Архив | 23.06.2024

ROBERT BERNS. DAĞLI ŞOTLAND DUL QADINININ AĞISI

Robert Burns

Oh!Gəldim bir zaman düzənə dağdan,

Ah-vay, oh-vay, ah, balam!

Kisəmdə yox idi bircə penni də,

Özümə yemək alam.

 +

Şotland şimalında  o vaxt yaşardım,

Oh, qəlb incik və kövrək!

İnan, bir qadın da bütün diyarda,

Gözəl deyildi mən tək.

 +

Vardı o vaxt on baş qaramalım da,

Aman, qəza və qədər!

Orda təpəlikdə otlayırdılar,

Mənə süd verirdilər.

 +

Otuz ana qoyun həm də varımdı,

Oh, yada saldım yenə!

Qəşəng təpələrə dırmanırdılar,

Yun verirdilər mənə.

 +

Mənim tək bəxtvər nəsildə yoxdu,

Yanıb deyirəm indi.

Çünki Donal cəsur bir oğuluydu,

Donald isə mənimdi.

 +

Və gəldi, nəhayət, Çarli Stüart,

Bizi azad etməyə.

Mənim Donaldımı səslədi Şotland,

Bu qovğada köməyə.

 +

Qəmli taleyindən deyim onların, —

Nahaqqa basıldı haqq.

Yenildi həm ölkə, həm də Donaldım,

Necə bunu unudaq?

 +

Oh, endim bir zaman dağdan düzə mən,

Aman, aman, ah, ay dad!

Dünyada bir belə müsibət görən

Varmı mənim tək arvad?

 

ingiliscədən tərcümə

22-23.06. 2024, Samara

QEYDLƏR

1. Çarli Stüart – (1720 – 1788) Jeyms   Fransis Edvard Stüartın böyük oğlu.7-ci və 2-ci Jeymsin nəvəsi olmaqla Britaniya, Şotlandiya və İrlandiya taxt-tacına iddia edirdi. 

2. Şeirdə Kulloden döyüşü xatırlanlr (18 aprel 1746)

+++++++++++++++++

ROBERT BURNS

The Highland Widow’s Lament

OH! I am come to the low countrie,

  Och-on, och-on, och-rie!

Without a penny in my purse,

  To buy a meal to me. Читать далее