Архив | 14.07.2024

ROBERT BERNS. “HAZIRAM GƏLMƏYƏ, FİT ÇAL, OĞLANIM…”

Robert Burns

Hazıram gəlməyə, fit çal, oğlanım!

Hazıram gəlməyə, fit çal, oğlanım!

Beyninə cin vura ata-ananmın,

Yenə də gələrəm, fit çal, oğlanIm!

1.

Bizə gəlsən, həyətə sən çox ehtiyatla gir,

Qayıt geri, dal pələd görsən aralı deyil.

Yan-yörənə də boylan, gör gəlirmi səs-səmir,

Elə gəl – məndən ötrü gəlməmisən elə bil,

Elə gəl – məndən ötrü gəlməmisən elə bil.

2.

Kilsədə ya bazarda, harda sən məni görsən,

Elə keç ki, desinlər vecinə deyiləm mən;

Ancaq qara gözünlə oğrun bax mənə hərdən.

Elə bax, ayrısına baxırsan elə bil sən,
Elə bax, ayrısına baxırsan elə bil sən!

3.

And-aman et həmişə, işin yoxdur mənimlə,

Qoyma məhəl də bəzən gözəlliyimə belə;

Başqasıyla qonuşsan, qonuş zarafa ilə,

Qorxuram səni məndən o yayındıra bilə,

Qorxuram səni məndən o yayındıra bilə!

ingiliscədən tərcümə

13.07. 2024, Samara

+++++++++++++++++

ROBERT BURNS

O, Whistle An’ I’ll Come To Ye My Lad

Chorus
O, whistle an’ I’ll come to ye, my lad!
O, whistle an’ I’ll come to ye, my lad!
Tho’ father an’ mother an’ a’ should gae mad,
O, whistle an’ I’ll come to ye, my lad! Читать далее

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «KOMMUNİST» QƏZETİNİN 25 İLLİYİNƏ»

Əliağa Vahid

Əliağa Vahidin ən gülməli şeirləriudən biri “Kommunist” qəzetinin 25 illiyinə həsr olunub. ““Kommunist” qəzetinin ilk nömrəsi 1919-cu il avqustun 29-da, cümə günü bolşeviklər partiyasının gizli mətbəəsində 4 səhifədə çap olunmuşdu.” (https://anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_avqust2009/88698.htm) Beləliklə, güman etmək olar ki, qəzetin 25 illik yubileyi ya 1944-cü ildə, ya da 1945-ci ildə, müharibə qurtarandan sonra qeyd edilib.

Vahid yubiley şeirində “Kommunist” qəzetini “cavan oğlan” adlandırır.

“Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı,

Bundan belə düşmənlərinin bayrağı yatdı.”

“Kommunist” qəzeti yetmiş il ərzində, Leninin dediyi kimi, Azərbaycanda azərbaycanlılar üçün əsas “təbliğat və təşviqat vasitəsi” olmuş, əhalini məlumatlandırmaqdan çox yalan və dezinformasiya yaymış, ictimai həyatda, yaradıcılıqda müstəqil düşüncəyə, alternativ fikrə qarşı aqressiv mübarizə aparmış, Stalin-Bağırov irticası dövründə “xalq düşmənləri”nin ifşa kampaniyasının ön sırasında getmişdir. Demək olar ki, Müşfiqi, Cavidi, Çəmənzəminlini, onlarla, yüzlərlə sənətkarı, on minlərlə sıravi vətəndaşı məhkəməsiz, istintaqsız məhvə aparan yol “Kommunist” qəzetinin səhifəsindən başlanmışdır. Əliağa Vahid, şübhəsiz ki, bunları gözəl bilirdi.

Əliağa Vahid həmçinin gözəl bilirdi ki, “Kommunist” qəzetinin müxtəlif illərdə redaktoru olmuş Ruhulla Axundov, Əliheydər Qarayev, Böyükağa Talıblı, Ağababa Yusifzadə, Həbib Cəbiyev 1837-38-ci illərdə güllələniblər.

Əliağa Vahid isə deyirdi:

“Sən bir ləkəsiz ayinəsən kütlə gözündə…”

Hə? Əliağa müəllim, heç xırda bir ləkə də yox idi bu aynada? Məsələn, Müşfiqin qanından bir damla…

Mirzə ƏLİL

14.07. 2024, Samara

 +++++++++++++++++++

Əliağa Vahid

“KOMMUNİST” QƏZETİNİN 25 İLLİYİNƏ

 

Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı,

Bundan belə düşmənlərinin bayrağı yatdı.

Fikrin, qələmin ox kimi batdı cühəlayə,

Hər bir kəsə təsirin olub payəbapayə,

Ariflərə, rəssamə, ədibə, şüərayə.

Loğman kimi çox xəstəni tədbirin oyatdı,

Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı. Читать далее