TÜRK CİLDİ QURBAN MƏMMƏDLİNİN SON SIĞINACAĞIDIR?

Qurban Məmmədli TÜRK

Mənim mərhum qardaşım keçən əsrin yetmişici illərinin əvvəlində Salyandakı texniki peşə məktəbində istehsalat ustası işləyirdi. Bir dəfə peşə məktəbləri üçün Moskvada buraxılmış, azərbaycancaya təzə tərcümə olunmuş “Estetika” dərsliyini gətirmişdi. Mən o kitabı vərəqləyib gördüm ki, mən özüm də daxil olmaqla, Azərbaycan Dövlət Universitetinin tələbələrinin mütləq əksəriyyətinin hətta  bu kitabdakı biliklərdən xəbərləri yoxdur. Yəni biz universitet tələbələri peşə məktəbi üçün yazılmış o estetika dərsliyini lazımi səviyyədə mənimsəsəydik, bizə intelligent, ziyalı, oxumuş adam demək olardı. Təəssüf ki, mənimsəmirdik, seçilmiş ixtisas dairəsində az-çox məlumat və səriştə qazansaq da, ümumi humanitar hazırlıq baxımından cahil qalırdıq.

“Tərtər işi”nə marağım məni vaxtaşırı Qurban Məmmədlinin YouTube kanaldakı verilişlərinə baxmağa vadar edir. Ancaq bəzən on-on beş dəqiqədən sonra kompüteri ya televizoru söndürürəm.

Qurban Məmmədli sovet vaxtı Azərbaycan Dövlət Universiitetini hüquq fakultəsini bitirib. Hüquqşünas kimi onun səviyyəsini özünüz üçün müəyyənləşdirmək istəyirsinizsə, Rusiyanın yaşlı nəsil  vəkillərindən Padvanın,  Reznikin, orta nəsildən olan İvan Pavlovun, onun başçılıq etdiyi və indi darmadağın edilmiş “Komanda 29”-dan olan vəkillərin, ya Navalnının təşikalatındakı hüquqşünasların çıxışlarına baxın. Görərsiniz ki, onlarla müqayisədə Qurban Məmmədli peşə məktəbinin məzunu səviyyəsindədir. Prakrtika sayəsində sistemsiz olsa da müəyyən biliklər qazanmasına baxmayaraq, ümumi humanitar hazırlığı dəhşət doğurur. Hüquq fakultəsində Qurban Məmmədli tarix, fəlsəfə, siyasi iqtisad keçib. Ancaq əminəm ki, fəlsəfə ya siyasi iqtisad dərsliklərinin, tələbələrin dediyi kimi, heç üzünü də açmayıb. Siz təsəvvür edirsinizmi Qurban Məmmədli Hegeli ya Kantı oxuyur? Tələbəlikdə ictimai fəal olub, demaqoqiya ilə müəllimlərin ürəyini üzüb, avtomatla “beş”ini yazıblar. Fəlsəfə bir yana, Qurban Məmmədlinin nə ümumi tarixdən, nə Azərbaycan tarixindən xəbəri var.

Qurban Məmmədli elmi ateizm də keçib. Elmi ateizm tələbələrdə dinə qarşı tənqidi, hətta barışmaz münasibət yaratmalı, onu ateist kimi formalaşdırmalıydı. Bununla belə elmi ateizm kursu vasitəsi ilə tələbə dinlər, din tarizxi barədə, sısqa da olsa, məlumat alırdı. Qurban Məmmədli elmi ateizmi də öyrəmməyib. Öz kefində olub. Bəlkə də pul qırırmış. Yəni universitetdən, Rəsul Həmzətova tələbə vaxtı bir Moskva professorunun edyi kimi, başlı-qulaqlı vəhşi kimi çıxıb.

Son vaxtlar Qurban Məmmmədli burnunu başı qarışıq türkçülüyə və islamçlığa  soxub. “Türkçülüy islamdan ayıranların mən ağzını cıraram” – Qurban Məmmədli hədələyir.

Qurban Məmmədli bilirmi ki, türk adlanmağa haqqı bizdən min dəfə çox olan yakut müsəlman deyil? Tıva, şor, altay da müsəlman deyil. Çuvaş, qaqauz müsəlman deyil. Qəraim iudaistdir. Yəni Natanyahu ilə bir dindəndir.

Qurban Məmmədliyə deyən yoxdur ki, sən kimsən, hansı avtoritetin sahibisən ki, türklərin adından danışırsan? Bir diktator ailəsinin zülmündən inildəyən azərbaycanlılara türkmən, özbək, qazax diktatorları ilə birləşmək hansı sevinci ya xoşbəxtliyi gətirər?

Qurban Məmmədli öz-özünü ekran qarşısında elə cuşa və vəcdə gətirir ki, başlayır türkçülüyün standartlarını elan eləməyə. Şübhə yoxdur ki, bu kəmsavad, dolaşıq, xeyli dərəcədə başıpozuq insan özünü türkçülük etalonu sayır. Son verilişlərinin birində yəqin ki, atasının ziyanlı təsiri altına düşmüş oğlu Qoşqar  ekrana Elvin İsayevin böyük şəklini çıxardı. Şəkli arşın şriftlərlə yığılmış bir yazı müşayiqə edirdi: “ Əsl türk!” Qurban Məmmədli oğluna “afərin” deyib talış Elvinin necə nümunəvi türk olduğundan əl-qol ata-ata danışmağa…

İndi həbsdə olan Elvin İsayev bir dəfə də türk olmayıb, talış, hətta talış separatçısı olduğunu da gizlətməiyib. Bu o Elvin İsayevdir ki, Donetsk separatçılarına “bütün talış xalqının adından” maşın dolu yardım göndərir və bu aksiyanı videoya çəkib yayırdı. Bundan sonra Ukraynaya gedən bu adam idiot deyilmi? Əlbəttə, İlham Əliyev onu separatçı ya talış olduğuna görə yox, onun ailəsini söydüyünə görə dama salıb. Ancaq bu idiotun talış separatçısı olduğuna şübhə yoxdur. Qurban Məmmədli oğlu ilə köməkləşib bundan niyə türk düzəldir?

Bəlkə bunu ona oturaq və dolanışıq verən Biritaniya hökuməti üçün eləyir? Yəni etnik azlıq nümayəndəsinin müdafiəsi üçü çalışdığını göstərmək istəyir?

Peşəkar manipulyator olan bu adam hər hoqqaya əl atmağa hazırdır.

Qurban Məmmədlinin Bakıda tutulanların heç biri üçün ürəyi yanmır. Bu adamda o qədər kin qarışıq paxıllıq hissi var ki, türmədə yatan Qubad İbadoğlunun, təzə tutulanların, məsələn, Abzas media rəhbərlərinin “şöhrəti” Qurbanda onu bəzən dəlilik həddinə gətirən qısqanclıq doğurur…

Qurban Məmmədlinin verilişləri son vaxtlar dəli yığıncağını xatırladır. Ərəstun Oruclunun baçqa xəstəliklərini deyə bilmirəm, danışmaq, daim danışmaq azarına tutulduğuna zərrə şübhə ola bilməz. Qurban Məmmədli ürəyinə oğul dağı şəkilmiş Validə Əhmədovanı da xarab eləyib. Bu arvad da danışmaq, nitq söyləmək dəlisinə çevrilib…

Yarımçıqlığın təhlükəli olduğunu xalq gözü çoxdan görüb. “Dad yarımçıq əlindən”… Yarımçıq tələbə, yarımçıq hüquqşümas, yarımçıq mübariz Qurban Məmmədlinin deqradasiyası davam edir…

21.11. 2023, Samara