
Ermənilər əslində Kamil Zeynallının Azərbaycana qayıtmağına sevinməlidirlər. Çünki Kamil Zeynallı tərəfindən indi Ermənistana və ermənilərə qarşı heç bir təhlükə yoxdur. Kamil Zeynallı ancaq Azərbaycan xalqı, xüsusən onun proqressiv hissəsi üçün təhlükəlidir. Çünki ukraynalıların diliylə desək, Kamil Zeynallı tituşkadır.
“Tituşka” termini Belaya Tserkovdan olan ukraynalı idmançı Vadim Tituşkonun soyadından görtürülüb. 18 may 2013-cü ildə Tituşka Kiyevdə müxalifətlə toqquşmaların iştirakçısı olub və jurnalistlərə hücumlar edib. O vaxtdan nümayiş, mitinq iştirakçılarını döymək, qorxutmaq üçün istifadə olunan muzdlu fitnəkarları, kriminal elementləri “tituşka” adlandırmağa başlayıblar.
Kamil Zeynallı “tituşka” olduğunu özü bütün dünyaya elan edib. Allah eləməmiş, birdən azərbaycanlılar öz hüquqlarının müdafiəsi üçün etiraz nümayişinə çıxsalar, Kamil Zeynallı qoca-cavan, qadın-kişi bılməyəcək, salacaq təpiyinin altına, qol-qabırğalarını sındıracaq.
Beləliklə, erməni ictimaiyyəti Kamil Zeynallının Azərbaycana qayıtmağından ciddi razılıq hissi keçirməlidir.
Yeri gəlmişkən, Azərbaycan müxalifətinin ünvanına yaydığı çıxışında özünü Mayk Taysona oxşadan Kamil Zeynallı Domodedovo polisindən çəkdiyi videoda morqda həftələrlə saxlanan ölüyə oxşayırdı. İçərisindəki qəhvəyi rəngli substansiyanın rəngi qorxusundan çıxmışdı üzünə…
Mirzə Əlil
23. 02. 2024, Samara