Архив | 25.01.2024

MARİNA TSVETAYEVA. LÜKSEMBURQ BAĞINDA

cvetaeva

Fəvvarənin dilləri pıçıldaşır hovuzda,
Başlarını əyibdir çiçəklənən budaqlar.

Uşaqlarla doludur varsa kölgəlik harda,

Ah, niyə mənim deyil çəməndəki uşaqlar.

 +

Eşq ilə keşik çəkən ana baxışlarından,
Hər uşağın başına tac qoyulub elə bil,

Uşağı əzizləyən hər anaya mən bu an
İstəyirəm qışqıram: “Bütün dünya səindir!”

 +

Kəpənək tək al-əlvan qızların paltarları,

Gülüşən, sözləşən var, kimi yollanır evə.

Mehriban bacılar tək analar pıçıldaşır:

— “Oğlumdan sizə deyim…” – “Bəladır mənimki də!”

 +

Həm nizə, həm də qılınc oynatmağı bacaran,
Döyüşdə sarsılmayan qadından gözəl nə var!

Qadın səadətisə — səadətim – hər zaman,

Beşik əsirliyində bilirəm ki, tapılar!

1910

ruscadan tərcümə

25. 01. 2024, Samara

+++++++++++++++

Марина ЦВЕТАЕВА

В Люксембургском саду

 

Склоняются низко цветущие ветки,
Фонтана в бассейне лепечут струи,
В тенистых аллеях всe детки, всe детки…
О детки в траве, почему не мои?
Читать далее

TƏKAMÜL NƏZƏRİYYƏSİNƏ GÖRƏ MİKAYIL CABBAROVUN QUYRUĞU OLMALIDIR…

ilham əliyevin oğlu

Təkamül nəzəriyyəsinin izahı mən məktəbdə oxuyan vaxtlar belə idi: zürafənin boynu əvvəl uzun olmayıb, sonra ağacların yuxarı budaqlarındakı yarpaqları yemək üçün başlayıb dartınmağa, tədricən boynu uzanıb olub indi gördüyümüz uzunluqda…

Təkamül nəzəriyyəsinə inandığıma görə düşünürəm ki, indi iqdisadiyyat naziri Mikayıl Cabbarovun quyruğu olmalıdır. Bəlkə də bu quyruq hələlik çox uzun deyil, təzə-təzə əmələ gəlir, ancaq yəqin ki, tezliklə artıb zürafənin boynu uzunluqda olacaq.

Soruşa bilərsiniz ki, Mirzə Əlil bunu hardan bilir.

Məsələ burasındadır ki, padşahın, yəni İlham Əliyevin oğlu Heydər Əliyevi iqtisadiyyat nazirliyində nə işə qoyublarsa, oturur nazirin sağında. Bəlkə vəzifəsi nazirinkindən də böyükdür. Yəni hər gün olmasa da, Heydər Əliyev nazirliyə gələndən-gələnə Mikayıl Cabbarov onun qabağında quyruq bulamalıdır. Padşah oğlunun qabağında necə quyruq bulamayasan? Əvvəl-əvvəl nazir elə quyruqsuz dalını əsdirir. Bir gün, beş gün, on gün belə. Sonra hamamlananda görür ki, dalında quyruq əmələ gəlib…

Quyruq bir yana. Bu, təkamül məsələsidir.  Heydər Əliyev nazirliyə təzə gəlib-gedəndə guya nazir həyəcanından şalvarını da isladırmış. Ona görə işdə əlavə bir neçə kostyum saxlayırmış. Sonra müşavirləri başa salıblar ki, padşahın tabeliyində olanların çoxu pampers taxırlar…

Boynuma alım ki, son vaxtlar Mikayıl Cabbarov  şair demişkən, xəyalımdan getmir, gecələr də yuxuma girir… Məşhur psixoanalitik Ziqmund Freyd deyib ki, bir adamı tez-tez yuxunda görürsənsə, deməli, sən o adamın anasını zad eləmək istəyirsən… Mən Ziqmund Freydə bir qram da inanmıram. Mİrzə Əlil qoca kişidir, belə zadları çoxdan yadından çıxarıb, Qurban Məmmədli kimi iştahını saxlayıb cənnət hurilərinə… Mirzə Əlilin iqtisadiyyat nazirinə ürəyi yanır. Quyruq bulamaq, həyəcandan, qorxudan şalvar islatmaq… Vallah, bu çox böyük işgəncədir. Deyirlər ki, polis Bakıda dustağa nəsə soxdu. Vallah, iqtisadiyyat nazirinə də kaş ki, nəsə soxaydılar, ancaq sağında padşah oğlunu oturtmayaydılar… Belə stress naziri elə zəiflədər ki, cavan vaxtında o da Mirzə Əlil kimi heç zad istəməz…

Allah padşahımıza insaf versin…

Mirzə ƏLİL

25. 01. 2024, Samara