XUMAR QƏDİMOVAYA BİR HƏFTƏDƏ 7-8 MİLYON BAXILIB? BU, MÜMKÜNDÜRMÜ?

Xumar Qədimova

Azərbaycan musiqisinə hərdənbir qulaq asıram – Bülbül, Xan Şuşinski, Alim Qasımovun gənclik yazıları, Ağabala Abdullayev, Yavər Kələntərl… Xumar Qədimova haqqında Sərdar Cəlaloğludan eşitdim. Sərdar Cəlaloğlu Şeyx Nəsrullah kimi bir şəxsiyyətdir, bütün elmlərdən xəbərdardır, özü də alimdir. Sərdar Cəlaloğlu Ramiz Rövşəni Nizami Gəncəvi ilə, Xumar Qədimovanı isə Flora Kərimova ilə bir zirvəyə qoydu. Yeri gəlmişkən, Sərdar Cəlaloğlu ilə Flora Kərimovanı yaxın edən vacib bir şey var – hər ikisi saxta seçkilərdə İlham Əliyevə səs verib, hər kisi də deyib ki, “əcəb eləyirik”.

Sərdar Cəlaloğlu dedi ki, Xumar Qədimovanın mahnsına təkcə YouTube-da 6 miyon adam baxıb. Bu mötəbər şəxsin və şəxsiyyətin sözü mənim üçün müqəddəsdir. Təcili YouTube-da mahnını tapıq qulaq asdım.

Əvvəl sözlər barədə. Bilirəm ki, Ramiz Rözşənin şeirini tənqid edən adam özü də şeir yazırsa, deyəcəklər ki, paxıllıq edir. Ancaq həqiqət naminə kütlə qınağına dözmək lazımdır.

Mahnını sözləri, yəni Ramiz Rövşənin şeiri, qısa desək, cəfəngiyatdır. Elə cəfəngiyyatdır  ki, yarım saatın içində mən bu şeirə parodiya da yazdım…

RAMİZ RÖVŞƏN PREZİDENTƏ

Əvvəl sevgim yavaş idi,

Sürətlə sonra sevdim.
Güzəranım yaxşılaşdı,
Gəldi pul-para, sevdim

Elçibəyə verdim ürək

Sevdim bir ildən də az.

Atan onu devirən tək,

Keçdim bu sevgidən vaz.

Şükr Allaha, ağıllandım,
Sevdim uldu öndəri.

Havayı ondan ev aldım,
Verdi şəxsən orderti.

Öndər öldü, səni sevdim,

Yazda, yayda, qışda mən.

Gəldi hər ay təqaüdüm,

Bir ev də bağışladın.

Ən çox sevdim səni bu qış,
Seçki keçiriləndə
Məntəqələr açılmamış,

Verdim səsimi mən də.

İki dəfə səs verərək,
Dörd-beş bülleten atdım.

Çünki səni sevir ürək,
Sənsən eşqim, həyatım.

Mahnı sözləri əksər hallarda poeziya deyil. Mahnı sözləri bir növ xüsusi janrdır. Məsələn, Beatlse-ın bütün dünyada məşhur mahnılarının da sözlərinin böyük poeziyaya aidiyyəti yoxdur. Sözlər musiqini müşayiət edir, vəssalam. La-la kimi. Əsl şeirlərə yazılmış mahnılar da var, ancaq bu, ayrı mövzudur.

“Sevdim səni” şeiri gücənə-gücənə yazılan mətnlərdəndir. Yəni Ramiz Rövşən peşəkar şairdir, çörəyi şerdən çıxır, gərək vaxtaşırı yaza, kitab çıxara, satıb pul qazana, prezident təqaüdü ala, mənzil ala. Şeir şoğərib isə yazılmır. İyirmi beş yaşında bulaq quruyub. Ancaq sözü sözə calaya, misra qura, qafiyələndirə bilir. Təzə metafora tapmayanda oğurlamaq da olar, Ramiz Rövşən poeziyanı bilie, bilir hardan nə çırpışdırmaq olar. Məsələn:

 Səni sevdim qar üstündə

 Yem axtaran quş kimi.

Görək Əli Kərim 60-70 il qabaq nə deyib:

Mənsə səni sevirəm,

Susuzluğun od vurub,
Köz kimi yandırdığı,

Dodaq su sevən kimi.

Dodaq su sevən kimi…Ramiz Rövşəni qoyaq bir qırağa, qoy prezident bağışlayan gözəl mənzillərinin birində kefini çəksin…

Mən mahnıdan danışıram.

Bu gün, fevralın 20-də, YoyTube-da mahnıya baxımların sayı belədir: 5, 822 648. Eyni mahnı, eyni klip YouTube-da daha bir dəfə yerləşdirilib. Baxımların sayı 122 mindir. Mahnı daha beş-altı platformada yerləşdirilib, məsələn, Tik-tokda. Tik-tok-da akkauntum olmadığına görə, mahıya nə qədər baxıldığını deyə bilmərəm. Sərdar Cəlaloğlu deyirdi ki, bütün platformaların cəmi 10 milyondan çoxdur. Bu, indi dünyanın birinci pop müğənnisai olan Svift Teylorun göstəricilərinə yaxındır.

İndi baxaq görək bu, mümkündürmü?

Azərbaycan əhalisinin sayı 10 milyondur. Gərək südəmər uşaqdan tutmuş 80-90 yaşlı qocalara və yataq xəstələrinə qədər hər azərbaycanlı bir dəfə baxa ki, 10 milyon ola.

YouTube-da baxımların sayının necə hesablanması barədə müxtəlif fikirlər var. YouTube özü bu barədə heç nə demir. Ekspertlərin rəyi fərqlidir. Bəziləri deyirlər ki, yalnız unikal istifadəçilər sayılır. Yəni bir istifadəçi on dəfə baxsa da, bir dəfə sayılacaq. Başqa rəylərə görə, bir istifadəçinin hər baxımı sayılır, ancaq gərək hər baxımdan sonra gərək bir sutka keçə.

Məsələ burasıbdadır ki, 6 milyon rəqəmi təxminən bir həftə əvvəl səslənib. Gündə milyon? Bu, necə ola bilərdi? Müxtəlif variantlar var:

Bir milyon azərbaycanlının hərəsi altı dəfə baxır. Bir sutka ara verməklə altı gün dalbadal.

İki milyon azərbaycanlının hərəsi üç dəfə baxır.

Üç milyon azərbaycanlının hərəsi iki dəfə və s.

Üç milyon azərbaycanlının az vaxtda bir mahnıya, özü də iki dəfə baxdığına inanmaq mümkündürmü?

YouTube-da müxtəlif rekordlar var. Məsələn 1978-ci ildə çəkilimş “Grease” filmindən ən məşhur səhnə — John Travolta və Olivia Newton-un ifasında mahnının bir klipi 14 ildə 461 milyon dəfə baxılıb. Ancaq nəzərə almaq lazımdır ki, Grease Hollivudun ən populyar, kassa yığımı baxımından ən uğurlu filmlərindəndir. Travolta təkcə aktyor kimi yox, həm də rəqqas və müğənni kimi məşhurdur. Oliviya isə qərbin ən sevimli aktrisalarından və müğənnilərindən biri olub. Azərbaycan mahnısının auditoriyası 10 milyonluq əhalidirsə, Grease-in auditoriyası bütün dünyadır: Oliviyanın vətəni Avstraliyadan tutmuş Afrikaya qədər….

Demək istədiym budur ki, Xumar Qədimovanın klipinə süni sayğac qoyulduğuna əsaslı şübhələrim var. Mən 6 milyon rəqəminə inanmıram. Yən inanmıram ki, bütün əhali, hətta qızılcalı xəstələr, türmədəkilər, dəlixanadakılar və s. hamısı birdən bir həftə ərzində smartfonu əlindən yerə qoymaya…

İnternetdə videolara baxımların sayını artırmaq barədə təkliflər çoxdur. Milyon isəyirsiniz – milyon. Altı milyon istəyirsiniz? – Əlimizin içində!

Təkliflərdən biri burda: https://www.youtube.com/watch?v=8AlzbwfNDe8

Yeri gəlmişkən, Azərbaycanda neçə smartfon var?

İndi qısaca musiqi barədə. Musiqi, əgər mahnını musiqi saysaq, orijinal deyil, həm də Azərbaycan musiqisi deyil. Bu, osmanlı musiqisidir. Osmanlı musiqisi isə ərəb, yunan və Balkan musiqilərinin sintezider. Yəni bu mahnıda bir damcı da bizim musiqi yoxdur. Bu mahnı hamılıqla Azərbaycan musiqisi sayılırsa, deməli, əsl Azərbaycan musiqisi ölüb. Bizim üçün musiqi dil kimidir. Rəsul Həmzətovun dediyi kimi, musiqimiz ölübsə və ya osmanlı haftəbecəri ilə əvəz edilibsə, deməli, biz millət kimi ölmüşük…

Bu qədər.

P.S. Bəs Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədli deyir Azərbaycan xalq acından ölür? Xalq acından ölür ya Xumarın dərdindən?

X.X.

20. 02. 2024, Samara