Архив | 21.03.2024

QURAN QƏRİBƏLİKLƏRİ. BƏLKƏ BURAQ İLK MÜSƏLMAN PEYKİ OLUB?

mechet-aksa_0

Birinci onlayn İslam akademiyasının saytında Merac haqqında oxuyuruq:

 «Əl İsra val Merac hadisələri belə baş verirdi: Nəbi Kəbənin şimal divarl ilə yarımdairə  əl Xatim divarı arasında Əl Hicr adlanan yerdə dincəlrdi. Onun yanına mələk endi, sinəsini ağrısız və qansız yarıb ürəyini çıxararaq inamla dolu qızıl ləyəndə yudu, sonra yenidən (inamla) doldurdu, sonra əvvəlki yerinə qoydu”.

Bundan sonra onun yanına “Buraq” adlı, ölçüdə atdan kiçik, eşşəkdən böyük  ağ uzun heyvan gətirdilər. Mələk Cəbrayıl əmr etdi ki, Buraq yəhərlənsin və onlar 1200 km məsafədə olan Əl Aksa məəscidinə yollandılar.

 Buraq raket kimi sürətli olsa da, söhbət uzundur. Qısa onu demək olur ki, Məhəmməd əl Aksa məscidnidə bütün peyğəmbərlərlə — yəqin ki, 124 minini hamısı ilə — namaz qılır (yəhudu peyğəmbərlərinin müsəlman namazı qıldığını təsəvvür etmək asan deyl…), sonra ona Cəbrayıl süd və çaxır təklif edir, Məhəmməd, əlbəttə, südü seçir…Yəqin quş südü olub…

Sonra Məhəmməd mələklə göyə çəkilir, orda səma qapıları açılır, ikinci qata girirlər. İkinci qatda Məryəmin oğlu İsa Məhəmmdəi salamlayır. Yeddinci qatda  Məhəmməd Musa ilə qarşılaşır.

Sonra Məhəmməd Allahla görüşür, Allah ona buyurur ki, sutkada əlli namaz qılsın, Məhəmməd gedib bunu Musaya danışır, Musa Məhəmmədə deyir ki, get Allahdan xahiş elə, namazların sayını azaltsın, Məhəmməd beləcə bir neçə dəfə Allahın yanına girib-çıxır, xahiş edir, Allah sayı azalda-azalda beşdə dayanır, deyir bundan az eləyə bilmərəm…

Məhəmməd merac vaxtı cənnəti, cəhənnəmi, ərşi görür… Cəhənnəmdə, məsələn, görür ki, adamlar çürüyüb qoxumuş ət yeyirlər… (Niyə onlara zəhərli göbələk vermirlər? Ucuz, həm də effektli…)

Cəbrayıl ekstra səviyyəli gid kimi ona bələdçilik edir və lazımi izahatları verir…

Yəqin ki, müxtəllif mənbələrdə və müxtəlif məzhəblərə məxsus ədəbiyyatda meracın təsvirləri fərqlənir. Ancaq fərqlər mühüm ola bilməz, mühüm olan Məhəmmədin Cəbrayılın bələdçiliyi ilə göylərə qalxıb Allahla görüşməyidir.

Musa Allahla danışıb ondan tapşırıqlar, əmrlər, tövsiyələr alsa da, Allahı görmürdü. Yaqub bir gecə səhərəcən Tanrı ilə küştü tutur, mübarizə o qədər ağır gedir ki, səhər görürlər Yaqub axsayır…

Bu, çox maraqlı əhvalatdır. Bir problem var: bunun heç bir sübutu yoxdur. Merac əhvalatı, bunu folklorçular təsdiq edərlər, nağıl, əfsanə janrlarının kanonlarına tamamilə uyğundur. Buraq kimi fövqəlsürətli heyvanlara müxtəlif xalqların nağllarında azmı rast gəlmişik? Bu heyvana qeyri-adilik verməyin müxtəlif üsulları var. Bir Azərbaycan nağılında fövqəlsürətli at üçayaqlı idi… Merac rəvayətini yaradanların fantaziyası çatmayıb ki, ona özəlliklər versin. Atdan kiçik, eşşəkdən böyük – yerdən düz Allahın hüzuruna çapan heyvan bundan zəngin təsvirə layiq idi…

Əgər İran mollaları ya elə Azərbaycandakı qədəş həcilər desələr ki, Burak at deyilmiş, ilk müsəlman peykiymiş ki, peyğəmbəri düz Allahın hüzuruna qaldırırmış, təəccüblənməyin…

Bu əhvalata necə inanmaq olar?

İnanmaq olarmı ki, cəhənnəmdə günühkarlara çürümüş ət verəcəklər? Milyardlarla insana? Nə əti? Milyon, milyard il? Siz inanırsınızmı ki, indi Azərbaycan xalqını birbaşa ya dolayısı ilə qarət edib dənizin hasarlanmış sahilində qəsrlər tikərək kef çəkənlər cəhənnəmə düşüb üfunətli ət yeyəcəklər?

“İman – sübutsuz inamdır” – deməklə əslində sadəlövh insanları hər cür cəfəngiyata inandırmağa cəhd etmək, hətta uğurla cəhd etmək olar.

 «Filip ona dedi: “İlahi! Bizə Atanı göstər, bu bizə bəsdir.

İsa dedi: Neçə vaxtdır ki, mən sizinləyəm, Filipp, sənsə məni tanımırsan? Məni görən Atanı gprüb; sən necə deyirsən ki, bizə Atanı göstər?

Məgər sən inanmırsan ki, Mən Atadayam  və Ata məndədir? Sizə dediyim sözləri özümdən demirəm. Məndə yer alan Ata işləri görəndir” (Yəhya İncili, 14-cü fəsil).

Və hər bir xristian İsanın Tanrı, həm də Tanrının oğlu olduğuna sübutsuz inanmalıdır və inanır..

Quranda İsanın Allahın oğlu olması qətiyyətlə və hətta hiddətlə rədd olunur. Quran deyir ki, İsa Allahın qulu idi, Allaha oğul ya qız törətmək yaraşmaz.

Niyə yaraşmaz? Atdan kiçik, eşşəkdən böyük heyvanın belində Allahın hüzuruna qalxmaq, orda namazların sayını mənölüm-sənnöllə azaltmaq olarsa, İsa niyə Allahın oğlu ola bilməz? Əgər Məryəmin İsanı ərsiz, yəni ruhdan doğduğunu İslam qəbul edirsə, Allah İsanın atası sayılmalıdır…

X.X.

21. 03. 2024, Samara