Архив | Февраль 2024

EYCAHANLIQ HAQQINDA ŞEİR

İYUL 2023

Cürbəcürü olur eycahanlığın,

Uzun sürəni var, tez bitəni var.

Biri məcbur  olub eycahan qalar,
Birisə kefindən gəzir arxayın.

 +

Qabaqlar kəndlərdə eycahan oğlan,
Evlənə bilməyən keçəl kimiydi,

Eycahan olana gedən yox idi,
Bəlkə də dəyişib millət o vaxtdan.

 +

Müxtəlif cür olur eycahan insan,

Yorğanı başına çəkib yatan var,
Qonşu pişiyinə təpik atan var,

Var gəlib-gedənə vedrə bağlayan.

 +

Bəlkə eycahanlıq ruh durumudur — 

Bəzən eycahansan işin varsa da.

Başa düşülmürsən el arasında,

Eycahansan! – get lap özünü öldür…

 +

İşsiz sayılırsan el gözündə sən,
Nə iş gördüyünü yoxsa anlayan.

Qazanc, rütbə yoxsa – adın eycahan,
Elçisi qovulan keçəl kimisən.

 +

Eycahanlığından fit çalır biri,
Əlac axtaran var ağda, qarada,
Kişi ürək açır özgə arvada,

Xanımı dolaşır şəbəkələri…

 +

Eycahan kimidir prezident də,

Arvad, oğul-qız da eycahan kimi,

Səbəb eycahanlıq, deyin, deyilmi,
Adı “seçki” olan bu həngaməyə?

 06. 02. 2024, Samara

ANNA AXMATOVA. “DAHA GEDİB-GƏLMƏZ SƏNİN NƏFƏSİN…”

AKHMATOVA

Daha gedib-gəlməs sənin nəfəsin,
Əbədi yatağın – qar.

Süngü yaraların iyirmi səkkiz,

Beş də güllə yaran var.

Dosta mən hədiyyə tikirdim axı,

Döndü sovxaya.

Sevir, sevir qanı rus torpağı,
Sevir Rusiya.

1921

ruscadan tərcümə

05. 02. 2024, Samara

 +++++++++++

Анна АХМАТОВА

 Не бывать тебе в живых,
Со снегу не встать.
Двадцать восемь штыковых,
Огнестрельных пять.
Горькую обновушку
Другу шила я.
Любит, любит кровушку
Русская земля.

1921 г.

 

RUSİYADA 4 MİLYON AZƏRBAYCANLINI QURBAN MƏMMƏDLİ ARVADIYLA DOĞUB-TÖRƏDİB?

Qurban Məmmədli abır-həyasını tamam itirib, utanıb-qızarmadan yalan, dezinformasiya yayır. Deyir ki, Rusiyada 4 milyon azərbaycanlı yaşayır. Bu rəqəmi o, hardan görtürüb? Heç yerdə bu rəqəm yoxdur. Başqa rəqəmlər var. 2021-ci ilin siyahıyaalınmasına görə Rusiyada 474 min azərbaycanlı var. Bunlar yəqin ki, vətəndaşlığı olanlardır. Bu qədər də (əslində az olar, köçüb gedənlər də çoxdur) mövsümi yaşayanları nəzərə alsaq, olar 800-900 min. Bu dörd milyonu Qurban Məmmədli niyə uydurur? Ona görə ki, bu qədər adamın səs verə bilmədiyunə görə İlham Əliyevi ittiham eləsin. Rusiyada 40 ildən çox yaşayan bir adam kimi deməliyəm ki, əgər Rusiyada doğudan da 4 milyon adam yaşasaydı, onların 3 milyon 999 mini Əliyevə səs verərdi. Çünki Rusiyada yaşayan azərbaycanlılar ya apolitikdir ya da Əliyev tərəfdarıdır. Qurban yaşda ya ondan bir az cavan olan kişilər bura !-ci Qarabağ  müharibəsindən qaçıb gəliblər. Yəni fərari olublar. Bunlardan nə hünər gözləyəsən? Onların uşaqları isə ya ruslaşıblar ya da ataları kimi əliyev tərəfdarıdırlar. Qurban Məmmədli manipulyalarla sadəlövh adamların başını bişirir, bunu da əsasən ianə yığmaq, özünün Londondakı xeyirlilikdən çox ziyanlı olan fəaliyyətinə haqq qazandırmaq xatirinə edir. Elə bir əxlaq norması, etik qadağa yoxdur ki, bu adam tapdalaya bilməsin. Yalanı danışır və qızarmır. Bu adama cadugər, falçı, manipulyator demək olar, ancaq siyasətçi yox. Çox təəssüf ki, Azərbaycan vətəndaşlarının xeyli hissəsini belə lotular əsl siyasi maarifçilikdən, siyasi-ictimai təşkilatlanma işindən kənar salırlar.  Adamlar bunun hoqqalarına baxıb gözləyirlər ki, ağızlarına alma düşəcək… Təsəlliverici budur ki, bu lotuya  cəmi 2ç-dörd min adam baxır…

Qurban Məmmədli mübarizəsinin əsas səbəblərindən biri kimi xalqının aldadılmağının qabağını almağı göstərir. Çox gözəl, sən istəmrirsən sənin xalqını aldadalar? Mən də istəmirəm ki, sən də mənim xalqımı aldadasan. Yalanla uzağa gedə bilməzsən, ancaq beş-on mini adamı azdırsa, çaşqın sala bilərsən. «Azərbaycan xalqı acından ölür!» — deməklə heç əlli adamı küçəyə çıxara bilməzsən. Çünki Azərbaycan xalqı acından ölmür. Sənin qohum-əqrəban ölmür ki? Başqaları da səninkilərdən aciz deyillər. İşləyənin çörəyi var. Pensiyaçı qardaşın Sərdar Cəlaloğlu acından ölür? Pensiyaçı vecsiz övladları üçün kredit götürməyibsə, dolanar. Azərbaycanda siyasi etirazı demokratiya tələbi yarada bilər. Azərbaycanlılarda isə bu tələb yoxdur. O cümlədən ona görə ki, demokratiyanı Qurban Məmmədli ya Toğrul Sadıqlı kimi ostapbenderlər təmsil edirlər…

 

Mİrzə Əli

05.02. 2024, Samara

ƏLİ KƏRiMLİYƏ: QALIRSAN? YENƏ ZURNA ÇALIRSAN? XALQI ƏLƏ SALIRSAN?

İndi bilmirəm, sovet vaxtı Azərbaycan musiqili komediya teatrının repertuarında bir tamaşa vardı. Əsərin qəhrəmanı orkerstrdə ya trambon ya valtorna çalan Novruzqulu idi. Novruzqulu xoruz buraxırdı, yəni xaric çalırdı, orkestr isə onu qova bilmridi. Novruzqulu hərdən getməyə razılaşır, sonra deyirdi ki, yox. Heç hara gedən deyil. Bir shnə yadıdmdadır. Orkestr üzvləri xorla oxuyurduylar.

Qalırsan?

Orkestrdə çalırsan?

Əli Kərimli istefa

Yadımda deyil bu iş necə qurtardı. Bu gün Əli Kərimlinin Qənimət Zahidin diliylə səsləndirdiyi müraciətini eşidəndə bu tamaşa yadıma düşdü. Əli Kərimli cəbhəçilərə, bütün müxalifətçilərə deyir ki, bu gündən azaddırlar, istəsələr nümayişə çıxarlar, istəsələr mitinq keçirərlər, istəsələr İlham Əliyevin iqamətgahına yürüş edərlər. Yəni rusca desək, «я умываю руки».

Fikir verin: Əli Kərimli demir ki, vəzifədən gedir, demir ki, istefa verir. Deyir ki, mən vəzifədə qalıram, möhürüm, kürsüm, katibim, müavimlərim, Qənimət kimi saray şairim yerində. Siz isə gedin başınızı vurun polisin dəyənəyinə.

Ən azı son ildə bu adamın kostyumunu ütüsü pozulmayıb, yeganə gördüyü iş isə pafoslu nitqlər demək olub. Bunun paаoslu nitqlərinə aldanıb yüzlərlə gənc fəal mübarizəyə qalxıb, şərlənərək tutulub, dağılıb. Bu adamın, yəni Qənimət Zahidin “bəy” adlandırdığı bu cənabın faydalı iş əmsalı sıfır da deyil, mənfidir.

Və bu adam reallıq hissinio qədər itirib ki, harınlayıb, sırtıqlaşıb ki, demir istefa verir, demir bacarmadım, ayrı rəhbər seçin, ayrı yol seçin.

İndi burda nə olmalıdır? Qoqol təsvir edən lal səhnə yaNovruzqulu komediyasıbdakı xor?

Qalırsan?

Yenə zurna çalırsan?

Xalqı ələ salırsan?

Mirzə Əlil

04. 02. 2024, Samara

DOSTUM İLHAMIN 70 İLLİYİNƏ. «ƏDƏ, SƏN DƏRƏDƏN ÇIX, SƏN MÜƏLLİM OĞLUSAN…»

İLHAM-colorized

Bu gün İlham Kamil oğlu Ağayevin 70 yaşı tamam olur. Biz yaşıdıq – mən ondan iki ay yarım böyüyəm, ancaq bir il qabaq məktəbə getmişəm.

Mən kəndimizdəki cavanların tanımadıqları, yaşlıların unutduqları İlhamdan danışmaq istəyirəm.

İlham uşaqlığından işlək, zirək və işində çox səliqəli idi. Dəmir kimi biləkərində fövqəladə güc vardı.  Kamil müəllim uşaqlarını işsiz qoymurdu. Qonşular, qohumlar çağııranda da İlham gedib işləyirdi. Bəlkə indi az adam inanar ya heç kim inamaz, ancaq mən də İlhamla birgə mərhum Gülağanın, Ağası müəllimin, Rasimin, Cəlilin evlərinin tikintisində — kərpic kəsiləndə. Barı hörüləndə, suvaq vurulanda – işləmişəm. İlham hər ağır işin öhdəsindən gəlirdi. Məni ayrıca köməyə çağırmırdılar, mən İlhama qoşulub gedirdim. Ən çox rəhmətlik Rasimin evinin barısında işləmişik. O vaxt mən də siqaret çəkirdim. Günortaya qədər siqaretltlərmizi çəkib qurtarır, nahardan sonra evin özülünə tökülmüş tüləklərimizi yğıb çəkirdik… Rasim də bizim siqaretimizi çəkirdi. Razim çox sarafatcıl adam idi, işləyə-işləyə danışıb bizi güldürürdü. Ancaq rəhmətlik bərk adam idi…

Ərəbqardşbəylidə kim bərk deyil ki?

Hə, bir neçə dəfə İlhamla qonşu Əlyara da kömək eləmişik, deyəsən, növbəti tikili üçün kərpic kəsirdik. Bir dəfə işdən sonra rəhmətlik Əlyar “heyf ki, sənəimi atdım” deyib qarmonunu evdən götürüb oturduğumuz aynabəndə gətirdi. İlham da, mən də qarmon çala bilirdik. Qarmonu alıb baxanda məəttəl qaldım. “Əlyar, bunun yarımdilləri qoxdur ki?!” Əlyar sakitcə dedi: “Hə, yoxudur”.

Əlyar gəncliyində kəndin xınayaxtılarında qarmon çalırmış. Sonralar Rusiyada naməlum şəkildə ölmüş ya öldürülmüş surralı Fərhad isə balaban çalırmış…

Əlyar bir dəfə İlhamı Salyabstroya (Kürkənd?) aparır. Bacısı Əminə təzə ev üçün kərpic kəsdirirmiş. İş yerinə çatan kimi İlham soyunub girir palçıq dərəsinə. Deyir ki, yarım saat işləmişdik ki, bir də gördüm Əminə evdən çıxıb əlində bir stul yüyürür dərəyə sarı və uzaqdan qışqırır: “Ədə, İlham, sən çıx dərədən, sənə olmaz, sən müəllim oğlusan…”.

Əminə qız vaxtı kənd məktəbində xadimə işləmişi, yəni Kamil müəllimin işçisi olmuşdu…

Bunları yazdıqca ağladım…. Allah ölənlərə rəhmət eləsin, qalanlara da rəhm eləsin…

Yaxşılıqları unutmayaq. Adamlara damğa vurmağa yox, onların tanımağa, onlarda olan yaxşını görməyə tələsək…

04. 02. 2024, Samara

ANNA AXMATOVA. YESENİNİN XATİRƏSİNƏ

AKHMATOVA

 Getmək olar sadəcə, həyatı tərk edərək,

Düşüncəsiz, ağrısız,  yanmaq olar sonacan.

Ömrü belə işıqlı ölümlə sona vermək,

Rusiya şairinin qisməti deyil ancaq,

 + 

Quş qanadlı ruhuna yəqin qurğuşun elə,
Açar hüdudlarını göylərin, çatmamış vaxt.

Ya xırıltılı dəhşət qıllı pəncələriylə,
Ürəyi süngər kimi sıxar, çıxınca həyat.

 

1925

ruscadan tərcümə

04. 02. 2024, Samara

Tərcüməçinin qeydi: rus şairlərinin cavan ölməsi – dueld, .intihar və c. — əslində Puşkin və Lermontovun dueldə ölümündən sonra yaranmış sterotipdir. Rus şairlərinin də hər yaşda ölənləri var. Puşkinin müasiri Tyütçev 73 yaşında ölüb, Afanasi Fet daha çox yaşayıb. Axmatova özü 76 yaşında ölüb. Ancaq stereotiplərlə mübarizədən qalib çıxmaq olmaz, bu stereotip çoxdan arxetipə, saysız şeirlərin. nəsr, dram əsərlərinin mövzusuna çevrilib….

Ancaq məsələnin nə yerdə olduğunu bilməyə dəyər. Füzuli deyiri: “Aldanma ki, şair sözü, əlbəttə, yalandır…”

+====================

Анна Ахматова

Памяти ЕСЕНИНА

Так просто можно жизнь покинуть эту,
Бездумно и безбольно догореть.
Но не дано Российскому поэту
Такою светлой смертью умереть.
Читать далее

TURAL SADIQLI HƏR NÜMAYİŞÇİ QADINA ŞƏHİD STAUSU VERƏCƏK

tural sadıqlı nümayiş

«Azad söz» kanalı. Tural Sadıqlı kamera və mikrofon qarşısında

Əziz həmvətənlər! Fevralın yeddisinə lap az qaldı. Arxayınam ki, milyonlarla qadın 7 fevralda nümayişə çıxıb Əliyevin yox, mənim prezident seçilməyimi tələb edəcək. Əziz qadınlar! Mən prezident olan kimi hamınızın maaşını artırıb Amerikadakı kimi edəcəyəm, özü də qadınların maaşı kişilərin maaşından çox olacaq. Əziz qadınlar, burda Əliyev trolları yazırlar ki, qadınları belə sevirsənsə, niyə yeganə dostun itdir. İstəkli xanımlar, mən o trollara cavab verirəm: mənim itim də qadındır. Mənə o iti erkək kimi satmışdılar, sonra dişi çıxdı. Mən qətiyyən təəssüflənmədim. Çünki dişilik mənim nəzərimdə kişilikdən də üstündür.

Əziz qadınlar! Hamınızdan üzr istəyirəm. Mənə ABŞ-dan mənim müşavirim Beydulla Manafov zəng edir.

Beydulla Manafov (telefonla) Cənab həqiqi prezident! Biz burda Sevinc Osmanqızı ilə məsləhətləşdik, bu fikrə gəldik ki, qadınlar nümayışə çoxlu qazan, tava, məcməyi, teşt götürsünlər və perezident aparatının qabağında bir-birinə vursunlar ki, İlham Əliyev xalqın ac olduğunu görsün.

Tural Sadıqlı: Gözəl fikirdir, Beydulla bəy.

Beydulla Manafov: O nümayişdə yəqin çoxlu qoca da iştirak edəcək. Hamısı protez dişini çıxarıb iplə assın boynundan. Qoy bütün dünya görsün ki, Azərbaycan qocalarına diş lazım deyil, çünki yeməyə bir şey yoxdur.

Tural Sadıqlı: Bu lap gözəl fikirdir. Atama da deyərəm, proteziini asar boynundan. 

Əziz qadınlar! Sizi fevraın 7-də nümayişə çıxamağa çağırıram. Hər biriniz selfi çəkib mənə göndərin. Preziudent olan kimi hər bir nümayiş iştirakçısı olan qadına 130 min manat pul və şəhidlik statusu verəcəm…

 

Mirzə ƏLİL

03. 02. 2024, Samara

 

ANNA AXMATOVA. ŞAİR

AKHMATOVA

(“Peşə sirləri” silsiləsindən)

 

Görəsən iş sayan varmı bu işi, —

Qayğısız, zəhmətsiz keçir həyatın.

Hansı nəğmədəsə nəsə eşidib,

Özünə çıxırsan zarafatyana.

 +

Və kiməsə məxsus şən bir skertso

Yer alır hansısa misralarında.

And içirsən parlaq zəmi arası,
Zavallı ürəyin naləsi budur.

 +

Sonrasa meşəyə qulaq verirsən,

Lal-dinməz dayanıb-dursa da şamlar.

Nə qədər ki, duman həndəvərindən,
Tüstü pərdəsiylə asılı qalar.

 +

Sağımda, solumda olanları da,
Götürürəm əsla günah duymadan.

Azca bu məkrli həyatdan, amma,

Gecə sükutundan hər şeyi tamam.

 

1959-cu ilin yayı, Komarovo

Ruscadan tərcümə

03. 02. 2024, Samara

 ++++++++++++++++

Анна АХМАТОВА

ПОЭТ

 

Подумаешь, тоже работа, –
Беспечное это житье:
Подслушать у музыки что-то
И выдать шутя за свое.
Читать далее

MARİNA TSVETAYEVA. EPİTAFİYA

cvetaeva

Yaz otuyla örtülü torpaq altda yatanın,

Bəd fikir, günahını bağışla, Tanrı indi!

Gəlmə idi, azardan üzüldü onun canı,

O, uşaq gülüşünü, mələkləri sevirdi.

+

Ali qüvvəni hərçənd yenməyə çalışardı,

Ağappaq yasəməndə əzmədi ulduzları,
Zərif, incə uşaqdı  bütün günahlarında,

Elə buna görə sən bağışla onu, Tanrı!

1910-cu illər

ruscadan tərcümə

02. 02. 2024, Samara

++++++++++++++

Марина Цветаева

Эпитафий

Тому, кто здесь лежит под травкой вешней,
Прости, Господь, злой помысел и грех!
Он был больной, измученный, нездешний,
Он ангелов любил и детский смех.

Читать далее

QURBAN MƏMMƏDLİ: MÜBARİZƏ YOXSA HÖRÜMÇƏK TORUNDAKI MİLÇƏKLƏRİN SAVAŞI?

qurban_məmmədli məhkəmə

Qoqol bir vaxtlar zəngin mülkədar, evi həmişə qonaq-qaralı olmuş Plyuşkinin paraloji xəsisə çevrildiyini təsvir edərkən yazır:

“Нынешний же пламенный юноша отскочил бы с ужасом, если бы показали ему его же портрет в старости. Забирайте же с собою в путь, выходя из мягких юношеских лет в суровое ожесточающее мужество, забирайте с собою все человеческие движения, не оставляйте их на дороге, не подымете потом”.

“Əgər indiki gəncə onun özünün qocalıq portretini göstərsəydilər, dəhşət içində geriyə sıçrardı. Yumşaq gənclik illərindən çıxıb sərt, amansızlaşan kişiliyə doğru gedəndə özünüzlə yola götürün, özünüzlə bütün insani hərəkətləri götürün, onları yolda qoymayın, sonra qaldıra bilməzsiniz”. (sətri tərcümə mənimdir –X. X.)

Keçən əsrin 90-cı illərində Bakınn “ədalət” məhkəməsindəki qəfəsdə qartala bənzəyən Qurban Məmmədliyə saatlarla Londonda kamera qarşısında oturub çənə döyən, yalandan, böhtandan çəkinməyən, çoxdan peşəkar manipulyatora çevrilmiş indiki Qurbanı göstərsəydilər, dəhşətə gələrdimi?

Qurban Məmmədli öz abunəçilərini “ailə” adlandırır və, əlbəttə, özünü ailə başçısı kimi görür. Ancaq belə ailə başçıları evə gələn kimi saatlarla deyinir, yaxını, uzağı söyüb yamanlayır, könhə inciklikləri eşir, hamını müqəssir, özünü təmiz çıxarır və ailə üzvlərinin yediyini-içdiyini zəhrmatra çevirirlər.

Qurban Məmmədlinin “opponentləri” ilə fasiləsiz qovğası mübarizə zərurətindən doğmur. Qeybət, manipulyasiyalar, hamını özünə borclu sayıb hesab tələb eləmək onun azarıdır. Və gündən günə bu azar şiddətlənir. Neçə ildir, məsələn, Əli Əliyevdən yapışıb əl çəkmir. Bu müddətdə Əli Əliyev həbs olunub, yatıb, çıxıb, bütün ictimai fəaliyyətini dayanırıb. Əli Əiyev ölsə və ailəsi ölüm kağızınının notariusla təsdiq edilmiş surətini Qurban Məmmədliyə göndərsə də, Qurban Məmmədli düşməninin ölüsündən əl çəkməyəcək.

Dördüncü dəfə həbsdə olan, dönə-dönə işgəncələrə məruz qalmış, alçaldılmış Tofiq Yaqublu ilə davası Qurban Məmmədlinin maniakal dərəcədə kinli və qərəzli olduğunu göstərir. Xatırlatmağa dəyər ki, qardaşının və qardaşı oğlunun Qarabağ müharibələrində iştirakı və şəhidliyi ilə öyünən, ancaq cəbhədən yayınan  Qurban Məmmədlidən fərqli olaraq Tofiq Yaqublu müjaribədə şəxsən iştirak etmişdir. 

Qurban Məmmədli niyə belədir və başqa cür deyil? Yəqin ki, səbəb çoxdur. Məsələ burasındadır ki, burda onun naxçıvanlılığını nəzərə almaq lazımdır. Naxçıvan eksklavdlr. Azərbaycanın əsas ərazisindən təcrid olunmağı bir yana, Naxçıvanın özündə, Qurban Məmmədlinin uşaqlıq və ilk gənclik illərində azərbaycanlılar qədər ermənilər olub, bu da Naxçıvan azərbaycanlılarında yerliçiliyi, tayfaçılığı pataloji dərəcəyə qədər inkişaf etditrib, həm də başqalarına yad, düşmən kimi baxmaq vərdişi yaradıb. Qurban Məmmədli fasiləsiz ifşa edir. Tənqid yox, məhz ifşa. Məsələn, siyasətçi kimi müsavatçların ya cəbhəçilərin səhvlərini təhlil eləmir, bunun əvəzinə rəhbərləri ifşa edir – Əli Kərimlinin əli hökumətin cibindədir, İsa Qəmbər KQB agentidir v s. Tayfaçılığı, yerliçiliyi guya qınasa da, bütün vücuduyla tayfaçı, yerliçi və qohumbazdır. Dolaşıqlıqda cəbhəçilərdən, müsavatçılardan geri qalmayan, cilddən-cildə girən  qardaşı Sərdar Cəlaloğlunu  vaxtaşırı böyük alim, quru kimi təqim edən o deyilmi?

Onu da demək lazımdır ki, azərbaycanlıların qalan hissəsisində qismən zəifləyən yerliçiliyin yerini sektantlıq tutub. Bu, təkcə dini sektantlıq deyil hə hətta az dərəcədə dini sektantlıqdır. Sektalar daha çox ümumi mənafelər, ümumi maddi, siyasi maraqlar əsasında yaranır. 

Qurban Məmmədlinin ən böyük bəlalarından biri savadsızlığıdır. Bu adam hüquq fakültəsini qurtarıb, yəni ali humanitar təhsil alıb, ancaq nə tarixi, fəlsəfəni bilir, bədii  zövqü isə mağara adamının  səiyyəsindədir. Hüquqi bilikləri yarımçıq, sistemsizdir, çünki təhsil illərində “fəalliyyət göstərib”, kərpizc qalınlığında hüquq dərsliklərini oxumağa vaxtı və həvəsi olmayıb.

Və hüquqdan danışan kimi özünün kəmsavadlığını büruzə verir. Dünən iddia elədi ki, “ictimai münasibətləri qanun yaratmır”, “ictima imünasibətlər əsasında qanun yaranır”.

Bunu deyən adamın savadı barəsində nə nəticəyə gəlmək olar?

Yeni Türkiuyəni Atatürkün əzmi ilə qəbul edilmiş qanunlar yaradıb. Fransanı Napoleon dövründə yaradıımış qanunlar məcəlləsi dəyişib.

Rus dilində “законотворец» sözü var, yəni qanunyaradan (ingiliscə “legislator).

Yeddi yunan müdrikindən biri Solondur ki, tarixə yeni qanunlar yaradan kimi daxil olub.

Dinin dövlətdən ayrılması necə baş verir? Qurbanın dediyini qəbul etsək, din könüllü dövlətdən ayrılır, sonra qanun qəbul edilir. Gülməli deyilmi? Könüllü din ayrılar?

Rusiyada təhkimçilik hüququndan mülkədarlar könüllü imtina etməyivlər. Bu, 2-ci Aleksandrın manifesti nəticəsində baş verib. Eləcə də Amerikada quldarlığın ləğvi…

Bu dialektikanı qəzəlxan Əliağa Vahid gözəl başa düşüb və yazıb:

Yaşasın qırmızı bayraqlı sovet qanunumuz,
Açdı hər yerdə bizə musiqi məktəblərini…

Yəni əvvvəl qanun, sonra məktəblər. Allah da öz-özünə ləğv olunmamışdı, onu bolşeviklərin qanunu ləğv eləmişdi…

Qurtban Məmmədlinin hüquqşünaslığının üstündən xətt çəkək. O özünü siyasətçi də adlandırır. Ancaq ciddi siyasətçi saatlarla, aylar ərzində öz abunəçilərindən başqa heç kimin tanımadığı blogerlərlə müharibə apararmı? Məsələn, Navalnı. Navalnı haçan blogerlərlə vuruşub?

Bu adam söyüşçü blogerləri qınayır. Ancaq məmurların arvadlarının alt palratlarından danışan, onları ucdantutma fahişə adlandıran Qurban Məmmədli özü deyilmi?

Təəssüf ki, Qurban Məmmədlinin bəlası təkcə naxçınanlılıq və kəmsavadlılıq deyil. Şəxsi intriqabazlığı, intiqamçılığı da bir yana. Bu fəsad, bu bəla bütün azərbaycançılığa xasdır. Biz, niyə etiraf etməyək, primitiv tayfaylq, təsadüfən millət, Avropa ölkəsi statusu almışıq. Bizim içimizdən uzağı Qurban Məmmədli, Ərəstun Oruclu kimi dil pəhləvanı olan dolaşıq siyasətçilər, Sevinc Osmanqızı kimi videobloqunu ayaqda saxlamaq üçün yüz ilin kommunist funksioneri Beydulla Manafovla, psixi sağlamlığı şübhə doğuran məhəmmədmirzəlilərlə, ya da Bəxtiyar Vahabzadənin debil oğlu ilə aylarla mırt vuran  Sevinc Osmanqızı kimi jurnalistlər çıxırlar...(bu deyilənlər ilk növbədə yaşlı nəslə və Azərbaycandan kənarda yaşayan azərbaycanlılara aiddir. Azərbaycaın özündə məğrur, döyülsələr də, sarsıdıla bilməmiş gənclər yetişməkdədir).

 

  1. 02. 2024, Samara