Архив | 08.02.2024

ANNA AXMATOVA. DURUB CƏNNƏTİN AĞ ASTANASINDA

AKHMATOVA

Durub cənnətin ağ astanasında

Qanrılıb qışqırdın: “Səni gözlərəm!”

Vəsiyyət elədin son nəfəsində,
Həm xeyirxah olum, yoxsul olum həm.

 + 

Haçan ki, şəffafdır üzü göyləri ,

Cingiltili səslə qanad çalaraq,

Görür son tikəmi necə bölürəm,
Çıxıb qabağıma kimsə əl açcaq.

 +

Elə ki, döyüşdən çıxanlar kimi,

Buludlar üzürlər bələnib qana,

Eşidir o mənim dualarımı,
Çatır sevgi dolu sözlərim ona.

iyul 2921

ruscadan tərcümə: 08. 02. 2024, Samara

+++++++++

Анна АХАМАТОВА

На пороге белом рая,
Оглянувшись, крикнул: «Жду!»
Завещал мне, умирая,
Благостность и нищету.
Читать далее

ZAHİD ORUCUN İLHAM ƏLİYEVLƏ TELEFON SÖHBƏTİ

Zahid Oruc

Prezidentliyə namizəd olmuş Zahid Oruc prezident İlham Əliyevə zəng vurub.

— Allo! Salam, cənab əlahəzrət prezident

— Tı  kto?

— Cənab prezident, bu tik-tok deyil, vatsapdır, Mehman Hüseynov tik-toku xarab eləyib, mən ora girmirəm.

— Yaxşı, nə istəyitrsən?

— Mən sizi istəyirəm, cənab prezident. Yəni demək istəyirəm ki, mən sizi sevirəm.

— Sən azlıqdansan?

— Azlıqdanam, cənab prezident. Siz 93 faizsiniz, biz isə hamımız bir yerdə yeddi faizik.

— Bu elə dünya standartlarına uyğun gəlir. Qabaqcıl ölkələrdə də azlıqlar yeddi faiz təşkil edir. Ermənistanda altı faizdir. Biz tolerant ölkəyik…

— Çox sağ olun, cənab prezident, ancaq Mehman Hüseynov bizə çox sataşır…

— Mən sərəncam verərəm…

— Cənab prezident, ayıb olmasın, mənim azlıq yoldaşlarım da yanımdadırlar. Fazil, Qüdrət, Elşad, razi…

— Qruppovoy eliyirsiz?

— Cənab prezident, qruppovoy dalınızda durmuşuq. Üzr istəyirəm, demək istəyirəm ki, həmişə dalımızı qabağa verməyə hazırıq. Harda, hansı pozda desəniz,orda durmağa hazırıq…

Mirzə ƏLİL

08. 02. 2024, Samara

AXTARSAN, TURAL SADIQLI OSTAP BENDERLƏ QOHUM ÇIXAR…

tural sadıqlı ostap bender

İlf və Petrovun “12 stul” romanını oxuyanlar və ya Qaydayın filminə baxanlar yəqin ki, Ostap Benderin araba atının altına düşdüyünü xatırlayırlar. “Stanok” adlı qəzetdə bu barədə yazı da dərc olunmudu.

“Dünən Sverdlov meydanında vətəndaş O. Bender 8974 nömrəli aravanın atının altına düşmüşdür”.

Tural Sadıqlı sevinclə xəbər verir ki, seçkilərdə hansı idiotsa onun adını seçki bülleteninə yazıb. Bu münasibətlə Tural Sadıqlı xalqını və millətini təbrik etdi.

İndi fikirləşirəm: o bülletenin nömrəsi 8974 deyilmiş ki?

Xatırladıram ki, Ostap Bender bizə yad adam deyil. Axı o, «Türkiyə təbəəsi»  və İbrahimoviç idi. Yaxşı axtarsan, Tural onunla qohum çıxar…

Mirzə Əlil

08.02. 2024, Samara