
Mən uşaq olanda kənddə o vaxt artıq ölüb getmiş bir arvaddan çox danışıb gülərdilər. Qəribəlikləri olan bu arvada naqqal kənd cavanları fürsət olan kimi sataşırlarmış. Yanlarından keçəndə, məsələn, astadan fit çalırlarmış. Arvad qayıdıb bunları allı-yaşıllı söyürmüş. Cavanlar da deyirlərmiş ki, ay arvad, yolunla get, biz fiti sənə çalmırıq, elə-belə kefimizdən çalırıq. Arvad da deyirmiş, yox, vələdəzzzinalar, fit mənim fitim idi, mən fitimi tanıyıram…
İndi kim hardan nədən danışırsa, Qurban Məmmədli deyir ondan danışırlar, onun əleyhinə kampaniya aparırlar. Məsələn, Tural Sadıqlı Almaniyada deyəndə ki, “inqilabçı xalqıma qurban olum, iki həftəyə Əliyevi devirəcək”, — Qurban Məmmədli Londonda dik atılır və alman kanslerinə şikayət ərizəsi yazır.
Sevinc Osmanqızı Beydulla Manafova “sənə qurban olum, ay Beydulla dayı” deyəndə demokrat cildinə girmiş keçmiş komunist funksioneri o qədər sevinir ki, “mən də sənə qurban olum” demək istəyəndə çənəsinin protezi ağzından düşür yerə… Qurban Məmmədli isə Londonda özünü yırtır. “Osmanın qızı “qurbanolumu” mənim acığma deyir!… Məni özünə rəqib görür, məndən qabaq prezident olmaq istəyir. Ay oldun ha…”
Tural Sadıqlı isə Qurban Məmmədliyə məhəl qoymayıb fitini çalmaqda davam edir. Sağında Məhəmməd Mirzəli, solunda Zəki Səlimi. Guya İsveçrədə yaşayan bu Zəki kimdirsə, patentli dəlidir. İndi Tural Sadıqlı başına kifayət qədər psixopat yığıb və indi palatası özəl klinika statusu ala bilər…
Yəqin Məhəmməd Mirzəli efirə çıxanda Avropanın bütün psixoloqları, psixiatrları, psixoanalitikləri işlərini ataraq ekran qarşısına yığılıb onu izləyirlər. Məhəmməd Mirzəli vaxtaşırı beş dəqiqə ərzində tükü də tərpənmədən tamaşaçıya baxır. Sonra “filankəs gözüylə görəndir” deyib başını salır aşağı, başlayır diqqətlə qıçlarıın arasına baxmağa. Balabançalanlar beləcə kiçik çamadanlarına baxar və sonra balabanın ya zurnanın uzununu ya qısasını seçirdilər. Məhəmməd Mirzəli də öz təsərrüfatını öyrənə-öyrənə elə bil ki, söyüş repertuarını həm məşq edir, həm də təzələyir…
Bu arada Zəki Səlimi deyir ki, Azərbaycandan üç milyard dollar gedib, Makron, Sunaq, Bayden öz aralarında bölüşüblər…
Tural Sadıqlı əlini Zəkinin dizinə vurur: “Bəs mən nə deyirdim, ay sənə qurban olum!”
Londonda Qurban Məmmədli dəli dərdinə düşür və başlayır həm Almaniya, həm İsveçrə konfederasiyasının rəhbərliyinə şikayət ərizəsi yazmağa…
Mİrzə ƏLİL
01. 02. 2024, Samara