Архив | 09.02.2024

ANNA AXMATOVA. “SƏNƏ İTAƏT ETMƏK? DƏLİ OLMUSAN MƏGƏR?”

AKHMATOVA

Sənin itaət etmək? Dəli olmusan məgər?

Tanrı iradəsinə yalnız itaətliyəm,

Ürəyim nə titrəyiş, nə də ki, ağrı istər,
Bir cəlladdır ər mənə, onun evisə türmə.

 +

Yaxşı baxanda ancaq.. .Özüm gəldim mən axı,

Çöldə külək qıy çəkib, dekabr doğulanda

Sənin əsirliyində işıq selləri axır,

Zülmətsə keşik çəkir pəncərənin dalında,

 +

Çırpılır üzülüncə bəd havasında qışın,

Quş da şəffaf şüşəyə beləcə bədəniylə.

Və ağ qanadlarına qan ləkələri düşür.

 +

Daha rahatam indi, bəxtəvərəm də elə,

Əlvida, mehribanım, həmişə əzizimsən.

Açmısan mən qəribə çünki öz qapını sən.

1921

Ruscadan tərcümə

  1. 02. 2024, Samara

++++++++++++++

 Анна АХМАТОВА

 Тебе покорной? Ты сошел с ума!
Покорна я одной Господней воле.
Я не хочу ни трепета, ни боли,
Мне муж — палач, а дом его — тюрьма.
Читать далее

SEVİNC TELMANQIZININ AĞZI ELƏ BİL BAŞQA ORQANIYLA DƏYİŞİK DÜŞÜB…

sevinc telmanqızı

Deyək ki, bir türmənin rəisi türməsində boks yaraışı keçirir və özü özünə rinq rəqibi seçir – məsələn “əlvurulmaz” sayılan, başıaşağı, üzüqara dustaqlardan biri ilə. Və, əlbəttə, nokautla qalib gəlir. Rəqibi bir zərbə də endirmir, çünki murdar sayılır, rəisin alicənab vücuduna əl vura bilməz…

Sonra türmə televiziyası bir ay rəisin qələbəsini bayram edir.

İndi Azərbaycanın bütün iri və xırda kanalları kimi.

Müsavat TV-yə baxıb dəhşətə gəldim. Aparıcı arvadın, yəni Sevinc Telmanqızının ağzı elə bil ki onun başqa yerində olmalı orqanıyla dəyişik düşüb, ağız yerində olan orqandan isə sözlər yox, ayrı şey çıxmalı imiş…

Belə bir arvada, bazar müdirinə, Ryazanovun “Qaraj” filmində Valentin Qaftın oynadığı personaj deyir: “Mənim sizin ərinizə elə yazığım gəlir ki…”

Mən bu Müsavat TV-dəki arvadı görəndə Azərbaycana və onun xalqına yazığım gəlir…

İncildə deyilir ki, insanı ağızına girənlər yox, ağzından çıxanlar murdarlayır.

Bu arvadın və onun kimi yüzlərlə arvad və kişinin əsl seçki ilə heç bir əlaqəsi olmayan şounu özlərini yırta-yırta tərifləmələri millətin şərəfini murdarlayır.

Niyə məni bu ağzı başqa orqana oxşayan arvad başqalarından çox qeyzləndirir?

Deyək ki, Azərbaycanda fahişəxanaları leqallaşdırırlar. Mən bunun əleyhinə deyiləm. Lehinə də deyiləm. Bitərəf, daha çox isə biganəyəm. Çünki yaşımın çoxluğundan heç bilmirəm ki, fahişəxanada nə qayırırlar. Ancaq bilirəm ki, elə abırlı yer də deyil. Mən fahişəxananın Müsavat və ya 20 yanvar adlandırılmasının əleyhinəyəm. Aydındır? Fahişəxanıa açırsan, Məzahir Pənahovun adını ver, Sərdar Cəlaloğlunun, Mirşahinin adını ver. Düz deyil?

O ki qaldı bu arvada…”Qaraj” filmində deyilən kimi, mənim bu arvadın ailə üzvlərinə yazığım gəlir. Birincisi, bu arvad üz qaralığıdır. İkincisi, evdə yəqin onun həm həm ağzı, həm də ağız yerində olan orqanı dayanmadan işləyir…

Mİrzə Əlil

  1. 02. 2024, Samara