Архив | 02.03.2024

ANNA AXMATOVA. «MƏNİM RƏQİBLƏRİM YOXDU DEMİŞDİ…»

анн ахматова

Mənim rəqiblərim yoxdu demişdi,

Adi onun üçün qadın deyiləm.

Təsəlli nuruyam qış günəşinin,

Doğma yurdun vəhşi nəğməsiyəm həm.

O, dərd çəkməyəcək ölsəm əgər mən,

Qışqırmaz, ağlını itirib: “Diril!”

Fəqət birdən anlar günəşsiz bədən,

Nəğməsizsə könül yaşaya bilmir…

        …Bəs indi necə?

1921

ruscadan tərcümə

02. 03. 2024, Samara

+++++++++++++++

Анна АХМАТОВА

Сказал, что у меня соперниц нет.
Я для него не женщина земная,
А солнца зимнего утешный свет
И песня дикая родного края.
Когда умру, не станет он грустить,
Не крикнет, обезумевши: «Воскресни!» —
Но вдруг поймет, что невозможно жить
Без солнца телу и душе без песни.
…А что теперь?

1921

CƏLAL MÜƏLLİMİN OĞLUSAN? GÖZÜMÜZ AYDIN! MƏN DƏ HƏSƏN AĞANIN QOHUMUYAM!

səfər

Qurban Məmmədli necə də Şeyx Nəsrullahı xatırladır!

Qurban Məmmədlinin babasının erməni olduğu iddia edilsə də, mən onda Şeyx Nəsrullahla çox oxşarlıq görürəm. Şeyx Nəsrullah ölü dirildəcəyini vəd edəndə birdən qışqırığa keçir və kitabı, yəni Quranı silkələyib deyirdi: “Kim inanmırsa, gəlsin, bu kitabla verim cavabını!”

Qurban Məmmədlinin də dəmir arqumentləri ordan-burdan yöndəmsiz tərcümələrdə oxuduğu Qurandır, Hacı Şahindir, təzəliklə tapdığı və saatlarla bədbəxt tamaşaçılarına dinlətdirdiyi əldəqayırma ilahiyyatçılar, başqa sözlə desək, demaqoqlar və lotulardır.

Şeyx Nəsrullah, məlum olduğu kimi, Naxçıvanda hər gecə bir qızı siğə eləyirdi. İndi Naxçıvanda törəmələri  olmalıdır. Özü də çox olmalıdır…

“Mən Cəlal müəllimin oğluyam!”

Göümüz aydın! Mən də Həsənağanın qohumuyam. Həsənağa dost-doğma xalam oğludur. İndi neyləyək?

Cəlal müəllimin oğlu olmaq əsil-nəcabət yaradır? Sovet müəllimində nə nəcabət?

Mərhum Cəlal müəllimin yaşını bilmirəm. Təxmin etmək olar ki, Stalinin, Xruşşovun, Brejnevin, Bağırovun, Vəli Axundovun vaxtında müəllim olub. Uşaqlara deyib ki, Lenin sizin babanız, Stalin atanız, Bağırov… Bağırov da atanızdır… Yəni hamısı ananızı zad eləyib… Dərs dediyi siniflərdə Leninin, Stalinin, Bağırovun şəkilləri asılıb. Stalin “pərəstişi” ifşa olunan kimi Cəlal müəlim boğazını arıtlayıb, bəlkə yumurta da içib düşüb Stalinin üstünə. Şəklini aparıb qoyub toyuq hininə. Başlayıb Xruşşovun tərifinə…

Cəlal müəllim yəqin seçkilərdə də komissiya üzvü olub və əlli-altmış adamın yerinə səs verib. Çünki kəndlərdə seçkilərə gedən olmurdu. Seçki komissiyaları məktəblərdə təşkil olunduğundan müəllimlər gəlməyənlərin yerinə səs verirdilər. İndi yalançı alternativ olsa da, sovet vaxtı seçkilər alternativsiz idi. Özü də hər namizəd 99, 99 faiz səs alırdı. Bu faizi o cümlədən Cəlal müəllim kimi müəllimlər təmin edirdilər.

Yəni Qurbanın atası ilə bir müəllim kimi fəxr eləməyə elə bir əsası yoxdur. Sevgi – ayrı şeydir. Qurbanın atası kolxoz suçusu da olsaydı, oğlu onu sevməliydi. Bu, qanın hökmüdür.

Bir şey də var. Qurban Məmmədli internat uşağıdır. Yəni yeddi yaşından Qurbanı atası verib internata. Düz on il Qurban internatda yaşayıb.  İntrernat həyatı, xüsusən Azərbaycan, xüsusən Naxçıan internatıındakı həyat ağır həyatdır. Qurban Məmmədlinin xarakterindəki bir çox cəhətlərin, xüsusən mənfi cəhətlərin onun internatda formalaşması ilə bağlı olduğunu güman edirəm. Daim öz ətrafında təsir, təzyiq qrupu yaratmaq, onu başqa qruplara qarşı mübarizəyə yönəltmək və daimi döyüş hazırlığı vəziyyətində saxlamaq, mövqe qazanmaq, qazanılmış mövqeyi qorumaq üçün heç bir vasitədən çəkinməmək, əsası olmayan ittihamlar yağdırıb rəqibin iradəsini sarsıtmaq…

İnternat uşağı…

Cəlal müəllim niyə yeddi yaşlı uşağını internata verirdi? Yəqin on ya on iki uşağı olduğundan. Niyə Cəlal müəllimin on ya on iki uşağı olmalıydı? 100-120 sovet rublu alan adam nə filkirləşirmiş? Uzağı iki ya üç göz evi olan ailə necə yatıb-dururmuş? Bu halda valideynlərin məhrəm həyatı uşaqların gözü qabağında keçmirmi? Qurban Məmmədlinin psixoloji zədələri bununla bağlı deyilmi? Bəhanə axtarır ki, hansı bir qadınısa fahişə adlandırsın… Hicab-micab… Qardaşı Sərdar bundan betər…

Yalançılıq, manipulyasiyalar, üskük oynatmaq…  Bunlar xeyli dərəcədə internat həyatı ilə bağlı deyilmi?

Burda Ordubad internatının məzunu vardı, bandit idi, öldürdülər…

Nə islam dəyəri? Müsəlman azərbaycanlının həyatı fəlakət olub…

Qurban Məmmədli dahi yerlisi Mirzə Cəlil kimi bizim ayıblarımızdan danşmalıdır ki, onlardan səy və zəhmərtlə xilas olaq, təmizlənək.

Bolşeviklərə qədər geniş yayılmış siğə mənəvi dəyərdir?

Qardaş ölən qardaşının arvadını alırdı — bu, dəyərdir?

Xudayar bəylər, zoğal dəyənəkləri, haqsızlıq, hüquqsuzluq — bunlar nədir?

Və əgər doğrudan da islam dəyərləri mif deyilsə, həqiqətən mövcuddursa, niyə sayı milyard yarım olan müsəlmanlar abırlı bir dövlərt qura bilmirlər? Müsəlmanın qurduğu dövlət zülm ocağı olur.

İslam dəyərləri hardadır? Niyə sən islam ölkəsidə yox, Britaniyada yaşayırsan? Sən Cəfər Cabbarlının pyesindəki personajı xatırladırsan: “Şəriət avam adamlar üçündür. Sənə-mənə nə şəriət…”

“Mən Cəlal müəlimin oğluyam…”

Cənab Qurban, bu bəyanat özünüifşadır. Sovet müəlliminin nəfəsi yalanla gedib-gəlib. Bəziləri qlobal sovet yalanını həvəslə yayıblar, icra ediblər, bəziləri, azlıq, vicdan əzabı çəkib…

Arxayınsınızmı ki, Cəlal müəllim sovet yalanını könüllü yayıb-çoxaltmayıb?

Mirzə ƏLİL

02. 03. 2024, Samara