Архив | 02.06.2024

  ROBERT BERNS.  GÖZƏL ELİZA     

  Robert Burns

           1.

Gözəlim Eliza, dönüb gəl yenə,

Ayrılıqdan öncə üzümə xoş bax!

Zavallı aşıqəm, rəhm elə mənə,

Yoxsa niyyətindir qəlbimi qırmaq?
Gəl, gözəl Eliza, dönüb yenidən!

Sevgiyə qarşısa ürəyin əgər,
Rəhm elə, amansız hökmü gizlə sən,
Özünü mehriban dost kim göstər.

                 2.

Səni incitmişəm, gözəlim, məgər?

Cinayətim sənə sevgidir ancaq.

Kim ki, səndən ötrü ölümə gedər,
Niyə salmalısan əbədi uzaq?

Hələ ki, ürəyim vurur sinəmdə,

Sən varsan canımın hər ağrısında.

Sevgilim, gözəlim, qayıt yenə də,

Şirin təbəssümün mənim bəsimdir.

                3.

Günün günəşli və isti çağında,

Çiçəkdən şəkəri soran arı da

Nə yay axşamının ay işığında

Oynayan-əylənən körpə pəri də,

Şair də, ilhamı kükrəyən zaman –

Az sevinc duyurlar, arxayınam mən,

Hər dəfə səninlə görüşdüyüm an,
Mənim duyduğumun yüzdə birindən.

ingiliscədən tərcümə

31.05-01.06. 2024, Samara

+=====================

ROBERT BURNS

Fair Eliza

 1.
Turn again, thou fair Eliza!
Ae kind blink before we part!
Rew on thy despairing lover —
Canst thou break his faithfu’ heart?
Turn again, thou fair Eliza!
If to love thy heart denies,
For pity hide the cruel sentence
Under friendship’s kind disguise!
Читать далее

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VII

Məmməd Araz şeirləri

“BELƏ DÜNYANIN”

Diqqət! Bu şeir Mikayıl Müşfiqin xatirəsinə həsr olunub.

“Söz verdim, söz adlı dəfinə verə,

Tək bircə ölümsüz qərinə verə.

 Umdum nə verdi ki, küsdüm nə verə?

Mən belə dünyanın nəyindən küsüm?»

Müraciət kimədir? Allaha? Müşfiqin xatirəsinə? “Ölümsüz bir qərinə”, yəni 33 il (niyə 33 il?) almaq istəyən söz verməz, məsələn, and verər.Bəndin son misrasından məlum olur ki, sözü dünyaya veribmiş. Müsəlmanlar! Siz bir şey umanda hara, niyə üz tutursunuz? Dünyadan istəyirsiniz? Dünya nədir?

Sonra ara qarışır, məzhəb itir.

“İtirib özündə özünü dünya,

Toyların, yasların özülü dünya…

Əlim ətəyindən üzülü dünya…

Mən belə dünyanın nəyindən küsüm?

Bu misralarda bir damcı da məna və məzmun yoxdur.

Necə yəni “dünya özünü itirib?” Bütün dünya? Hansısa hissəsi? “Toyun”, “yasın” özülü olur?  “Səbəb” nəzərdə tutulursa, de ki, səbəbi olur? Qafiyə olmur? Qafiyə xatirinə cəfəngiyat döşəmək və bunu Müşfiqin adıyla baölamaq ayıb deyil?

Məmməd Arazın əli dünyanın ətəyindən niyə üzülüb? Şeir 89-da yazılıb, şair kurortlar gəzir, özünə kürəkən, kürəkəninə karyera hazırlayır…

“Ömrünə vay salar, vaydan utanmaz»

Dünya utanmaz?

“Saç yolub-hay salar, haydan utanmaz»

Dünya saç yolub hay salır?

“Günəşdən utanmaz, aydan utanmaz»

Bəs bu nədir? Dünya günəşdən, aydan niyə utanmalıdır? Günəş, ay elə dünya deyil?

Heyf səndən Müşfiq!

Sonrasına baxın:

“Ayağı altına yastıq qoyanlar,

 Başının altına qumbara qoydu!

Nadanlar dünyanı qumara qoydu!

Ayağın altında yastıq – bunu necə başa düşək? Onlar qumbaranı kimi başının altına qoydular?

“Olsan öz haqqının köləsi belə,

 Əri öz içində, öləzi belə..”.

Bu şair, ədib mətni deyil, pul mənimsəmək üçün tərtib olunmuş aferist  sənədidir, səni sözlə, qafiyə ilə elə basdırır ki, çaşıb qalırsan…

Aha! Sevgi şeiri! Məmməd Araz sevgi şeiri yazırmış. Maraqlıdır, Aqil Abbasın qayınanasına yazıb, yoxsa ayrı arvada? 1989-cu ildə yazılıbsa, ayrı arvad olub. Azərbaycan şairinin kurortda, sanatoriyada arvadbazlıq eləməyi qanun idi… Təkcə kurortda yox. Nüsrət Kəsəmənliyə Ədəbiyyat institutunun yataqxanasında rus qızının necə yağlı şillə vurduğundan əvvəllər yazmışam…(https://xeyrulla.com/2018/12/10/nusr%C9%99t-k%C9%99s%C9%99m%C9%99ninin-gulm%C9%99li-seirl%C9%99ri-s%C9%99n-dem%C9%99-t%C9%99z%C9%99d%C9%99n-sevm%C9%99k-olarmis/)

Qayıaq sevgi şeirinə.

QAÇMA MƏNDƏN

“Məndən qaçma, quzu ceyran,

Məndən qaçmağa nə var ki?

Dərdimi qan, dərdimə yan…

“Dərdimi qan” – şair dili deyil, qəssab dilidir. Ancaq kurort eşqbazlığına yarayar…

“Ovçusuyam tələm yoxdur….”

Nəyin, kimin “ovçusuyam?

Əslində “Ovçuyam, tələm yoxdur”, olmalıdır,  ancaq gəraylı ölçüsünə heca çatmadığından yazır “ovçusuyam”, çünki oxucularını lox və debil sayır. Və elə də böyük səhv eləmir…

“Sözümə tən qələm yoxdur…»

Yenə Qoqolu yadımıza saldı. Klassik deyirdi: Mən bunu ai qələmlə yaza bilmərəm, mənə qızıl qələm verin…

“Nur zülmətsiz haçan oldu?”

Haçan oldu? Heç vaxt! Düzünü bilirsənsə, sən de. “Quzu ceyran”ı bu fəlsəfi-astronomik problemlər maraqlandırır?

Sonrasına baxın:

“Zülmətdən nur içən oldu!

Ürəyimdən qaçan oldu…

Sən-mən belə cəfəngiyat yazsaq, arvadlar, salyanlılar demişkən, başımıza ala verərlər. Bunun dalıyca göz yaşı da, ağız suyu da axıdırlar…

Ürəyimdən qaçan oldu…

Gör quzu ceyrana sonra nə deyir:

“Bağına tufan deyiləm,

Qaçsan da qovan deyiləm

Niyə qovmursan? Rus lətifəsinin qəhrəmanı deyirdi ki, tutmasam da, heç olmasa, qızınaram…

Sevgi şeiri bitdi…

Məmməd Araz Müşfiqin yaxasından əl çəkən kimi düşüb Mirzə Cəlilin üstünə.

“DÜNYA DÜZƏLMİR”. Epiqraf: “Böyük Mirzə Cəlilə”.

“Ömür də tükənir, söz də tükənir,

 Başımın altından yastıq da qaçır.

Qabağa qaçaraq deməliyəm ki, “Molla Nəsrəddin” jurnalı belə şeirlər alanda müəllifə məsləhət görürdü ki, özünü ya doxdura göstərsin ya da falçıya.

“Çölümdən yaz qaçır, yazlıq da qaçır,

 Dünya düzəlmir ki, düzəlmir, baba!

Yaz – bilirik. Yazlıq nədir? Yəqin Məmməd Araz kürəkəni Aqil Abbasla kiçil müəssisə açıbmış, yeno sözlər istehsal edirlərmiş…

“Baba” – bunu Mirzə Cəlilə deyir? Bu nə tərk-ədəblikdir? Mİrzə Cəlil naxçıvanlıdır, danabaş deyil!

Oxucu diqqətini cəmləşdirib ki, bu şeirdə Mirzə Cəlili görsün. Özünü də görməsə, arvadı Həmidə xanımı görsün. Ya da evlərindəki qulluqçunu – Həmidə xanım qulluqçusuz keçinməzdi… Ancaq görmürük. Məmməd Araz öz repertuarındadır: buludları əkir, selləri üyüdür…

“Kiminsə dünəni qəbirsiz qalıb,

Kotançı babası dəmirsiz qalıb,

Körükçü atası kömürsüz qalıb,

Xəmrəsi, urvası xəmirsiz qalıb

Dünya düzəlmir ki, düzəlmir, baba!

Hardan düzələr? “körükçü kömürsüz” qalıbsa.

“Xəmrəsi, urvası xəmirsiz qalıb…

Bunu başa düşmədim…

Cənab Məmməd Araz!  (sağlığına deyirəm). Mirzə Cəlil başda oturanlarla çaşqa-lojkalıq eləmirdi, onlardan ad, pul, orden, fəxri xiyabanda yer almırdı. Cəlil Məmmədquluzadə jurnalist və sənətkar idi, aferist qafiyəbaz yox – sənin Mirzə Cəlillə nə işin?

“Baxsam «döz» deyənə, «döz» deyilənə

Ağzımdan qapılar öz halal tikəm,

Birinci misranı başa düşmədim. İkinci misradan onu başa düşdüm ki, tikəsini halal sayırmış. Dövlətin, yəni xalqın  hesabına ildə cəfəngiyat dolu iki-üç kitab nəşr etdirib ətək-ətək pul alan, kurortlar gəzən adam tikəsini halal sayır!

Aqil Abbasın da tikəsi haladır, bəs necə! Ancaq xalqın tikəsini zəhrmara döndərmisiniz…

X.X.

01. 06. 2024, Samara

Əvvəli burda:

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VI