Архив | 25.07.2024

ROBERT BERNS. MƏNİM HARRİM CƏSUR BİR OĞLAN İDİ

Mənim Harrim cəsur bir oğlan idi,

Seçilən vüqarlı görkəmi vardı.

Ancaq uzaqlara qovublar indi,
Yəqin ki, görmərəm mən onu bir də.

 +

Ah, dönüb gələydi kaş!

Ah, dönüb gələydi kaş!

Bütün Nokhaspini verərdim hətta,

Mənim Dağlı Harrim dönüb qayıda.

 +

Hamı yatağına girən zamanda,
Düzəni qüssəli dolaşıram mən.

Bəzən otururam, ağlayıram da,

Bir arzum var: görəm onu yenidən.

 +

Kaş bu yaramazlar  cəzalanalar,

Tutulub asıla bir gün hər biri,

Mənə deyələr ki, yaxşı xəbər var:

Sənin Dağlı Harrim qayıdır geri.


1789

ingiliscədən tərcümə

24. 07. 2024, Samara

++++++++++++++

Robert BURNS

Highland Harry 

My Harry was a gallant gay,

  Fu’ stately strade he on the plain!

But now he’s banish’d far away,

  I’ll never see him back again.

 

  O for him back again!

    O for him back again!

  I wad gie a’ Knockhaspie’s land,

    For Highland Harry back again.

 

When a’ the lave gae to their bed,

  I wander dowie up the glen;

I sit me down and greet my fill,

  And aye I wish him back again.

 

O were some villains hangit high,

  And ilka body had their ain,

Then I might see the joyfu’ sight,

  My Highland Harry back again!

 

MƏMMƏD ARAZIN GÜLMƏLİ ŞEİRLƏRİ. «DÜNYA SƏNİN, MƏNİM… DÜNYA DƏVƏDİ… QƏH-QƏH ÇƏKİR…»

Məmməd Araz

DÜNYA SƏNİN, DÜNYA MƏNİM…

“Bir taleyin oyununda cütlənmiş zərik”

Bu misraya diqqətlə baxaq. “Cütlənmiş zər” – yəni iki zər. Biri Məmməd Arazdır, bəs biri kimdir? Şeirdə kimə müraciət edilir?
“Yüz il qoşa atılsaq da qoşa düşmərik.”

Niyə? Həmişə yığanlar? Du-bir? Sələr?

Və qəfil çıxdığı kimi, nərd metaforu qəfil də yox olur.
“Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…”

Bu bəndin birinci hissəsi ilə ikinci hissəsi arasında hansısa məntiqi ya metaforik bağlılıq varmı? Ancaq Məmməd Araz peşəkardır, oxucusuna da yaxşı bələddir, səsini burnunun dərinliklərindən çıxara-çıxara “dünya mənim, dünya sənin, heç kimin” dedinsə, bu oxucunu qaraçı falabaxanları kimi tilsimlədin, sonra nə söyləsən, elə biləcək ağzından mirvari tökülür. (Belə oxucunu yıxasan yerə, ağzına-ağzına vurasan, bəlkə tilsimdən çıxa, başının cəfəngiyatla qatıldığını qana…)
“Çevrəsindən çıxsa əgər sevda fırfıran”

Kimin fıfırası? Sevda fırfırası nədir? Sevda fırfırasının çevrəsi harda olur?
“Bir ümidin ətəyindən tutub da fırlan”.

Tutub da fırlan…Sevda fırfırası çevrəsindən çıxan adam indi özü fırlanmalıdır? Dolamısan?

Sonra yenə qaraçı ovsunu:
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin, dünya mənim, dünya heç kimin…
Sonra:
“Bu get-gəllər bazarına dəvədi dünya”.

Mən bütün Azərbaycan xalqına müraciət edirəm: içində bunu başa düşən var? Çıxsın qabağa, başa düşməyənləri də başa salsın.

Dünyaya dəvə demək olarmı? Dünyaya “bazar dəvəsi” demək olarmı? Dünya bazar dəvəsidirsə, bazar hardadır, dəvə hardadır?

İndi maraqlı məqam: şair “dəvədi” sözünə hansı qafiyəni seçəcək? “Nəvədi”? Yox, tapmadınız!
“Bu ömür-gün naxışına həvədi dünya”

Həvədi!”

“Həvə”nin nə olduğunu bilən var?

Daha bir qafiyə: “əbədi”.
“Əbədiyə qəh-qəh çəkər əbədi dünya”

Bir misra əvvəl demişdi ki, “dünya dəvədi”. İndi deyir “dünya qəh-qəh” çəkir.Yəni dəvə qəh-qəh çəkir?

Mən bu yaxınlarda İnternetdə  iri bir heyvanın “qəh-qəh” çəkdiyini gördüm, ancaq yadımda deyil, “qəh-qəh” çəkən dəvə idi ya at…

Sonra yenə qaraçı ovsunu:
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Get-gedə şairin başı dumanlanır, adam-insan saymır, sözləri naşı oyunçu zər atan kimi atır, “yığanlar” düşür, haray salır ki, yox, mən “şeşqoşa” atmışam, Ətağa cəddi…
“Gülünclərə gülünc gələn bu ada güldüm”

Bu ada? Hansı ada?
“Yüyəninə hər əl yetən bu ata güldüm”

At kimin atıdır? Şair ona güləndə o da qəh-qəh çəkib gülürdümü?
“Mən özümlə oynadığım şahmata güldüm…”

Bəs bu, şeirin əvvəlində nərd oynamırdı? İndi niyə nərd şahmata döndü? Bəlkə Kasparovun təsiri altına düşüb?

Vallah, atı, dəvəni bilmirəm, bu şeirə bişmiş toyuğun da gülməyi gələr…

Mirzə ƏLİL

25. 07. 2024, Samara