Архив | Декабрь 2023

İLHAM ƏLİYEVİN BAYRAM YUXUSU

2023-cü ilin son gecələrinin birində İlham Əliyev yuxusunda görür ki,  Məmmədəmin Rəsulzadə oturub çarpayısının ayaq tərəfində, gözünü zilləyib ona. Qorxudan İlham Əliyev az qalır yuxudan ayıla, ancaq ayıla bilmir. Birtəhər qurumuş boğazını isladıb deyir:

— Dyadya Mamed… Mamed dayı, bu sənsən?

— Mənəm, adım da Mamed deyil, Məhəmməd Əmindir.

— Məhəmməd Əmin dayı, mən axşam bir az vurmuşam… Bayramqabağıdır, özün bilirsən…Dəmi getməyib…Başa düşmürəm, sən dirilib gəlmisən bura ya mən ölüb getmişəm ora? Sərhədi necə keçmisən? Yəqin yaxşı bağlamamışam… Bəlkə uçmusan? Pasportun var? Bizdə pasport məsələsi ciddidir, Əli Kərimliyə pasport vermirəm, heç yerə uça bilmir, kürt toyuq kimi oturub… Ancaq cücə çıxarmır…Üzr istəyirəm, bunu zarafat kimi dedim… Mənlik nə işin?

— Eşitdim bizim gədə səni dəstəkləyib…

— Sizin gədə hansıdır? Bizim ölkədə, ayıb olmasın, məndən başqa hamı gədədir. Hamısı da məni dəstəkləyir…

 — Nəvəmi deyirəm. Rəis Rəsulzadəni.

—  Şəkilçəkən? Dəstəkləyib. Hələ deyirdi ki, istəsəniz, babamı söyərəm. Dedik hələ lazım deyil.

-Onsuz da məni çox söymüsünüz…

— Qabaqlar olub, indi söymürəm. Azı bir aydır söymürəm… Məhəmməd Əmin dayı, sən də məni dəstəklə, bir yağlı fərman verib sənin 140 illiyini zurna-balabanla keçirərəm.

— 130 illiyimdə də o fərmandan vermişdin, ancaq zurna-balaban çaldırmadın, qalan şəkillərimi də küçələrdən götürdün…

— Məhəmməd Əmin dayı, hamısını eləyən Mehribandır. Bezmişəm əlindən. İstəyirəm boşayıb mən də sənin kimi bir avropalı arvad alım… İstəyirsən, indi çağırım boşayım. Mehriban, ay Mehriban…

Bu yerdə İlham Əliyev öz səsinə ayılır, çarpayısının qırağında Məhəmməd Əminin yerində Mehribanın oturduğunu görüb ayılmağına peşman olur…

Mirzə ƏLİL

31. 12. 2023 Samara

BAKILI SİONİST ƏRƏBLƏRİ KÜTLƏVİ MƏHV ETMƏYƏ ÇAĞIRIR

Belə bir rus saytı  var: ”Kavkazski uzel”. Yəni “Qafqaz düyünü”. Rusiyada xarici agent elan olunub, çünki bu sayt hən Şimali, həm cənubi Qafqazda baş verən hadisələri obyektiv işıqlandırmağa çalışır. Saytda jurnalist materiallarından əlavə bloqer yazıları da nəşr edilir. Saytın daimi bloqerləri var. Azərbaycanlı bloqerin nikneymi belədir: “Veter s Abşerona”. Yəni “Abşeron küləyi”. Əsl adı Kamal Ali, Ya da Kamal Əlidir, Turan agentliyində işləyir. Rus saytında Kamal Aliyə (Əliyə) məxsus son yazı belə adlanır: “С арабами надо поступать по-израильски”.  Yəni ərəblərlə israillilər kimi davranmaq lazımdır. İsraillilər ərəblərin başına nə oyun gətirirlər? İyirmi iki min adam bombalarla, artilleriya mərmiləriylə öldürülüblər, dəmirbeton altında qalıb məşəqqətlə həyatlarını itiriblər. Və sionist qurbanlarının yetmiş faizi qadınlar və uşaqlardır. İndi bəlkə də nəinki kitabın, savadın, İslamın bizə ərəblərin gətirdiyini bilməyən, hətta həqiqi atasının da kimliyindən xəbərsiz olan bu mozerfucker deyir ki, ərəblərlə sionitlər kimi davranmaq lazımdır.

Dünyanın hər yerində, ərəb ölkələrinə, ərəblərə münasibətindən asılı olmayaraq bütün vicdanlı insanlar İsrailin ərəblərə qarşı törətdikləri cinayətləri pisləyir, bir çox dövlətlər, nüfuzlu ictimai təşkilartlar İsrailin beyəlxalq kriminal məhkəməyə verilməsini tələb edirlər. Bu cındır isə deyir ki, bütün ərəblərin başına sionistlər gətirəni gətirmək lazımdır.

Bu adam azərbaycanlıdırmı? Ola bilər. Azərbaycanlıların hər cürü var. Azrbaycanlı generalların əmri ilə əsgər yoldaşının xayasına cərəyan qoşan, yoğun bağırsağına paya soxan əsgər  — bunlar hamısı bizdən deyilmi? Ancaq bu binamusu yaxşı tanıyanlar onun cuhud olduğunu desələr, təəccüblənmərəm.

Çox təəəssüf ki, Rusiyanın demokratik sayılan, həm bütüövlükdə, həm də baş redaktoru xarici agent elan edilmiş sayt qudurub zəncirini qırmış yerlimizin kütləvi qırğınlara çağırışını nəşr edib yayır.

Mən Turan agentliyinin də bütövlükdə, onun rəhvbəri lotu Mehman Əliyevin də bu sionist  çağırışları ilə həmrəy olduğundan şübhlənirəm.

Azərbaycanda yüzlərlə insan “İran casusu” adı ilə şərlənib tutulduğu bir zamanda, ölkə öz sinəsi üstündə sionist ilanları bəsləyir…

Kamal Aliyə (Əlyə) isə deyirəm: ərəb uşaqlarının başına sionistlərin gətyirdikləri nəvələrinin, uşaqlarının başına gəlsin…

X.X.

31. 12. 2023. Samara

«DƏFNDİR ELƏ BİL BU MƏHKƏMƏLƏR…»

İYUL 2023

Bakı. Dekabrdır. Məhkəmə gedir,
Şərlənib növbəti siyasi fəal.

Narkotik, casusluq ya da qaçaq mal –

İttiham çeşidi geniş deyildir.

 +

Polislər küçəni götürüb hədəf,

Boşdur məhkəmənnin qabağı tamam,
Məhkəməyə gələn beş-altı adam,

Qovulub binanın tininə tərəf.

+
Bu nə məhkəmədir – məlum hər kəsə,
Məhkəmə zalında iş həll olunmur,

Hamıya tanış bu gülünc oyundur,

Çoxdan hökm yazıb, iş də kəsiblər.

 +

Dəfndir elə bil bu məhkəmələr.
Dəfndən sürpriz kimdi gözləyən?

Hər insan bilir ki, dirilməz ölən,
Ağlı başındasa insanın əgər…

 +

Gələn beş ya altı… Biri vəkildir,
Biri müttəhimin yazıq arvadı.

Yutuba video video çəkən də vardır,

Eyni şeyi çəkir gör neçə ildir.

 +

Haqdan, ədalətdən şeir deyən var,

Məhkəmə necəsə, şeir də elə.

Tini tərk edləyib sonra gedirlər,
Başları sallanıb, yəqin acdılar…

 +

Yoxsulluq, gücsüzlük qəlbə çəkir dağ,

Mozartı dəfn edir Vyana sanki.

Mozartı, Şuberti olmayan ölkə,
Dünyanı özünə güldürür ancaq…

 

28. 12. 2023, Samara

MİRZAĞA MƏLLİM

İYUL 2023

Salyan, 1960-70-ci illər

 

Bazarda, asfaltın elə üstdəcə,
Qarpızlar ehram tək qalaqlanırdı.

Yayda və payızın ortasınacan,
Mirzağa məllimin alveri vardı.

 +

Özü də asfaltda, bir az aralı,

Oturub zillərdi gözünü mala.

Başında bir yaylıq, ucları bağlı,
Tərini silərdi bir ayrısıyla.

 +

İri ağ adamdı, ucaydı boydan,
Deyərdin almandır, ingilis ya da.

Müəllim olmuşdu guya bir zaman,
Özünü tapmışdı sonra bazarda.

 +

Düz-əməli bilən yoxdu nə işdi,

Səbəbi çoxuna deyildi məlum.

“Lap sənin ananı…”  guya demişdi,

Hansı uşağasa Mirzağa məllim.

 +

Partiya olmuşdu bəlkə söyülən,
Bəlkə partiyaçı çaqqalın biri.

Əslində tanınır söyüşlə Səlyan,
Vardır çox şeyi də söyməyin yeri…

 +

Qarpızdan yaranan piramidalar,
Kəllə qalağını xatırladırdı.

Mirzağa məllimsə Teymurləng idi,

Həm də İsgəndərə bənzəri vardı.

 +

Bazarda dünyanın mənzərəsi var,
Hamı müştəridir, məramı da bir,

Alan yalan deyər, satan aldadar,

Hamı burun, mədə, hamı kəllədir…

 +

FatehTeymurlənglə göy satanları.

Zaman qalaqlayır kəllə-kəlləyə,

Sümüyə baxmaqla eləsi varmı,

Fatehi miskindən ayıra bilə?

 +

Mirzəğa məllimdən nə deyim daha? —

Səlyanda çox yaxşı çıxarmışdı ad.

“Mal yemi” deyirdi malı alanda,

İnci qimətinə satırda ustad…

 

26. 12. 2023, Samara

HOYDU, POIİSLƏRİM, HOYDU…

POLİS HAQQINDA

(KOROĞLUYA BƏNZƏTMƏ)

Hoydu, polislərim, hoydu,
Şığıyınız el üstünə.

Elə bilin yal qoyulub,

Gedirsiniz yal üstünə.

 +

Vurun erkəyi, dişini,

Dinənin tökün dişini.

Qamarlayıb on beşini,
Sərin leş tək yol üstünə.

 +

Zərbəsindəbn dəyənəyin,

Silkələnsin baş və beyin.

Qoçaq gedin, mətin gedin,
Siyasi fəal üstünə.

 +

Qapısına sürün maşın,
Açmasa, hasardan aşın.

Atın xəlvət anaşanı,
Ya da saxta pul üstünə.

 +

Mən ali baş komandanam,

Mələdənəm, ağladanam.

Bəxtəvərdir bunu qanan,

Qanmayanın kül üstünə.


Mirzə TƏBİL

25.12. 2023, Samara

ÖVLAD DƏRDİNİ ATALAR NECƏ ÇƏKİRLƏR? FACİƏ QƏHRƏMANLARI VƏ ARSIZLAR

ÖVLAD ÖLÜMÜ

(Məqalənin əvvəli burda: https://xeyrulla.com/2023/12/22/ovlad-derdini-atalar-nece-cekirler-muxtelif-cur-ya-hec-cur/)

İkinci Qarabağ müharibəsinin əvvəlində təsadüfən bildim ki, döyüşlərin birinci günü həlak olan əsgərlərdən biri mənim keçmiş şagirdimin oğludur. Müharibə bitər-bitməz “jurnalistlər” ölüsoyan dəstəsi kimi  qapı-qapı şəhid ailələrinin evlərinə gedib “qəhrəman şəhid haqqında” veriliş çəkməyə başladılar. Və mənə keçmiş agirdimin oğlundan çəkilmiş videonun linkni Azərbaycandan bir tanış atdı. Son dəfə beşinci sinif şagirdi kimi gördüyüm qızı indi şəhid anası kimi görürdüm. Əsgərin şəkilləri ilə bəzədilmiş otaqda hicablı şagirdim başına yığılmış ölüsoyan “jurnalistlərə” oğlundan danışırdı…

Əslində gərək ana bu şərəfsiz, əqidəsiz, qapı-qapı gəzb sülənən yaramazların üstünə it ısqırdıb həyətdən qovaydı. Onun oğlu neft akademiyasını bitirib cəmi iki ay əsgərlik çəkəndən sonra sentyabrın 27-də həlak olub.

Mən əsgərlik görməmişəm, ancaq yəqin hərbini bilən hər kəs deyər ki, iki ayın əsgəri müharibəyə, illərin döyüş təcrübsini və səriştəsini qazanmış düşmənlə ağır döyüşlərə hazır ola bilməz. İki ayın əsgəri düşmənin qəfil basqnı zamanı ölsəydi, bunu başa düşmək olardı. Ancaq İkinci Qarabağ müharibəsini Azərbaycan ordusu başlayıb, ona aylarla hazırlıq gedib. Və əgər iki ayın əsgərini qabağa veriblərsə, bunu bilə-bilə eləyiblər. Məgər bu, qətl deyil? Burda nə qəhrəmanlıq? Bəlkə Elmir hücumun ilk dəqiqələrində həlak olub və nə baş verdiyini heç başa düşməyə macal tapmayıb. Bu ana gərək ömrünün sonuna qədər dövlətin yaxasından əl çəkməyə. Çünki beləcə labüd ölümə gömdərilmiş oğulların valideynləri dövlətlə çəkişməsələr, yenə hərbidən olan məmurlar kasıb uşaqlarından ucuz patron kimi istifadə edəcəklər, onları minalı sahələrə yeridəcəklər…

Ancaq mənim keçmiş şagirdim dövlətin yazdığı ssenaridəki “vətənpərvər, bir oğlunu yox, bütün balalarını əlahəzrət prezidentə qurban verməyə hazır ana” roluyla razılaşıb, “ölüsoyan” jurnalistləri qəbul edir, təbdirlərdə oğlunun qəhrəmanlığından danışır, prezidentə, onun birinci xanımına, YAP-a təşəkkürünü bildirir. Yəqin qan pulu alıb xərcləyib də…

Heyf sənə, Elmir…

Son vaxtlar ingilis mətbuatı Jon Venabldan çox yazır. 1993-cü ildə on yaşlı Con Venabl Tom adlı yaşıdı iləbirlikdə  iki yaşlı bir oğlan uşağını ticarət mərkəzində anasının yanından oğurlamış, aparııb işgəncə verərək öldürmüşdü. 2010-cu ildə Con azadlığa çıxır, ancaq tezliklə cinayət tərədib yenidən türməyə düşür. Bu günlərdə vaxtından əvvəl və şərti azadetmə üzrə şura artıq otuz il cəza çəkmiş Conun işinə baxmış, onun ərizəsini rədd etmişdir. Şura qərar çıxarmamışdan öldürülmüş uşağın anası bu orqana müraciət etmişdir:”Mənim gözlərimə baxın və görün ki, mən bu otuz ildə nə çəkmişəm – bu, otuz illik cəhənnəm olub”.

Denise

Biz özümüz haqqında çoxlu miflər yaratmışıq, bunlardan biri guya övladsevərliyimizdir. Avropa insanlarını soyuq, soyuqqanlı sayırıq – bu da mifdir. Avropa insanı öz övladını sevir də, onu həm dövlətdən. həm cəmiyyətdə olan zordan müdafiə etməyə qərarlı və hazırdır. İki yaşlı Ceyms Bulgerin anasının emosional müraciətindən görünür ki, ingilis qadını vzladının xatirəsini heç bir pula, imtiyaza satmaz.

Bizdə isə xüsusən son illərdə şəhidlərə verilən “qan pulları”, mənzillər və s. imtiyazlar, əlbəttə, hamnı yox, ancaq xeyli insanı korlayıb, tamah toruna salıb azdırıb. Bu adamlar övladlarını xatirəsini pula, maddi nemətə dəyişiblər. Bu adamlar əslində valideynlik hüquqlarını itiriblər….

+++++++++++++++++++++++++

İndi bilmirəm, bir vaxtlar övlad itirmiş ata və ana diqqət mətkəzində olurdu. Belə adamların yanında hamı özünü yığışdırırdı, lağlağı söhbətlər kəsilirdi. Övlad itirmiş ata özünü yüngül aparanda ona arsız deyirdilər. Yəni arı olmayan adam…

Qan pulu, mənzildən ötrü nə qədər insan arını itirir…

İngilis ana otuz ilin cəhənnəmindən danıışır. Bizdə də oğul, qız ölümündən sonra həyatını cəhənnəm sayan insanlar çoxdur. Ancaq övlad ölümünü rentaya çevirən, ömrü boyu oğlunun xatirəsini kapitallaşdırmağa can atan, gündə nəsə bir şey qapmağa çalışanlar da az deyil. Belə adamlar daha özlərini işə vermək də istəmirlər, öz davranışlarına nəzarət itirirlər. Hər cür rəzilliyə enənlər də olur. Daim “qan rentasını” artırmağa çalışan ata  övladının xatirəsinə hörmət eləmir, əksinə, ləyaqətsiz həyat tərzi ilə bu xatirəni tapdalayır. Və arxayındır ki, oğluna (ya qızına) görə ona baş qoşmayacaqlar. Həyasızlar var ki, oğul (ya qız) ölümündən sonra özünü  arsızlığza, əxlaqsızlığa qanuni lisenziya almış kimi apaparır…

Belə valideyn görəndə Çexovun hekayəsindəki İonıçın sözləri yada düşür: ölüm qapını dəyişik salıb, bunun əvəzinə oğlunu( qızını) aparıb…

Bəzi valideynlərin öz oğullarınn ölümündən sonra onların xatirəsindən qazanc mənbəyi kimi, vəzifə ya status almaq imkanı kimi istifadə etməyi təsadüfi deyil.Haımız azərbaycanlıyıq, xüsusən kənd yerlərində bəzi ailələrdə uşağa, övlada olan münasibət bizə yaxşı tanışdır. Bəzi uşaqlar ayaqları yer tutandan ailə üçün işçi qüvvəsinə çevrilir, günü qoyun, mal otarmaqla keçir, daim danlanır, yediyi çörək başına qaxılır bir qotur qoyun ya dana itəndə doğma atasından işgəncə görür, çünki qoyunun, dananın bazar qiyməti var, uşağın yox. Uşağına öz bağından meyvənin xarabını, çürüyünü qıyan bizim adam deyilmi? Əsgər göndərənəcən uşağının başını bir dəfə sığallamamış ata ona ölümündən sonra çoxmu yanacaq?

Övlada münasibətdə paytaxt sakinləri ilə kəndlilər arasında fərq Qarabağ müharibələrində də göstərir. Son müharibədə (1920-23) otuz-qırx min əhalisi olan rayonlar iki milyon yarım əhalisi olan Bakıdan çox şəhid veriblər. Bakıda hamı məmur deyil, hamı milyonçu deyil, ancaq pul tapıb uşaqlarını müharibədən saxlayır ya gizlədirlər. Kəndli isə hətta xəstəliyi və hətta əlilliyi olan uşağını saxlamaq üçün iki qoyun ya bir dana satmağa ürəyi gəlmir. Uşağın nəşi (ya da içində nə olunduğu bilinməyən tabutu) gələn kimi başlayır qan pulu üçüçn kağız düzəltməyə…

Azərbaycanlı uşaq həm də ailə davalarının da bütün dəhşətini yaşayır, “dərə xəlvət, tülkü bəy” prinsipi ilə özünü ailədə paşa kimi aparan ər, arvadı uşağının gözü qabağında söyür, alçaldır, döyüb qol-qbırğasını sındırır. Qətllər də az deyil. Uşağını bu ekstremal şəraitdə böyüdən, verdyi çörəyi burnundan gətirən, hətta bezdirib intihara sövq edən ata oğul dərdi çəkərmi? Ya çoxmu çəkər?

Sonda xatırladıram ki, iki yaşlı oğlu azyaşlı qatillər tərəfindən öldürülmüş Ceyms Bulgerin anası Denisə Ferqus  2008-ci ildə oğlunun xatirəsinə  bulling (alçaldılma, ələ salınma) qurbanları olan uşaqlara kömək  fondunun əsasını qoyub. Bu ingilis qadını Azərbaycanda övladları  çox vaxt dövlətin qəddarlığı, məsuliyyətsizliyi üzündən həlak olan bəzi gənclərin valideynlərinə, həm də övladlarının ölümündə ya qətlində bilavasitə günahkar olan atalara nümunədir…

23.12. 2023, Samara

ÖVLAD DƏRDİNİ ATALAR NECƏ ÇƏKİRLƏR? MÜXTƏLİF CÜR YA HEÇ CÜR…

ÖVLAD ÖLÜMÜ

Qirx ildən də əvvəl mənim çox yaxın bir qohumum Sovet Ordusunda xidmət zamanı intihar etdi. Əsgərliyə tibb institutunun son kursundan getmiş qohumum çox parlaq, zəkalı gənc idi. Sayı və çətinlikəri çox olan ailəsində ona şahzadə kimi münasibət göstərilir, şahzadə kimi sevilirdi. O, valideynlərinin, bacılarının ümidi idi…

Meyidinin Çin sərəhdindən gətirilməsi xeyli çəkdi. Noyabrın yağışlı günlərində bir həftə davam edən yası, həyətdə brezentdən çəkilmiş böyük çadırı, girişdə tüstülənənən qaz sobasını, gələnlərə çay, yemək vermək qayğısı ilə vurnuxan qohumları tz-tez xatırlayıram. Çadıra yeddi gün ərzində başsağlığa gələnlərdən, əldə-ayaqda işləyənlərdən indiyəcən sağ qalan az olar… Biri mənəm…

Qadınlar öz mollaları ilə evdə və geniş aynabənddə otururdular. Günortaya yaxın ağlaşma başlanırdı. Qıyyalar məhəlləni götürürdü, çadırdakı kişilər söhbəti kəsir, başlarını az qala stolun üstünəcən endirib siqaret trüstülədirdilər…

Mən bütün yeddi günü mərhumun anasının gözünə görünəkdən qaçırdım. Ölən gənclə qohumuqdan başqa yaxın dost idik, bir yerdə çox olurduq. İndi məni sağ-salamat, həyətdə gəzib-dolanan görən ananın dərdinin üstünə dərd gələrdi…

Yeddi gün bitdi. Çadır yığışdı. Səkkizinci gün həyətə ancaq yaxın qohumlar gəlmişdilər ki, borc gətirilən şeylər yiyələrinə vaxtında qaytarılsın. Mən nə qulluq üçünsə evin qabağından keçəndə yaslı ana artırmanın girişində qabağıma çıxdı. Elə bil ki, sinəmə tüfəng dirədilər – özümü itirmişdim…Ancaq ana qışqır-bağır salmadı, qıyya çəkmədi, məni qabaqkı kimi mehriban dindirdi. Əlində bir bağlı ağ lent vardı, bu cür lentlə, məsələn, qızların saçına bant vururlar. Qohumum ağ lent bağlısını mənə göstərib dedi: “Qızın şöbəsinə (qızı univermaqda işləyirdi) çoxlu ağ lent gəlib, ancaq ağ lent yaxşı satılmır, qırmızı yaxşı gedir, toylara alırlar. Ona görə ağ gətirir, evdə qırmızı boyayırıq…”

Dərhal yüngülləşdim. Başa düşdüm ki, ana nə dəli olacaq, nə özünü öldürəcək. Yenə öz xırda alverinə qayıdacaq, ağ lenti qırmızı rəngləyəcək, özgə toylarına gedəcək, sonra özü də qızlarına toy eləyəcək…Qırmızı lentlərlə maşın bəzəyəcək…

Mən uşaqlıqdan eşitmişəm ki, ölənlə ölmək olmaz. Doğru və sağlam fikirdir. Ancaq övlad ölümü qeyri-adi ölümdür. Çexovun “Тоска» hekayəsində oğlu ölmüş ata deyir ki, “…ölüm qapını dəyişik salıb…Mənim əvəzimə oğlumun dalınca gedib…”

Arabaçı Kuzma İonıçın oğluna ürəyində tutduğu yas bəlkə şahzadələrə də tutulmur… Öləni qaytarmaq olmaz, ancaq öмladının itiriş ata-ananın ürəyində daim Mozart rekviyemi səslənməlidir…

 

ÇEXOV “QÜSSƏ”Sİ… ATA DƏRDİ…

İonıç arabaçıdır, bir həftədir ki, yeganə oğlu ölüb. Çörək pulu üçün şəhərə gəlib. Qış olduğundan müştəri seyrəkdir, hərdən sərnişin tapılanda İoana ona öz dərdini danışmaq istəyir. Ancaq İonıça qulaq asmaq istəyən yoxdur. Sərnişin içkilidirsə, daldan arabaçının boynunu yumruqlayır da ki, tez sürsün. Qaldığı karvansarada da onu heç kim dinləmək istəmir. Gündüz hərə bir işin dalınca gedir, axşam elə yerdə yanbayan uzanıb yatışırlar. İonıçın gözünə yuxu getmir. Durub gedir tövləyə, atının boynunn qucaqlayıb ona deyir: “İndi deyək ki, sənin dayçan var, sən də o dayçanın doğma anassan… Birdən, deyək ki, bu dayça getdi o dünyaya… Ağırdır, eləmi?”

Mənim övladım yoxdur, ancaq qardaş, bacı uşaqlarına sevgim çox olub, qəriblikdə şəkillərini gəzdirmişəm, səsləri, sğzləri qulağımdan getməyib. Xəstəlikdən, bədbəxt hadisədən ölən və ya vəhşicəsinə qətlə uyetirilən uşaqlar haqqında oxuyanda dəhşətə gəlirəm. İlk növbədə onların valideyinlərini düşünürəm. Mənim qiçik qardaşım səkkiz yaşına çatmamış ölüb və o vaxtdan anamın həyatı cəhənnəm olub, xasiyyəti dəyişib… Şəhidlərin ataları, anaları… Onlar necə dözürlər, necə?

Və yaşım və təcrübəm çox olduğundan deyə bilərəm: müxtəlif cür.

Hansısa ata ya ana dərdini öz əvvəlki məşğələlərinə qayıtmaqla, ağ lenti qırmızı boyamaqla dərdini unudur. Tamam unutmasa da, yüngülləşir.

Unutmayanlar, yüngülləşməyənlər də çoxdur. Nə qədər şəhid atası və anası ölüb! Hələ özləri cavan olan ata və analar. Dözməyiblər yeyib-içməyiblər, ürəkləri partlayıb…

Ancaq bəzi şəhd ata və analarının günləri YAP tədbirlərində keçir, müsahibə verirlər, övladlarının ölümüylə fəxr etdiklərini deyirlər, prezidentə, prezidentin birinci xanımına təşəkkür edirlər…

Yeganə oğullarını itirmiş ata və analar. Dəhşətdir. Aldıqları yardım, mənzil, maşın onları o qədər azdrır ki, prezidentin və irili-xərdalı bütün məmurların övladılarının nədənsə bu şərəfli müharibə nəyə görəsə iştirak etmədiklərini, bu şübhəli “şərəfi” kasıbların üstünə atdıqlarını düşünmürlər…

 

22.12. 2023, Samara

(ardı var)

MARİNA TSVETAYEVA. İOSİF

Saraya yollandı firon vəziri,

Boyat, kifli çörək qul qabağında.

Çırpdı gənc xanımı əyanın yerə,

Mücrünü sındırdı darıxdığından

+
Boynunu dişılədi göyərçinlərim,

Kəniz çimdikləndi – bu da qüssədən!

Alaraq ovcuna əsmər əlini,
Çəkdi xanım cavan köləni brdən.

+
— Niyə kədərliir gözlərin belə?

Şah şərabı çoxdur zirzəmilərdə.

Zavallı cavansa: yuxu yozuram,

Xidmət eləyirəm ağama həm də.

 +

— Öz xanımını da əyləndir indi!

Bürküdür, ağamız hələ uzaqda.

— O ağanın mən ki, xidmətindəyəm,

İri gözü görür harda olsa da.

 +

Keşik köpəkləri durmadan hürür,

Badam bağlarının sərindir yeli.

Çəkişən, bəhs edən səslərin küyü,

Yataq otaqğından əyanın gəlir.

 +

— Qorudum ağamın xəzinəsini,

— Xəzinə və arvad bir deyil, kölə

— Onun almazısan. Öz ağasının,
Almazına tamah kim sala bilər?

 +

İosifin bəhsi! Yaqub elə bil,
Tanrının özüylə əlbəyaxadır.

Udur – təbəssümlə — qıyı, gizlədir,

Firon arvadının cavan arvadı

 

27 avqust 1917

ruscadan tərcümə

21.12. 2023, Samara

++++++++++++

Марина Цветаева

ИОСИФ

 

Царедворец ушёл во дворец.
Раб согнулся над коркою чёрствой.
Изломала — от скуки — ларец
Молодая жена царедворца.
Читать далее

UÇAR MİLLƏTİM DƏ BƏLKƏ BİR ZAMAN…

Pterozavrlar yaranıb əvvəl,
(Alimlər deyənə əgər inansaq) —

Düz iki yüz otuz milyon il qabaq!

Səksən milyon il keçib quşlara qədər…

 +

Quş olub uçuruq yuxuda bəzən

Belə yuxulardan şirini hanı?

Sevirik qanadlı yuxunu, varmı,

Yuxuda özünü sürünən görən?

 +

Həyatda…Həyatda həm qanadsızıq,
Vardır addımın həm məhdudiyyəti.

Qadağa pozmağa yox qətiyyəti,

İnsan itaətdə, sürünən, yazıq…

 +

Qapanıb ölkənin sərhədi çoxdan,

Açarı cibində uzurpatorun.

Kiriyib içində düşdüyü torun,

Çırpınıb çıxmağa can atmır insan.

 +

Yüz əlli milyon il keçib, deyirlər,

Quşların dünyaya gəldiyi vaxtdan.

Uçar millətim də bəlkə bir zaman —

On-on beş milyon il sürünüb əvvəl…

 

20.12. 2023, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-18

İlham Əliyev 4

Bilməyənə deyim yenə:

Yumruğu dəmirəm mən!

Prezident deyiləm mən,

Sultanam, əmirəm mən!

 + 

Məni tənqid eləsələr,

Tutub dama basıram.

Dərs olmasa bu da əgər,
İran kimi asaram.

 +

Qızıları da kişilərə,

Qatıb damlayıram mən.

Mənə gərək könül verə,
Bu ölkədə hər zənən.

 +

Tanımıram bayden-mayden,
Makronu hərləmirəm.

Tanrı enib gələ göydən,
Onu da saymaram həm.

 +

Londonda kim dərs desə də
Evdə namaz qılsa kim,

Bilsin mənəm başı üstdə,
Eləsin mənə təzim!

 +

Analoqsuz seçki indi,

Keçirirəm yenidən.

Millət, mən özümü seçdim,

Yekdilliklə bəyən sən!

 +

Yediklərin olar haram,
“Yox” desən bu seçimə.

Gözlərini çıxararam,
Dişlərini tökərəm!

 

Mirzə Təbil

19. 12. 2023, Samara