
mətnin əvvəli burda:https://xeyrulla.com/2024/01/16/hacibaba-huseynov-muellimin-basina-masa-vurub-belke-stul/
Azərbaycan qəzəlxanları üçün şablon qafiyələr var: “ar”la bitən sözlər (var, yar, əğyar, vəfadar və s.), “an” la bitən sözlər (can, qan, zindan, insan, dövran, mehman, aman, yaman, zaman, giryan, firavan və s.)
Muğam – həmişə hüznlüdür, muğam dinləyən hüznli fiqikirlərə qərq olur, qəlbində hüznlü xatirələr oyanır, bəlkə əğyarın ondan ayırdığı yarı xatırlayır, bəlkə ölmüş ata-anasını, bəlkə itirdiyi şansları, və boğazı qəhərlənir, gözləri yaşarır, hətta hönkür-hömkür ağlayanlar olur. Qəribə görünsə də, muğam dinləyənlərin çoxu yalnız qafiyələri eşidir, həm qəzəlin qəlizliyindən, həm də müğənninin “hü-hü” eləyə-eləyə oxuduğundan mətndə söhbətin nədən getdiyini bilmir. Arxayındır ki, muğam qəmlidirsə, oxunan sözlər də hüznlü olmalıdır.
Mən də bir vaxt Qədir Rüstəmovun ifasında “Sona bülbülləri” eşidəndə belə düşünürdüm. Bu mahnı ilk dəfə ifa olunanda mənim on beş yaşım vardı, qəlb kövrək, özüm də musiqi ölüsü. Qədir Rüstəmov mahnının ortasında Seyid Əzimin qəzəlini segah üstündə oxuyanda az qalırdım başımı vuram qapının tininə. Qədir rəhmətlik elə yas qururdu ki, sözləri ayırd eəmək olmurdu. Elə “yanımda”, “canımda” eşidirdim. Sonralar Seyid Əzim qəzəlini tapıb oxuyanda bir az təəccübləndim. Diqqətlə baxılsa, bu qəzəl nəinki ağlamalı deyil, hətta gülməlidir də. Məsələn, bu misra horror filmlərinə çəkilən parodiyaları yada salır:
O qara xalı versələr, qanın içərəm…
Gözünün qabağına gətirirsən aşiqi, bu aşid məşuqənin xallı yerini dişləyib qanını içir –ağız-burun qan…
Mən, deyəsən, yayındım. Mövzu Hacbaba Hüseynovdur.
Mən bir baxt Azərbaycandan qayıdanda Bakıda Alim Qasımovun kompakt diskini almışdım. İri həcmli bu diskdə “Şur” da var idi. Məlumdur ki, Sarənc Şurun ən ağlamalı yeridir, əslində Sarənc ayrı oxunsa, onu Segahdan peşəkarlar ayıra bilərlər, yəni Şurun finalında xanəndə Segahla haşiyə çıxır. Mən Vətəndən təzə qayıtmış qərib, Alim Qasımov da Sarənc oxuya… On iki metrlik otağmda dünya müsibəti yarandı. Oxuduğu qəzəlin qafiyələrini eşidirdim: əyyamı, peyyamı, əndamı, camı, Xəyyamı…
Alim Qasımovun elə bil mənə rəhmi gəldi və ayaq verdi:
“Günü-gündən Həcinin yaxşılaşır ilhamı…”
Bunu eşidəndə ağlamağım birdən gülməyə çevrildi. Nə qədər çalışdımsa, özümü saxlaya bilmədim.
“Həcinin ilhamı günü-gündən yaxşılaşır…”
Necə yaxşılaşır? Çiy yumurta içir? Ya araq vurur?
Ay Alim Qasımov, ay dahi müğənni, belə gülməli sözəri “Mehriban olaq”la oxuyarlar, Sarənclə yox, xalq Saqənci ona görə istəyir ki, göz yaşı axıdıb içərisini yüngülləşdirsin. “Həcinin ilhamı yaxşılaşır…”
Kəndçimiz Yavər belə yerdə deyərdi:”Yox, hamam eləyir…”
Qəzəl, əlbəttə Alimin müəllimi Hacıbaba Hüseynovundur. Alim Qasımov sinədəftərdir, Füzulinin qəzəllərini də bilir, yəqin ki, Həcinin qəzəlinin cəfəngiyat olduğunu bilərdi, ancaq müəllimininn xatirinə oxuyub.
İnd də oxuyur. Həcinin başqa şagirdləri də oxuyurlar.
İndi qəzələ əvvəldən baxaq.
“Müjdə, ey dil, yenə də gəldi bahar əyyamı”.
Bunu başa düşdük. Yaz gəlir. Səba yeli bülbülə xoş xəbər gətit. “Qönçəvü gül” açılıb.
Sonra:
Bir tərəf pirü-cavandır, bu tərəfdə məni-zar,
Nə gözəl bəzmdu bu, sqi dolandır camı.
Bunu belə başa düşmək olar: bir tərəfdə qoca və cavanlar yığılıbalar (qrammatik qüsur var), digər tərəfdə isə “məni-zar”, yəni ah-zar edən şair.
Bəzm, yəni kef məclisi gözəldirsə, şair niyə zardır?
Sonra:
Xəbər aldım neçə kəsdən ki, nə həngamədi bu.
Dedilər bir nəzər et, gördüm o gül əndamı.
Burası sadədir. Şair soruşur ki, nə həngamədir. Deyirlər ki, o “gül əndam”lıya bax, bilərsən nədir.
Əndam bədən mənasındadır. Gül əndam, yəni gül bədən. Belə çıxırmı ki, həngaməyə səbəb olan gözəl çılpaq imiş?
(ardı var)
17. 01. 2024, Samara