
Əliağa Vahidi, məncə, zülfsevər şair adlandırmaq olar.
“Zülfün dağılmaq adətidir, şanə neyləsin?”
Şanə — yəni daraq. Yəni: xanımın saçları dağılıb (makaron fabrikində partlayış), Vahid deyir ki, buna daraq neyləsin.
Vahid fikrini düz ifadə edə bilibmi? Yox! Şanənin, yəni darağın funksiyası saçı nizama salmaqdır. Ona görə də saçın dağılmağına səbəb ola bilməz. Şairin sualı ritorik səslənsə də, yersizdir.
Maraqlıdır ki, toyxanalrda “şanə” sözünü “daraq” kimi başa düşənlər olmurdu və indi də yox kinidir, çox adam “şanə” sözünü müğənninin dilindın eşidəndə az qalır qəşş eləsin, elə bilir ki, söhbət qurbanı olduğu imamların müsibətindən gedir…
Yox, şanə — daraqdır…
Şanapipik – yəni pipiyi darağa bənzəyən…
Şeyx Əhməd buna görə Şeyx Nəsrullaha pıçıldayırdı: “Ərəbcə de, ərəbcə…”
“Yarın vəfası olmasa, biganə neyləsin?”
Maraqlıdır ki, Vahid “biganıə” sözünü “əğyar” sözü ilə misranın, əruzun tələbindən asılı olaraq paralel işlədir. Ancaq bu sözlər mənaca eynidirmi?
Əğyar kimdir? Hüseyn Cavid demişkən, “cümlə cinatətlərə bais”, Məsələn, Məşədi İbadın qanuni nişanlısı ilə gündüz-günorta çağı eyş edən. Azərbaycan ədəbiyyatında elə bir aşiq yoxdur ki, əğyar onun cananını yoldan çıxarmasın. Əğyar təkcə Azərbaycan ədəbiyyatının yox, bütün millətin bir nömrəli problemidir. Biganə isə, lüğətə görə, “yad, yabançı, özgə, tanış olmayan” adamdır.
Bununla işimiz yoxdur.
“Pərvanə eşqi var, dolanır şəm başına,
Şəm isə yandırır onu, pərvanə neyləsin!”
Burda da Vahid sadə bir mülahizəni, fikri dolaşıq və səhv ifadə edib. Pərvanə özünü oda salıbsa, sual belə olmalıdır: Buna şam neyləsin?” Ancaq qafiyə xatirinə Vahid “pərvanə” yazır, çünki xalqı avam və küt sayıb.
Vahid zülfsevər şairdir. Qəzəldə hökmən zülf olmalıdır.
“Zülfündə nalə eyləsə, incitmə könlümü”.
Könlün zülfdə nalə eləməyi necə olur? Başa düşən var? Bəlkə “zülfündən ötrü” olmalıdır?
Sonra Vahid toyxanadakı kişilərə müraciət edir:
“Məşuqən özgələrlə gəzir, umma xəlqdən…”
Vahidin gözəllərinin bir eybi varsa, özgələrlə gəzməkdir.
“Bir ev ki, getdi qarətə, həmxanə neyləsin?”
Həmxanə — yəni qonşu. Yəni sevgilin özgəsiylə gəzir, buna qonşu neyləsin.
A kişi, necə neyləsin? Uşaq qonşuya oxşayırsa, onda necə?
“Gül qönçəlikdən adət edib bivəfalığa”
Yəni məktəbli vaxtından gəzəyən olub.
“Meyxananənin şərafətini anla badə iç,
Sərxoşluq eylədin, buna meyxanə neyləsin?”
Əxlaq pozğunluğu məsələsini tam həll etməmiş Vahid keçir alkoqolizm probleminə. Deyir ki, sən içib özünü heyvan kimi aparırsansa, buna kafe ya restoran neyləsin, sən gərək normanı biləsən.
Ancaq son beyt indicə dediyini yalana çıxarır. Məlum olur ki, sən əgər çox içib açarını itirmisənsə, sən özün günahkar deyilsən, günahkar sınin stəkan yoldaşındır…
“Vahid deyirsə xəlq həkimanə badə iç,
Həmdəm fəsad olanda həkimanə neyləsin?”…
Vahid nədən başlamışdı? Zülfün dağılmağından və daraqdan.
Hara gəldi çıxıdı?
Kimdir günahkar? Vahid özü ya onun stəkan yoldaşı?
06. 07. 2024, Samara