Архив | 26.07.2024

ROBERT BERNS. FACİƏVİ FRAQMENT

Robert Burns

Çoxdankı, düzəlməyən tövbəsiz günahkaram,

Bərabəri olmayan rəziləmsə də hərçənd,

Bədbəxt insan görəndə mən ürəkdən yanıram,

Ah çəkirəm səmimi, xeyri olmasa da, mən,

Zavallı və köməksiz uşaqlar görən zaman,

Hiddət məni ağladır, görəndə ki, zülmkar,

Yeganə cinayəti əyilməzliyi olan,

Namuslu bir insanın mıəhvini alqışlayar,

Acizlər və yazıqlar, sizə də canım yanar,

Günah sayanlar da çox, sizə yanmağı hərçənd,

Kasıb, nifrətə hədəf, atılmış avaralar,

Föhşlə və günahla həyatı məhvə gedən.

Xeyirxah, həm qədirsiz doslar olmasaydı, ah,

Mən də düçar olardım bədbəxtliyə sizin tək,
Ən çox nifrət edilən, ən rəzil aranızda!

Tanrı! Rəhminlə gəldi mənə xilas, həm kömək,

Talant verdin, seçildim yoldaşların çoxundan,

Sui-istifadə də ondan elədim hərçənd.

Sən necə ki, dünyaya məni gətirən zaman,
Səxavətli olmusan mənə özgələrindən.

1777

ingiliscədən tərcümə

  1. 07. 2024, Samara

QEYD: Berns bu şeiri onun gənclikdə yazmaq istədiyi, ancaq başlayıb tamamlamadığı faciədən fraqmentdir. Şeirin orijinalı qafiyəsizdir.

++++++++++++++++

ROBERT BURNS

A Penitential thought, in the hour of Remorse
-Intended for a tragedy

 

All villain as I am — a damned wretch,
A hardened, stubborn, unrepenting sinner —
Still my heart melts at human wretchedness,
And with sincere, tho’ unavailing, sighs
I view the helpless children of distress.
With tears indignant I behold the oppressor
Rejoicing in the honest man’s destruction,
Whose unsubmitting heart was all his crime.
Ev’n you, ye hapless crew! I pity you;
Ye, whom the seeming good think sin to pity:
Ye poor, despised, abandoned vagabonds,
Whom Vice, as usual, has turn’d o’er to ruin.

O but for kind, tho’ ill-requited friends,

I had been driven forth like you forlorn,

The most detested, worthless wretch among you!

O injur’d God!  Thy goodness has endow’d me

With talents passing most of my compeers,

Which I in just proportion have abus’d,

As far surpassing other common villains,

As Thou in natural parts hadst given me more.

 

«In my early years nothing less would serve me than courting the tragic Muse. I was, I think, about eighteen or nineteen when I sketched the outlines of a Tragedy forsooth; but the bursting of a cloud of family Misfortunes, which had for some time threatened us, prevented my farther progress.-In those days I never wrote down anything; so, except a speech or two, the whole has escaped my memory.-The following, which I most distinctly remember, was an exclamation from a great character -great in occasional instancefs] of generosity, and daring at times in villainies. He is supposed to meet with a child of misery, and exclaims to himself-«

Robert Burns

 

MƏMMƏD ARAZIN GÜLMƏLİ ŞEİRLƏRİ. NAR KOLUNA BƏNZƏYƏN AZƏRİ QIZI…

Məmməd Araz şeirlərinin çoxunun altında yazılma tarixləri və yerləri göstərilib. Məlum olur ki, mərhum şair ilin yarısını Azərbaycanın və SSRİ-nin ən yaxşı kurortlarında və sanatoriyalarında keçirirmiş. Dönə-dönə Pitsundada, Brejnevin iqaməthgahının yerləşdiyi məşhur Abxaziya kurortunda dincəlib və yəqin ki, Heydət Əliyevin “əziz Leonid İliç” dediyi, hər görüşəndə, Dədə Qorqud demişkən, üç öpüb bir dişlədiyi Baş katiblə qonşuluqda yaşayıb. Məmməd Araz parisləri də çox gəzib, indi gəzməsin… Üstəlik bir şeirində deyir ki, ona bir yaxşı mükafat vermətyiblər. Rəhmətliyin oğlu, daha nə verəcəkdilər?

“Azəri qızı” şeiri 1968-ci ildə Yalta ilə Bakı arasında yazılıb. Məndə Məmməd Arazın Yaltada rus ya xoxol qızları ilə eşqbazlıq eləyib kurort romanı yaşadığına əsaslı şübhələr var. O bəlkə bu kurort macərasının doğurduğu günah hissindən təmizlənmək üçün “azəri qızı”na şeir yazır. Və şeiri başlayan kimi kələfin ucunu itirir.

“Mənim qara şanım, mənim ağ duzum”.

Qara şanı – başa düşdük. Bəs niyə ağ duz? Duzun qarası olur? Bozunu görmüşəm, qarasını yox.

Sonra:

 “Mənim nar ağacım — azəri qızı.”

Yadınızdadırsa, Xan Şuşinski bir erotik mahnı oxuyurdu:

“Qoynunda var bir cüt bar,

Biri heyva, biri nar…”

Bizim erotikamız da cəfəng erotikadır: eyni olmalı iki şey (türkün məsəli) niyə müxtəlif meyvələrə oxşadılır? Qızın patalogiyası var?

Bu, ayrı məsələdir. Məmməd Araz bütöv qızı bütöv nar ağacına bənzədir. Məmməd Araz kəndlidir, narı gözüylə görüb, bilir ki, nar ağacdan çox koldur. Və qız kola bənzyirsə, deməli, yumşaq desək, eybəcərdir.

Belə deyil?

 “Qaldı uzaqlarda Naxçıvan, Bakı; 

Sən indi uyuyur, indi yatırsan.”

Yatmaq elə uyunaq deyil? Niyə iki dəfə?

“Sən mənə o qədim nağıllardakı”
“O qədim” – hansı qədim? O – artıqdır, misranı dildurmaq üçün soxuşdurulub.

 “Uzaq işıqları xatırladırsan.”

“Uzaq işıqlar” hansı nağıllardadır?

“Sanıram səyyaham, yorğunam, acam”

Əlbəttə, səyyahsan, ilin yarısını gəzirsən. Ac niyə olursan? Yaltada xirtdəyəcən yedirirdilər… 

“Sən necə yaxınsan, necə uzaqsan.”

Dağıstanlı demişkən, opredelis: yaxındır ya uzaq?

“Nə qədər dərədə, düzdə yol azsam”

Səməd Vurğun kimi girdi dərəyə. Dağdan düşməmiş dərəyə girirlər…

“Bilirəm, itməyə qoymayacaqsan…”

Yol azmaq – itməkdir?

“Məcnun səhralara düşər yollarım,”

“Məcnun” burda sifət yerindədir. Ancaq “Məcnun səhra”nın nə olduğunu bilən var?

“Dönər ilğımlara Leyli bulaqlar.”

Leyli də sifətdir. Ancaq “Leyli bulaq” nə olan şeydir?

Birdən anası yadına düşür. Deyirlır ki, kurortda ana hər adamın yadına düşmür. Bilmirəm, olmamışam.

“Dünya durulaşır ana səsindən, 

Eh, neçə illərdir onsuzam, gülüm.”

Belə çıxır ki, dünya adətən qatı olur…

Sonrakı beytə baxın, diqqətli olsanız, şairin Azəbaycan ədəbi dilini yaxşı bildiyinə şübhəniz olacaq.

“Planet gözlərin cazibəsində

 Yaşayan bir parça ulduzam, gülüm.”

Bir parça ulduz olar? Bunu Məmməd Araz Molla Nəsrəddin lətifəsindən öyrənib? Molla deyirdi ki, təzə ay çıxanda, köhnəni doğrayıb ulduz qayırırlar. Əgər ayı doğrayırlarsa, onda parça ulduz olar…

 “Qaya duruşumu küsü fırtınan 

Bəzən çilikləyib quma döndərər.”

Məmməd Arazın duruşu qaya duruşudur! Necə təvazölü insan olub! Azəri qızının küsüsü fırtınadır və bu fırtına qayanı, yəni Məmməd Arazın duruşunu “muma döndərər”.

Sona nə gələcək? Əlbəttə, “muma döndərər”!

 “Vəfan sərtliyimi salar atından, 

Eşqin qəzəbimi muma döndərər.”

Sonuncu bəndin izahına psixiatrların, linqvistlərin, tarixçilərin birgə konsiliumu lazımdır.

“Gör Azəri qızı düşündüm nəyi”

Aha! Nəyi düşünüb?

 “Sən kişi ömrünün dəyirman pəri”

  Yadınızdadırsa, bu azəri qızı şeirin əvvəlində qara şanı, ağ duz və nar kolu idi.

Son beytdə Məmməd Araz Azərbaycan dilinin qrammatikasını yaradanların anasını söyüb.

“Koroğlu Misrinin Nigar dəstəyi”

Azəri qızı indi dəstək oldu. Nəyin dəstəyi? Misrinin? Bəlkə misri qılıncın?

 “Nəbi Aynalının Həcər səngəri…”

Məmməd Araz demək istəyib “Nəbinin aynalı tüvəngi”. Misraya sığışdıra bilməyib, basməmmədi eləyib. Burda “Aynalı” Nəbinin soyadı kimi səslənir…

Azərbaycan dilinin qrammatikasını yaradanlar son misranı oxusaydılar, dünyaya gəldiklərinə peşman olardılar…

Mirzə ƏLİL

26. 07. 2024, Samara