it günündəsiniz…

Mən hər üç-beş dəqiqədən bir çeirirdim kanalı Əl Cəzirəyə, BBC-yə, qayıdıb görürdüm ki, Qurban öz kefindədir, işgəncə verməkdə davam edir edir. Məhsəti xanım isə Qəzza qurbanlarını xatırladırdı…

Axırda qadın nalə çəkdi:

«Vallah, mən özümü piss hiss eləyirəm, mən çıxıram”.

Məhsəti xanıma, Allah eləməmiş, bir şey olsa, bilin ki, müqəsssir Qurban Məməmdlidir…

06. 11. 2023, Samara