
Sovet vaxtı bir şey var idi… O şey, əlbəttə, indi də var, özü də sovet vaxtında olduğu kimi qıt deyil, bir cür də deyil, min cürdür… Sovet vaxtı isə bir cür idi, adı da mal nomenklaturunda “izdeliye №2”. Yəni “2 nömrəli şey”. “İzdeliye” sözünü bizim lüğətlər “məmulat” kimi çevirirlər, ancaq “məmulat” cəmdir, ona görə mən “şey” kimi yazıram.
Bu 2 nömrəli şey kişi kontraseptivi idi, yəni prezervativ, qoruyucu. Bu şeyin iki təyinatı var. Əgər ailədaxili münasibətərdə istifadə edilirsə, deməli, aillə planlaşdırılması üçündür. Nikahdan kənar, təsadüfi əlaqələrdə 2 nömrəli şey gigiyena və müxtəlif zöhrəvi xstəliklərdən qorunmaq üçündür.
Yəni bu iki nömrəli şey də başqa saysız-hesabsız şeylər kimi vacib şeydir və onun istifadəsində ayıb heç nə yoxdur. Ancaq nədənsə, sovet vaxtı xüsusən, Rusiyada bu şey çoxlu lətifələrin mövzusuna çevrilmiş, ingilis adı “condome” eybəcər hala salınmış, ən ağır təhqirli söyüşlərdən birinə çevrilmişdi. İndiyəcən bu söyüş ən çox özünü müəyyən, xüsusən rüsvayçı məqsədlər üçün istifadəyə yol verən adamlar haqqında işlədilir. Yəni iki nömrəli şey bir dəfə işlənib atıldığı kimi, o adamlardan da bir dəfə istifadə edib atırlar.
İndi soruşuram: Zahid Oruca “2 nömrəli” şey demək olar ya yox? Azərbaycanda seçkinin saxta olduğunu hamı yaxşı bilir, hamıdan yaxşı da İlham Əliyev bilir. Azərbaycan xalqı hətta kənd bələdiyyəsinə də deputat seçə bilmir. Yəni İlham Əliyev Azərbaycan xalqını seçki hüququndan mərhum edib. Ölkəni təyin olunmuş Xudayar bəylər hərləyirlər. Xudayar bəy necə kəndxuda olmuşdu? Çünki qlava onun anasını siğə eləmişdi. Azərbaycanda da əvvəl bəzi insanlar analarını zad elətdirirlər, sonra olurlar icra başçısı, prokuror, hakim, deputat…
Yəni Azərbaycanda prezident seçkisi formal da deyil, biabırçı şoudur. Çünki İlham Əliyev Azərbaycan xalqını dünya ictimayyətinin gözü qarşısında zorlayır… Və Zahid Oruc kimi anasını zad elətdirməyə hazır insanlardan iki nömrəli şey, yəni condome kimi istifadə edir. Fazil Mustafadan heç danışmaq istəmirəm, ruslar demişkən, bu adamda damğa qoymağa yer qalmayıb…
Zahid Orucun yəqin ki, uşaqları var. Uşaqlarına nə deyəcək? Deyəcək ki, “əlahəzrət prezident məndən istifadə edir»? Onun uşaqlarında ləyaqət hissi olsa, gərək atalarının üzünə tüpürələr…
Salyana keçən əsrin 70-ci illərinin ortasında bir ağdamlı birinci katib təyin olunmuşdu. Salyana gələn gündən yerlilər arasında onun arvadbazlıq elədiyindən danışmağa başladılar. Hətta deyirdilər ki, vəzifə almaq istəyən bəzi kişilər özləri arvadlarını Nadir Abbasovun istifadəsinə verirlər… Mən bu söhbətlərin doğru olduğuna inanıram, çünki bu biqeyrətlilik barədə söhbəti onun spiçrayterindən, yəni məruzə yazanından şəxsən eşitmişəm…
Zahid Orucdan bu seçki şousu üçün onun ailə üzvlərini istəsələr, nəinki imtina eləməz, özü öz maşınına qoyub aparar…
Zahid Oruc xalq düşmənidir, çünki xalqının düşmənidir. Çünki xalq qarət ounur, millətin gələcəyi oğurlanır, bu cındır da da «şuxer»də dayanıb… Çünki ölkədə feodal idarəçiliyi yaratmış, xalqı nəinki ona məxsus sərvətlərdən, hətta insani ləyaqətdən və azadlıqdan məhrum edən rejimin xidmətindədir. Nə şəkildə tələb olunsa, o cür. Bu gün o, rejimə 2 nömrəli şey kimi, condome kimi lazımdır.
Zahid Oruc arvadının, uşaqlarının üzünə necə baxır – bu onun öz problemidir. Yəqin arvadı da özündən qalmır. Biz bir-birimizin üzünə necə baxırıq? Axı xalq bütün dünyanın gözü qarşısında əməlli-başlı zorlanır – başımızı aşağı salmaqla, özümüzü görməzliyə qoymaqla iş düzəlir?
Düzü, bilmirəm Azərbaycanda el arasında bu iki nömrəli şeyə nə deyilir, bu şeyin mal momenklaturunda adı nədir və s. Ancaq Zahid Oruc bilməlidir ki, xalq onun deputatlığını, prezidentliyə namizədliyini tanımır. Onun bir adı və bir statusu var: 2 nömrəli şey…
Mirzə ƏLİL
17. 12. 2023, Samara